
1. Dibçək güllərinin dibinə siqaret külü tökdükdə yarpaqları daha canlı və gözəl olur.
2. Limon qabıqlarını günəşin altında qurudub yağlı qabları yuyarkən istifadə etdikdə qablar daha parıltılı olur.
3. Makaron bişirəndə suyun içərisinə 1-2 bütöv soğan və kök atdıqda yeməyin daha ləzzətli olduğunu görəcəksiniz.
4. Yumurta ağının daha tez köpüb bize halına gəlməsi üçün içərisinə azca duz tökülməsi vacibdir.
5. Balığı soyuducuya qoymazdan əvvəl üzərinə limon sıxdıqda iyi gəlmir.
6. Soyuducunun içərisinə bir torba duz qoyduqda içəridəki pis qoxunu götürür.
7. Bərk limonu bir saat isti suda saxladıqdan sonra kəsərkən daha dadalı və sulu olur.