Boyunlarda böyüyən balacalar

 
Boyunlarda böyüyən balacalar

İllər ötüb, ata-ana qocalmış, oğlan isə boy-buxunlu bir dəliqanlı olmuşdu. Bakıya getmək üçün səhər tezdən avtobus dayanacağında dayanıb gözləyirdilər.

Valideynlər yeganə övladlarını, necə deyərlər, oxuyub adam olması üçün paytaxtdakı peşə məktəblərindən birinə aparırdılar. Oğul və valideynlər arasında nə baş verdisə oğlan bayaqdan bəri qoltuğunda tutduğu qovluğu tikə-parça edib, yerə çırpdı, içərisindən səpələnən sənədləri də cırıb qovluğun tikələrinə qatdı, acığından kürədə közərdilmiş dəmir kimi qızarmış ətli yanaqlarını cırmalayaraq evlərinə tərəf qaçmağa başladı.

Bu cavan təhsil ala bilmədi, hikkəsinin qurbanı oldu. Ata-ana öz borclarını yerinə yetirərərək onu evləndirdilər də. Qısa ömründə yanlış inadkarlığından yaxasını qurtara bilmədi. Nə yaxınlarını eşitdi, nə də ailəsinə qulaq asdı. Kimin dediyini dəqiq deyə bilmərəm, belə bir fikir mövcuddur ki, yer öz oxu ətrafında dövr etdiyi kimi, insan da uşaqlıqda formalaşmış şəxsiyyətinin oxu ətrafında dövr edərək yaşayır. Başqa sözlə desək, müalicə etməkdən profilaktika asan olduğu kimi, “uşağı düzgün tərbiyə etməyə çalışmaq da korlanmış şəxsiyyəti yenidən tərbiyə etməkdən asandır” fikrinə haqq qazandırmaya bilmərik, çünki ərköyünlük də bir növ xəstəlikdir.

“Uşaqlıq insan şəxsiyyətinin özülüdür” ifadəsi, bəlkə də, pedaqogika elmi ilə yaşıddır. Xalqımızın sınanmış gözəl bir tərbiyə düsturu, etalonu var: əzizim əziz, tərbiyəsi ondan da əziz. Bunu bilə-bilə bəzən övladlarımızın erkən tərbiyəsində sonradan çətin düzəldə biləcəyimiz, bəzən də düzəldə bilməyəcəyimiz səhvlərə yol veririk. Ən böyük səhvimiz isə ailədə ərköyün uşaq böyütməkdir. İngilislər ərköyün uşağa “spoilt child”, yəni “korlanmış uşaq” da deyirlər.

Ərköyün uşaq əyri bitmək istəyən budaq kimidir. Bağban həmin budağı nazik vaxtı düzəltməyə çalışmazsa, yoğunlaşdıqdan sonra bütün cəhdləri istədiyi nəticəni verməyəcək - ya onu düzəltməyə gücü çatmayacaq, ya da sındırıb məhvinə səbəb olacaq. Övladının sərtliyinə dözməyib dünyasından küsən valideynlərlə yanaşı, ata-anasının “onu eşitmədikləri, arzusunu ürəyində qoyduqları üçün” özünə qəsd edən ərköyünlər də vardır.

Dünyaya gələn kimi hər cür qayğı ilə əhatə olunan uşaq illər keçdikcə daha çox qayğıya ehtiyac duyur, təmin olunduqca da bu ehtiyac artır. Dəryalar bütün çayları udub özləri onlara heç nə vermədikləri kimi, ərköyün uşaqların da ən tipik xüsusiyyəti hər kəsdən həddindən artıq diqqət və qayğı görüb, heç kəslə hesablaşmamalarıdır. Ərköyün uşaqların lüğətində “Xeyr!”, “Olmaz!” kimi sərhəd göstərən ifadələrə yer yoxdur, çünki onlara həddə hörmət eləmək hissi aşılanmayıb.

Ərköyün uşaqların istəmə üsulları da qəribədir; Adətən, son dərəcə hökmlü və yüksək əda ilə istədiklərinə nail ola bilmədikdə, ağlama, üz-gözlərini cırmaqlama, yıxılıb ora-bura çapalama, qapını çırpma, əlinə nə keçdi tullama və s. metodlara da tez-tez əl atırlar. Ehtiyaclarının anındaca təmin olunması uğrunda işlətdikləri üsullar arasında ac qalmaq, özünü xəstəliyə vurmaq, evdən qaçmaq kimi hallar da istisna deyil.

Hansı yolla olur olsun, ərköyün uşaq “hökmranlığı” ələ alıb, valideynləri asanlıqla qorxuda bilir. Ata-ana ya uşağın hisslərinə toxunmaq, ya da onun hay-harayını eşitmək istəmir. Uşağı başa salmaq əvəzinə, onun nazı ilə oynamaq, onu yola vermək, ona tabe olmaq valideynlərə daha asan görünür: təki sakitçilik, dinc yanaşı yaşama olsun. Mülayim, uşağın fəaliyyətinə hədd qoymağı bacarmayan valideynlərin ərköyün uşağının “tutmaları”, narazılıqları daha tez-tez baş verir və onun qələbəsi ilə bitir.

Bəzi pedaqoq və psixoloqların fikrincə, ərköyün uşaqlar əslində korlanmış usaqlar deyil. Onlar valideynlər tərəfindən həddindən artıq qayğı göstərməyin nəticəsidir. Bu qayğının mənbəyi bəzi ailələrdə ata-ana, bəzilərində də nənə-baba olur. Müasir valideynlər uşaq dünyaya göz açan kimi, onun üstündə əsməyə başlayır, körpələri qucaqlarında, boyunlarında, bellərində gəzdirməklə onları çox istədiklərini nümayiş etdirməyə çalışırlar. Əsasən sərt tərbiyə ilə böyümüş valideynlər öz uşaqlarına qarşı daha diqqətli olur, onları nəvaziş, sevgi bolluğunda üzdürürlər. Bir qədər keçdikdən sonra “üzə duran” övladlar qarşısında nə edəcəklərini bilməyən həmin valideynlər günahı özlərində deyil, ətraf mühitdə, məktəbdə, iş-güclərinin çoxluğunda, uşağın dostlarında axtarmağa çalışırlar. Necə deyərlər, belə valideynlər “özləri yıxıldıqları” üçün, “ağrımayan başlarına dəsmal sarıdıqları” üçün ağlamamalıdırlar. Ərköyünlər valideynlərin zəif nöqtələrini valideynlərdən daha yaxşı bilirlər.

“Məktəbə gedəndə düzələcək” təsəllisi də özünü aldatmaqdır. Gecikmək çox şeydə yaxşı olmadığı kimi, tərbiyə işində hec yaxşı deyil. Uşağın tərbiyəsi ilə vaxtında maraqlanaraq, müşahidə olunan ilkin mənfi cəhətləri çoxalmağa qoymadan təcrübəli insanlar, həkim və ya psixoloqlardan məsləhət almaq çox faydalı olar. Əks halda, boy-buxunu olsa da, uşaq xasiyyətcə “balaca” olaraq qalır.

Ərköyün uşaqlar əsasən azuşaqlı, nənə-babalı ailələrdə yetişir. Lakin bu, həmişə belə olmur. Sözümüzə qüvvət, tanıdığım iki ailəni misal göstərmək istərdim. Təkuşaqlı ailələrdən birində övlad ali məktəbi bitirsə də, ata ona minik maşını alsa da, maşının açarını ona vermir. Qısa və aydın bir şərt qoyur ata oğlunun qarşısına: oxuyub, imtahan verib sürücülük vəsiqəsini gətirərsən, açarı verərəm. Gənc qılınc kimi iti baxışların altında “kişi sözünün” durduğunu başa düşdüyündən, oxuyur, imtahan verir və sürücülük vəsiqəsini atasına verdikdən sonra sükan arxasına keçmək haqqı qazanır.

Digər bir ailədə ata müəllimlərin şikayəti ilə əlaqədar olaraq məktəbə gedir. Bir neçə müəllimin iştirak etdiyi görüşdə əlini üzünə çırparaq oğluna deyir: “Sən oxu, ali məktəbə daxil ol, bax, bu ölsun, sənə maşın alacam”.

Valideynlər milli-mənəvi dəyərlərimizə hörmət hissini uşaqlara kiçik yaşlarından aşılamağa çalışmalı, “avropalaşmağa” tələsməməlidirlər. Ailədə böyük-kiçik yeri müəyyənləşəndə, valideynlərə, xüsusilə də, ataya yüksək hörmət göstərilən bir mühit yaradılanda tərbiyə işi daha rəvan və problemsiz gedir. Ata ananın, ana da öz növbəsində atanın nüfuzunu qorumağı və yüksəltməyi bacarmalıdır. Əbəs yerə deməyiblər ki, yaxşı bir ana yüzlərlə müəllimə bərabərdir.

Ötən əsrin kənddə yaşayan anaları xalça-palaz toxuyur, nehrə çalxayır, paltar yuyur, çörək bişirir, əriştə kəsir, əl ilə düyü unu üyüdür, 8-10 uşaq da böyüdürdü. Uşaqlar da hamısı bir-birindən savadlı, tərbiyəli. Hamı yaxşı bilir ki, yamsılamaqda uşaqların tay-bərabəri yoxdur. O dövrün uşaqlarını valideynlərin nümunəsi tərbiyə edirdi. Uşaqlar bilirdilər ki, nəyi etmək olar, nəyi yox. Valideynin bir kəlmə “Xeyr!”, “Olmaz!” deməsi onlara hər şeyi izah edirdi. Ailədə ananın əsas işi atanın nüfuzunu qorumaq, onun hörmətini artırmaqdan başlayırdı. Uşaqlar ərköyünlük edib, ananın sözündən çıxmağa cəhd etsəydilər, ananın “Atanıza deyərəm, ha!” xəbərdarlığı işləri yoluna qoyar, ərköyünlüyün əsas pillələrindən biri olan “təşəbbüsü ələ almaq”dan daşındırardı uşaqları.

Uşaq tərbiyəsi heç də hər kəsin öz işi deyil. Bugünkü uşaq sabah cəmiyyətin, müxtəlif xarakter və xasiyyət sahiblərindən ibarət əmək kollektivinin üzvüdür. Bir az da irəli getsək, gələcək ata, anadır. Özündə yetkin bir xarakter olmayan valideyn övladlarına nə aşılaya bilər? Ona görə də gənc valideynlər uşağın tərbiyəsini erkən yaşlardan düzgün təşkil etmək üçün öz biliklərini zənginləşdirməyə çalışmalı, ölkəmizdə nəşr olunan müxtəlif ədəbiyyatı, xüsusilə, “Ailəm” jurnalını müntəzəm mütailə etməlidirlər. Valideynlər başda olmaqla uşaqların tərbiyəsi ilə məşğul olanlar dulusçu kimidir. Bir ovuc palçıqdan dulusçu istədiyi şeyi, istədiyi formada düzəldə bildiyi halda, naşı, təcrübəsiz adam bunu bacarmaz.


Geri dön

Gözlüklü

  • 7 avqust 2012 12:14
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
maraqli idi twk....

Nuray2012

  • 5 avqust 2012 01:37
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore smile

--------------------

LoVe_LiFe

  • 1 avqust 2012 11:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidi tewekkurler beyendim

Miss Lady

  • 23 iyul 2012 18:17
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
Duzunu desem uzun idi yarisini oxudum ama beyendim tesekkur.

GoDDeSSS

  • 23 iyul 2012 17:32
  • Məqalə: 0
  • Şərh: 2240
  • Bal:
{awards}
maraqli meqaleye gore tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

ZeMka

  • 23 iyul 2012 12:39
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
tewekkurler

--------------------

AnGelo4ka

  • 23 iyul 2012 09:15
  • Məqalə: 0
  • Şərh: 369
  • Bal:
{awards}
VaayyYyy ne uzundu bu =))PasIb

adsiz2

  • 23 iyul 2012 02:34
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
AY AMAN COX UZUNDURE............ YENE DE SAGOL

--------------------

Melodi_Miray

  • 23 iyul 2012 00:13
  • Məqalə: 0
  • Şərh: 1451
  • Bal:
{awards}
Cox gozel hekayedi....Tshk_lerrr... winked

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

C.I

  • 22 iyul 2012 23:31
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
hmmm maraqlidi tesekkurler.........

--------------------

come back

  • 22 iyul 2012 23:27
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler maraqli meqaledir.

m.gulshen

  • 22 iyul 2012 22:57
  • Məqalə: 14
  • Şərh: 2128
  • Bal:
{awards}
hmm tesekkurler

Dalga

  • 22 iyul 2012 22:56
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Cox beyendim ,maraqli idi

--------------------

MenimleSen

  • 22 iyul 2012 22:50
  • Məqalə: 60
  • Şərh: 1233
  • Bal:
{awards}
coxxx tewekur edirem

--------------------

m.medine

  • 22 iyul 2012 22:32
  • Məqalə: 1
  • Şərh: 467
  • Bal:
{awards}
tesekkurler........

AzeriMan

  • 22 iyul 2012 22:32
  • Məqalə: 0
  • Şərh: 499
  • Bal:
{awards}
STELLA 29,
my angel__,

--------------------
Səni Sevirəm...

STELLA 29

  • 22 iyul 2012 22:28
  • Məqalə: 9
  • Şərh: 465
  • Bal:
{awards}
cox maraqlidir
love

--------------------
Həyat - güldür. Sevgi - nektar.

enigmatic_girl

  • 22 iyul 2012 22:26
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
maraqlidir tesekkur

--------------------

my angel__

  • 22 iyul 2012 22:25
  • Məqalə: 291
  • Şərh: 10843
  • Bal:
{awards}
Usaqlari boyunda gezdirende sonra tenbel olurlar....Yene de sag ol...

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

Lipstick

  • 22 iyul 2012 22:23
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Sitat: lie to the world
oxudum ve mende duz olduguna qatiliram...

SUPERRRR

AzeriMan

  • 22 iyul 2012 22:18
  • Məqalə: 0
  • Şərh: 499
  • Bal:
{awards}
ola bilər... thkyu

--------------------
Səni Sevirəm...

SabriNa B-va

  • 22 iyul 2012 22:01
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
{awards}
OOoOoOoO tHannnnnkss =)

_Prettygirl_

  • 22 iyul 2012 21:52
  • Məqalə: 0
  • Şərh: 68
  • Bal:
{awards}
gozeldi twkler

✰GoLd GirL✰

  • 22 iyul 2012 21:51
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
cox super idi cox tesekkurler...

lie to the world

  • 22 iyul 2012 21:44
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
oxudum ve mende duz olduguna qatiliram...

--------------------

_Kyonul_

  • 22 iyul 2012 21:44
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
men uwaq vaxti cox erkoyun olmuwam winked

--------------------

✰Dгeaм✰

  • 22 iyul 2012 21:42
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Usaqlari boyunda gezdirende sonra tenbel olurlar....Yene de sag ol...

leyluwka_20

  • 22 iyul 2012 21:40
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
cox beyendim.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}