Sən və mən.

 
Sən və mən.

Sən və mən.

Bu gün necədə gözəlsən təbiət. Səndə işıq saçırsan, yəqin günəşinə qovuşmusan , mənim kimi. Mənim də xoşbəxtliyim hamının diqqətini çəkir, sənin kimi. Səndə qəfil yağışı çox sevirəm, birdən tutulub birdən açılırsan. Lakin mənim yayımda heç şimşək çaxıb, yağış yağmasını istəmirəm. Çox qorxuram onu yağışın yuyub aparmasından. Görəsən səndə fəsillərin dəyişdiyi kimi məndə də hər şey dəyişəcəkmi? Yayımın payıza çevrilməsini istəmirəm. Bilirsən niyə? Səndə yarpaqlar saralır, budaqlardan qopub tökülür, ayaqlar altında xəzəl olub tapdalanır. Budaqların quruyur, soyuqdan titrəyirsən. Tək qalırsan, kölgəndə dolaşan insanlarda səni tərk edir. Hər şey bitir gözün önündə. Bütün bunları səndə görüb qorxuram. Ömrümdə yayın bitməsini yox, yayımda ömrümün bitməsini istəyirəm. Hər şey gözlərimin önündə səndəki kimi bitməsini istəmirəm. Çox qəribədir hə? Aramızda yenə fərq var bax.
Sən öz yolunla gedirsən, mən isə heç payızı yaşamadım. Məndə hər şey birdən yox oldu. Sən indi qış fəslini yaşayırsan həmişəki kimi. Səndən fərqli olaraq mənim həyatımda qış daha sərt keçir. O sənin ömründə nə qədər çox olsa da nə vaxtsa bahar fəslinin gələcəyini gözləyirsən, yenə güllər açacaq, yenə ağaclar çiçəkləyəcək, yenə yay gələcək. Mənim həyatımda isə qışın nə vaxt bitəcəyini, baharın nə vaxt gələcəyini bilmirəm. Gələcəkmi görəsən?!

Heç kəsə həyatda özündən çox dəyər vermə,
ya onu itirərsən, ya da özünü məhv edərsən.


Geri dön

Angel-Xranitel-666

  • 19 noyabr 2010 15:09
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
tesekkurler gozel xeberdi

--------------------
AnGeL-xRaNItEl ti super

Ulya

  • 19 noyabr 2010 14:03
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.gozel yazidi

Yusif

  • 19 noyabr 2010 13:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler Baeyendim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}