Həyatımdakı ən yaxşı müəllim

 
Həyatımdakı ən yaxşı müəllim

Bu hekayəni dəfələrcə oxumuşam və hər dəfə kövrəlmişəm. Odur ki, Sizlərlə də paylaşmaq istədim dəyərli userlər. Məncə 5 dəqiqənizi ayırıb oxusanız, peşman olmazsınız...

* * * * *

Müəllim məktəbin ilk günündə, 5-ci sinifin qarşısında dayanarkən, uşaqlara bir yalan söylədi: Çox müəllim kimi, şagirdlərinə baxdı və hamısını eyni dərəcədə sevdiyini söylədi.

Ancaq bu qeyri-mümkün idi, çünki ön sırada, oturduğu yerdə bir qolu üstə uzanmış adı Mustafa olan bir uşaq var idi.

Mediha müəllim bir il əvvəl Mustafanı izləmişdi və digər uşaqlarla yaxşı oynamadığını, paltarlarının çirkli olduğunu və davamlı olaraq çirkli gəzdiyini müşahidə etmişdi. Əlavə olaraq Mustafa kobud ola bilirdi.

Bu elə bir nöqtəyə gəldi ki, Mediha müəllim onun kağızlarını böyük bir qırmızı qələmlə işarələməkdən, qalın çarpaz xətlər (X) çəkməkdən və kağızın üstünə böyük bir "0" qoymaqdan zövq alar oldu.

Mediha müəllimin məktəbində, hər uşağın keçmiş qeydlərini araşdırması lazım idi. Mustafanın qeydlərini ən sona saxladı.

Ancaq, onun həyatını gözdən keçirdiyində, bir sürpriz ilə qarşılaşdı.

Mustafanın birinci sinif müəllimi belə yazmışdı: "Mustafa gülməyə hazır parlaq bir uşaqdır. Vəzifələrini yığcam və təmiz edir və də çox tərbiyəlidir. Onun ətrafda olması çox əyləncəlidir "

İkinci sinif müəllimi belə yazmışdı: "Mustafa mükəmməl bir şagirddir, sinif yoldaşları tərəfindən çox sevilir, amma anasının ölümcül bir xəstəliyi olduğu üçün çətinlik içindədir və evdəki həyatı mübarizə içində keçir."

Üçüncü sinif müəllimi belə yazmışdı: "Mustafanın anasının ölümü onun üçün çox çətin oldu. Mustafa əlindən gələnin ən yaxşısını etməyə çalışır, amma atası ona maraq göstərmir və əgər bəzi addımlar atılmazsa evdəki həyatı yaxında ona təsir edəcək."

Mustafanın dördüncü sinif müəllimi belə yazmışdı: "Mustafa içinə qapalıdır və məktəbdə dərslərə o qədər də maraq göstərmir. Çox yoldaşı yoxdur və bəzən sinifdə yatır."

Bunları oxuyunca, Mediha müəllim problemi qavradı və özündən utandı.

Şagirdləri ona gözəl lentlərlə və parlaq kağızlara sarılmış hədiyyələri gətirdiyində belə özünü çox pis hiss edirdi. Mustafanın hədiyyəsini alana qədər bu belə davam etdi. Onun hədiyyəsi bir marketdən aldığı qalın, qəhvəyi qablaşdırma kağızı ilə bacarıqsızca sarılmışdı. Mediha müəllim onu ​​digər hədiyyələrin ortasında açmaqdan acı çəkirdi.

Müəllim paketdə daşlarından bəziləri düşmüş saxta almaz daşlı bir bilərzik və dörddəbiri dolu olan bir ətir şüşəsini çıxartdıqda uşaqlardan bəziləri gülməyə başladı. Amma o bilərziyin nə qədər gözəl olduğunu sevinclə deyəndə uşaqların gülməyi kəsildi. Bilərziyi taxdı və ətiri biləklərinə sürdü.

Mustafa, o gün məktəbdən sonra müəlliminə bunu söyləmək üçün qaldı. "Müəllimim, bu gün eynilə anamın qoxusu gəlir sizdən."

Uşaqlar getdikdən sonra, Mediha müəllim ən az bir saat ağladı. O gündən sonra, oxuma, yazma və arifmetika öyrətməyi buraxdı. Bunun yerinə, uşaqları öyrətməyə başladı.

Mediha müəllim, Mustafaya xüsusi maraq göstərdi. Onunla çalışarkən, zehini canlanmağa başlayırdı. Onu daha çox təşviq etdikcə, daha sürətli cavab verirdi.

İlin sonuna qədər Mustafa sinifdə ki ən ağıllı uşaqlardan biri oldu və bütün uşaqları eyni dərəcədə sevdiyini söyləməsinə baxmayaraq, Mustafa müəllimənin əzizlərindən biri idi.

Bir il sonra, Mediha müəllim qapısının altında Mustafadan bir qeyd tapdı, ona hələ bütün həyatında sahib olduğu ən yaxşı müəllim olduğunu söyləyirdi.

Altı il sonra Mustafadan bir not daha aldı.

Litseyi bitirdiyini, sinifində üçüncü olduğunu və onun hələ həyatındakı ən yaxşı müəllim olduğunu yazmışdı.

Bundan dörd il sonra, bəzi zamanlar çətin keçməsinə baxmayaraq məktəbdə qaldığını, stabilliklə işə davam etdiyini və yaxında kollecdən ən yüksək dərəcə ilə məzun olacağını yazan başqa bir məktub aldı. Yenə Mediha müəllimin bütün həyatındakı ən yaxşı və ən favorit müəllim olduğunu yazmışdı.

Sonra dörd il daha keçdi və başqa bir məktub gəldi. Bu dəfə fakültə diplomunu aldıqdan sonra, bir az daha irəliləməyə qərar verdiyini açıqlayırdı. Məktubda onun hələ də qarşılaşdığı ən yaxşı və ən favorit müəllim olduğu yazılırdı. Amma indi adı bir az daha uzun idi.

Məktub belə imzalanmışdı:
Prof. Dr. Mustafa Yılmaz
(Tibb Doktoru)


Hekayə burada bitmir.

İllər sonra Mustafadan ən dəyərli müəlliməsinə yenə bir məktub gəldi:

Mustafa bir qızla tanış olduğunu və onunla evlənəcəyini söyləyirdi. Atasının bir neçə həftə əvvəl vəfat etdiyini açıqlayırdı və evlənmə mərasimində Mediha müəllimin kürəkənin anasına ayrılan yerə oturub oturmayacağını soruşurdu.

Şübhəsiz Mediha müəllim bunu qəbul etdi. Və təxmin edin nə oldu?

Daşları düşmüş olan o bilərziyi taxdı. Dahası, Mustafanın anasının ətirindən səpdi.

Bir-birlərini qucaqladılar və Dr. Mustafa, Mediha müəllimin qulağına belə pıçıldadı: "Mənə inandığınız üçün təşəkkür edirəm, müəllimim. Mənə əhəmiyyətli olduğumu hiss etdirdiyiniz və bir fərq yarada biləcəyimi göstərdiyiniz üçün çox təşəkkür edirəm "

Mediha müəllim, gözlərində yaşlarla belə dedi:
"Səhv düşüncələrə sahibdim. Bir fərq yarada biləcəyini mənə öyrədən sənsən. Səninlə tanış olana qədər, necə öyrədəcəyimi bilmirdim.."


Geri dön

LoVe_LiFe

  • 1 avqust 2012 12:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Ancaq, onun həyatını gözdən keçirdiyində, bir sürpriz ilə qarşılaşdı.

GUNAY QELENDERLI

  • 29 iyul 2012 13:10
  • Məqalə: 1
  • Şərh: 22
  • Bal:
{awards}
cox maraqli idi allah razi olsu ellerinize sagliq
love tsk

--------------------
HEYAT SAHMATDİR MEN SAH SENSE MAT MEN SENİ İTİRSEM SADECE BİR DASİM İTER SEN MENİ İTİRSEN OYUN BİTER..........................

SabriNa B-va

  • 28 iyul 2012 15:49
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Müəllim məktəbin ilk günündə, 5-ci sinifin qarşısında dayanarkən, uşaqlara bir yalan söylədi: Çox müəllim kimi, şagirdlərinə baxdı və hamısını eyni dərəcədə sevdiyini söylədi.

Miss Lady

  • 26 iyul 2012 20:23
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Tesekkurler melumata gore.

come back

  • 24 iyul 2012 22:16
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Beyendiyinize cox sevindim...

Prank girl

  • 24 iyul 2012 19:41
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
İkinci sinif müəllimi belə yazmışdı: "Mustafa mükəmməl bir şagirddir, sinif yoldaşları tərəfindən çox sevilir, amma anasının ölümcül bir xəstəliyi olduğu üçün çətinlik içindədir və evdəki həyatı mübarizə içində keçir."

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

m.gulshen

  • 24 iyul 2012 18:54
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
tesekkurler cox beyendim

EnD of TiMe

  • 24 iyul 2012 16:26
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
xeberi beyendim...tesekkurler

✰GoLd GirL✰

  • 24 iyul 2012 15:15
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler....

Melodi_Miray

  • 24 iyul 2012 14:33
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Cox gozel hekayedi...Kovreldim...MEqaleye gore teshekkurler

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

mysterious

  • 24 iyul 2012 14:04
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
Coooox beyendim. Cox gozel idi. Menim de gzlerim doldu. Muellife minnetdarligimi bildirirem. Cox sag olun

--------------------
Əgər bir gün başımı aşağı əyilmiş görsən, bilki bir başqasını qaldirmaq üçün əyilmişəm.....

---ANGELA---

  • 24 iyul 2012 13:19
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
axıra kimi oxudum çox maraqlıdır ən çox da bu hissəsi xoşuma gəldi:Mustafa, o gün məktəbdən sonra müəlliminə bunu söyləmək üçün qaldı. "Müəllimim, bu gün eynilə anamın qoxusu gəlir sizdən." təşəkkürlər....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

SeL_cAn

  • 24 iyul 2012 12:56
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}


ƏLİNİZƏ SAĞLIQ


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Nuray2012

  • 24 iyul 2012 12:55
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

sweetheart:)

  • 24 iyul 2012 12:54
  • Məqalə: 8
  • Şərh: 236
  • Bal:
{awards}
hec ne yzacagimi bilmrem.((((((( cooox gozel hekayedi..gozlerim doldu((( coox sagolun Allah razi olsun bele maragli ve bize heyatda neyise oyredecey qeder lazim olacaq hekayeler goree tewekkurler =((

my angel__

  • 24 iyul 2012 12:52
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Sitat: STELLA 29
cox beyendim...tsk........

--------------------
Помни, что ты - мое все ❤

Ada...07

  • 24 iyul 2012 12:41
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
cox maraqli hekayedi, cox beyendim..

--------------------


STELLA 29

  • 24 iyul 2012 12:39
  • Məqalə: 9
  • Şərh: 471
  • Bal:
{awards}
cox beyendim...tsk....
fellow

--------------------
Həyat - güldür. Sevgi - nektar.

Young girl...

  • 24 iyul 2012 12:30
  • Məqalə: 9
  • Şərh: 1243
  • Bal:
{awards}
maraqli idi twkler

--------------------

R.M Fanatı...

  • 24 iyul 2012 12:26
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
kovreldim....
tewekkurler.....

--------------------

Smiling Girl

  • 24 iyul 2012 12:02
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
təşəkkürlər maraqlı idi

GlamouR_

  • 24 iyul 2012 11:51
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Kovreldim :'( cooox gozel , mena dolu hekayediR coooox saol =(

--------------------

music_angel

  • 24 iyul 2012 11:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
ela meqaledi sagol canim..oxudum

--------------------

Shokoladka

  • 24 iyul 2012 10:33
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Gozel hekaye idi."Muellimim bugun eynile anamin qoxusu gelir sizden" esasda bu sozler mene chox tesir eledi:((

--------------------


Priya

  • 24 iyul 2012 10:22
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Mənə inandığınız üçün təşəkkür edirəm, müəllimim. Mənə əhəmiyyətli olduğumu hiss etdirdiyiniz və bir fərq yarada biləcəyimi göstərdiyiniz üçün çox təşəkkür edirəm "[/col
Sona qədər oxudum.Çox maraqlı və duyğulu hekayə idi.Təşəkkürlər.

--------------------




Ayka1

  • 24 iyul 2012 10:20
  • Məqalə: 0
  • Şərh: 61
  • Bal:
{awards}
maraqli idi urek tewekkur love

--------------------
Getmeyi duwunen biri ucun fikrini deyiwdirmeye caliwma,senindirse mutleq qayidacaq

leyluwka_20

  • 24 iyul 2012 09:55
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
cox sag ol canim.qewey hekayedi))

--------------------

SabriNa B-va

  • 24 iyul 2012 09:40
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Cooooooh gozel hekayeədir.... Tşk canimmm =)

ZeMka

  • 24 iyul 2012 09:38
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
ilk werh menden gozel hekayeye gore tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}