İbrətamiz hədislər

 
İbrətamiz hədislər

1. Allaha iman gətirmək və onun bəndələrinə xeyir verməkdən daha üstün xasiyyət yoxdur. Həmçinin, Allaha kafir olub, bəndələrinə zərər vurmaqdan daha alçaq bir əməl yoxdur.

2. İbadət yeddi qismdir ki, ən üstünü halal ruzi qazanmaqdır.

3. Camaatı əziyyətə salan adam məlundur.

4.
Ruzi istəməkdə asudə olun. Ruzinin gec yetişməsi sizi haram yollara məcbur etməsin. Allah yolunda sizin üçün ayrılmış ruzi yalnız ibadət etməklə ələ gələr.

5.
Bilik xəzinədir, onun açarı sualdır. Bilmədiyiniz şeyi soruşun ki, Allah sizə öz rəhmətini əta etsin. Çünki sual soruşmaqla dörd nəfərə savab verilər: soruşana, cavab verənə, eşidənə və onları dost sayana.

6.
Bir nəfər o həzrətdən xahiş etdi ki, ona nəsihət etsin. Həzrət buyurdu: "Odda yansan və işgəncə altında olsan belə, heç nəyi Allaha şərik bilmə, həmişə qəlbin aram və inamlı olsun. Ata-anana itaət et. İstər diri, istərsə də ölü olsalar, onlara yaxşılıq et, hətta sənə ailəndən və sərvətindən əl çəkməyi əmr etsələr də, dediklərini yerinə yetir; çünki ata-anaya itaət imandandır. Vacib namazını qəsdən tərk etmə; hər kəs bir namazı qəsdən qılmasa, Allahın pənahından kənardadır. Məbada şərab, yaxud başqa məstedici şey içəsən; bunlar hər pisliyin açarıdır".

7.
Hər kəs özünü kasıb kimi göstərsə, həqiqətən başqasına möhtəc olar.

8. Camaatla yola getmək imanının yarısıdır; onlarla mehriban olmaq xoş
yaşayışın yarısıdır.

9. Bir müsəlmana sataşan, ziyan vuran və onu aldadan adam mənim ümmətimdən deyil.

10. Aramlıq Allahdan, tələskənlik şeytandandır.

11. Bədəxlaqlıq bədbəxtlikdir.

12. Xoş əxlaq dostluğu yaşadar.

13.
Gülərüzlük kin-küdurəti aradan aparar.

14. Hər kəsin Allaha və qiyamətə etiqadı varsa, gərək verdiyi sözə əməl etsin.

15. Əmanəti qorumaq ruzi gətirər, xəyanət isə kasıblığa səbəb olar.

16. Övladın ata-anasına məhəbbətlə baxması ibadətdir.

17. Qiyamət günündə mənə ən yaxın kəs – doğrucul, əmanətə vəfalı, xoşəxlaq və camaatla mehriban olan kəsdir.

18. Məsciddə napaklıq etmədən növbəti namazın intizarında oturmaq ibadətdir. Soruşdular: "Napaklıq etmək nədir?" Cavab verdi: "Müsəlman bir adamın haqqında pis sözlər danışmaq".

19. Elmsiz adamın zərəri xeyrindən çox olar.

20. Hər kəs başqasının günahını açıb faş etsə, özü o günahı etmiş kimidir.

21. Mömin qardaşının qeybətini etməyən oruc tutmuş şəxsin yatması da ibadətdir.

22. Bir nəfər o həzrətdən nəsihət istədi. Buyurdu: "Qəzəblənmə!" İkinci dəfə soruşanda yenə dedi: "Qəzəblənmə!" Sonra buyurdu: "Bir pəhləvanı yerə vurmaq hünər deyil. Pəhləvan o kəsdir ki, hirslənəndə qəzəbini soyuda bilsin".

23. İman iki hissədən ibarətdir; bir hissəsi – səbr, o biri yarısı şükrdür.

24. Əhdə vəfa etmək imandandır.

25. Vətəni sevmək imandandır.

26. Həya imanın yarısıdır, həyası olmayanın imanı da olmaz.

27. Allah nəzdində ən sevimli bəndə – camaata ən xeyirli olandır. Allahın
haqqını ən yaxşı qoruyan şəxs – öz xeyir və ehsanı ilə camaatın sevimlisi olandır.

28.
Hər kəs sizə ehsan etsə, əvəzini verin. əvəzini verməyə imkanınız olmasa, ona təşəkkür edin; təşəkkür onun mükafatıdır.

29.
Mömin gülərüz və xoşsözlü olar, münafüq isə bədəxlaq və qəzəbli.

30. Ümmətimdən iki dəstə – fəqihlər və əmirlər yaxşı olsalar, ümmətim də
yaxşı olar. Bu iki dəstə pis olsa, ümmətim də pis olar.

31. Dörd şey ümmətimdən olan hər ağıllı adam üçün vacibdir: elmi söhbətə qulaq asmaq, yadda saxlamaq, yaymaq və ona əməl etmək.

32. Quruca salam verməklə olsa belə, qohumlarla əlaqə saxlayın.

33. Qiyamət günündə hamıdan dörd şey soruşular: ömrünü necə keçirib; cavanlığını nəyə sərf edib; sərvətini necə qazanıb və necə xərcləyib; bir də bizi (əhli-beyti (ə)) sevib, ya yox?

34. Quranın halal-haramın əməl etməyən şəxsin Qurana immanı olmaz.

35. Hər xeyirli şey ağılla dərk edilər və ağllı olmayanın dini də olmaz.

36. Axirəz-zaman dövründə (Mehdinin (ə) zühuru ərəfəsində) ən az tapılan nemətlər – etibarlı qardaş və halal yolla qazanılmış pul olacaq.
• Həzrət buyurdu: "Müsəlman olmayan kəs behiştə getməz". əbuzər soruşdu: "Ya Rəsuləllah, bəs İslam nədir?" Cavab verdi: "İslam öz-özlüyündə çılpaqdır; onun libası – təqva, rübəndi – hidayət, alt geyimi – həya, özülü – Allahdan qorxmaq, kamalı – din, meyvəsi yaxşı əməldir. Hər şeyin dayağı olduğu kimi, müsəlmanlığın dayağı da məni və fitrətimi sevməkdir".

37. Hər kim yalnız camaatın diqqətini özünə cəlb etmək üçün elm öyrənsə, cənnətin üzünə həsrət qalar.

38.
Təvazökarlıq insana ucalıq gətirər. Təvazökar olun ki, Allah sizi uca məqamlara yüksəltsin.

39.
Paxıllıqdan uzaq olun. Sizdən əvvəlki xalqlar məhz paxıllıq üzündən həlak oldular. Paxıllıq onları yalan danışmağa məcbur etdi, yalan danışdılar. Paxıllıq onları zülmkarlığa vadar etdi, onlar zülm etdilər. Nəhayət, paxıllıq onları bir-birindən ayrılmağa məcbur etdi, onlar da təfriqə salıb ayrıldılar.

40. İman cəhətdən möminlərin ən kamili ən gözəl əxlaqa malik olan şəxsdir.


İbrətamiz hədislər


Geri dön

frog

  • 3 avqust 2012 17:26
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN,,,

LoVe_LiFe

  • 1 avqust 2012 12:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
10. Aramlıq Allahdan, tələskənlik şeytandandır.

Miss Lady

  • 26 iyul 2012 20:34
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Allah razi olsun.

..::Only_Life::..

  • 25 iyul 2012 01:28
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
cox sagolun ALLAH sizlerdende razi osun

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

come back

  • 24 iyul 2012 21:50
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler allah razi olsun gozel sozlerdir hamisi.

m.gulshen

  • 24 iyul 2012 19:01
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
İman cəhətdən möminlərin ən kamili ən gözəl əxlaqa malik olan şəxsdir.
tesekkurler

✰GoLd GirL✰

  • 24 iyul 2012 14:55
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun!.....

Melodi_Miray

  • 24 iyul 2012 14:11
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
tewekkurler..ALLAH razi olsun)

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

---ANGELA---

  • 24 iyul 2012 13:31
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
təşəkkürlər....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

sweetheart:)

  • 24 iyul 2012 13:25
  • Məqalə: 8
  • Şərh: 236
  • Bal:
{awards}
Bir nəfər o həzrətdən nəsihət istədi. Buyurdu: "Qəzəblənmə!" İkinci dəfə soruşanda yenə dedi: "Qəzəblənmə!" Sonra buyurdu: "Bir pəhləvanı yerə vurmaq hünər deyil. Pəhləvan o kəsdir ki, hirslənəndə qəzəbini soyuda bilsin".

İman iki hissədən ibarətdir; bir hissəsi – səbr, o biri yarısı şükrdür.

Həzrət buyurdu: "Müsəlman olmayan kəs behiştə getməz". əbuzər soruşdu: "Ya Rəsuləllah, bəs İslam nədir?" Cavab verdi: "İslam öz-özlüyündə çılpaqdır; onun libası – təqva, rübəndi – hidayət, alt geyimi – həya, özülü – Allahdan qorxmaq, kamalı – din, meyvəsi yaxşı əməldir. Hər şeyin dayağı olduğu kimi, müsəlmanlığın dayağı da məni və fitrətimi sevməkdir".

tewekkurler..ALLAH razi olsun)

Nuray2012

  • 24 iyul 2012 13:10
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sasgol Allah razi olsun

--------------------

my angel__

  • 24 iyul 2012 12:59
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
27. Allah nəzdində ən sevimli bəndə – camaata ən xeyirli olandır. Allahın
haqqını ən yaxşı qoruyan şəxs – öz xeyir və ehsanı ilə camaatın sevimlisi olandır.
tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

R.M Fanatı...

  • 24 iyul 2012 12:46
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Xoş əxlaq dostluğu yaşadar.

TEWEKKURLER

--------------------

aksana1993

  • 24 iyul 2012 11:56
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

music_angel

  • 24 iyul 2012 11:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
-tsk.Allah razi olsun...---

--------------------

Shokoladka

  • 24 iyul 2012 10:51
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun oxudum.

--------------------


Priya

  • 24 iyul 2012 10:43
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox sağ ol, Aynurəm.Allah razı olsun.

--------------------




leyluwka_20

  • 24 iyul 2012 10:22
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

ZeMka

  • 24 iyul 2012 09:47
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
tewekkurler

--------------------

SabriNa B-va

  • 24 iyul 2012 09:18
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 27
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}