Yeni pasportlar bundan sonra belə olacaq [foto]

 
Prezident İlham Əliyev "Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin,spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında" fərman imzalayıb
.

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Yeni pasportlar bundan sonra belə olacaq [foto]

Bildirliir ki, fərmana əsasən ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri belədir:

1. Ümumvətəndaş, xidməti və diplomatik pasportların (bundan sonra - pasport) təsviri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.

2. Pasport 88 mm x 125 mm ölçülüdür. 4 səhifəlik üz qabığından və 50 daxili səhifədən ibarətdir.

3. Pasportun tipindən asılı olaraq, onun üz qabığının birinci və dördüncü səhifələri aşağıdakı rənglərdədir:

3.1. ümumvətəndaş pasportu – tünd yaşıl rəngdə;

3.2. xidməti pasport – tünd göy rəngdə;

3.3. diplomatik pasport – tünd qırmızı rəngdə.


4. Pasportun üz qabığının birinci səhifəsində qızılı rənglə yuxarıda alt-alta “AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN” sözləri, aşağıda alt-alta, tipindən asılı olaraq, “PASPORT/ PASSPORT”, “XİDMƏTİ PASPORT / SERVICE PASSPORT” və ya “DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT” sözləri yazılır, ortada Azərbaycan Respublikası Dövlət gerbinin qrafik təsviri verilir. Həmin səhifənin aşağı orta hissəsində pasportda elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə qoyulur.

5. Pasportun üz qabığının ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət gerbinin, üçüncü səhifəsində Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası xəritəsinin rəngli təsvirləri əks olunur. Hər iki səhifədə pasportun tipinə uyğun rənglərdən istifadə edilir.

6. Pasportun tipindən asılı olaraq, onun üz qabığının üçüncü səhifəsində aşağıdakı mətn yazılır:

6.1. ümumvətəndaş pasportunda:

“Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.”;


6.2. xidməti pasportda:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına hər cür kömək göstərməyi xahiş edir.
The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to extend all the courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.
Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.”;

6.3. diplomatik pasportda:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına sərhədi maneəsiz keçməkdə və digər hallarda hər cür kömək göstərməyi xahiş edir.
The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to allow free passage and to extend all courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.
Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.”.


7. Pasportun üz qabığının dördüncü səhifəsinin üzərində heç bir təsvir yoxdur.

8. Pasportun daxili səhifələrində Azərbaycan Respublikasının rəmzləri, milli ornamentlər əks etdirilir, pasportun tipinə uyğun rənglərdən istifadə olunur, tək nömrəli səhifələrin sağ kənarının, cüt nömrəli səhifələrin sol kənarının orta hissəsində sıra nömrəsi qoyulur. Pasportun daxili birinci və ikinci səhifələrində sıra nömrəsi qoyulmur.

9. Pasportun daxili birinci səhifəsinin orta hissəsində alt-alta “AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN” sözləri, ondan aşağıda alt-alta, tipindən asılı olaraq, “PASPORT / PASSPORT”, “XİDMƏTİ PASPORT/SERVICE PASSPORT” və ya “DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT” sözləri yazılır.

10. Pasportun daxili ikinci səhifəsində aşağıdakılar göstərilir:

10.1. “AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN”;

10.2. pasportun tipindən asılı olaraq, “PASPORT / PASSPORT”, “XİDMƏTİ PASPORT / SERVICE PASSPORT” və ya “DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT”;

10.3. “Tip / Type” (ümumvətəndaş pasportunun tipinin şərti işarəsi “PC”, xidməti pasportun tipinin şərti işarəsi “PS”, diplomatik pasportun tipinin şərti işarəsi isə “PD” kimi müəyyənləşdirilir);

10.4. “Ölkənin kodu / Code of State”;

10.5. “Pasportun nömrəsi / Passport No” (Pasportun nömrəsi tipinin şərti işarəsinin ikinci hərfindən və səkkiz ərəb rəqəmindən ibarətdir);

10.6. “Soyadı / Surname”;

10.7. “Adı, atasının adı / Given name, patronymic”;

10.8. “Vətəndaşlığı / Nationality”;

10.9. “Doğulduğu tarix / Date of birth”;

10.10. “Fərdi identifikasiya nömrəsi / Personal No”;

10.11. “Cinsi / Sex”;

10.12. “Doğulduğu yer / Place of birth”;

10.13. “Verilmə tarixi / Date of issue”;

10.14. “Etibarlılıq müddəti / Date of expiry”;

10.15. “Pasport sahibinin imzası / Holder`s signature”;

10.16. “Pasportu verən orqan / Issuing authority”;

10.17. pasport sahibinin 30 mm x 37 mm ölçülü üzünün təsviri üçün yer və elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə;

10.18. beynəlxalq tələb və standartlara uyğun olaraq, maşınla oxuna bilən iki sətirdən ibarət yazı. Həmin yazının ikinci sətrinin 29-cu simvolundan başlayaraq Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya nömrəsi göstərilir.


11. Pasportun daxili cüt nömrəli səhifələrinin (2-ci və 50-ci səhifələr istisna olmaqla) sol yuxarı kənarında yuxarıdan aşağıya doğru, tək nömrəli səhifələrinin (1-ci səhifə istisna olmaqla) sağ yuxarı kənarında aşağıdan yuxarıya doğru “VİZALAR / VISAS” sözləri yazılır.

12. Pasportun daxili 50-ci səhifəsinin sol yuxarı kənarında yuxarıdan aşağıya doğru “XÜSUSİ QEYDLƏR / SPECIAL NOTES”, aşağıda ortada “Qan qrupu / Blood group” sözləri yazılır və həmin sözlərin altında pasportun nömrəsi ştrix kod vasitəsilə qeyd olunur.


Milli.Az AzərTAc-a istinadən


Geri dön

Gözlüklü

  • 7 avqust 2012 23:48
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
lap yaxsi twk

LoVe_LiFe

  • 2 avqust 2012 12:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
gorunuwu eladi tewekkurler

Miss Lady

  • 27 iyul 2012 18:31
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Evvelkinden qewengdi xowuma geldi

Dalga

  • 26 iyul 2012 18:26
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Melumat ucun tewekkur edirem

--------------------

music_angel

  • 26 iyul 2012 12:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
pis doyul bele baxanda

--------------------

SaRiCkA

  • 25 iyul 2012 22:15
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
{awards}
menim ucun lazim idi bu xeberi orgenmek cox sagolun

--------------------

I am Happy

  • 25 iyul 2012 20:31
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Xeberim var idi.

--------------------

come back

  • 25 iyul 2012 18:12
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler melumata gore hele isdifade etmirem.

AysU_DilarE

  • 25 iyul 2012 17:32
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
cox sag ol melumat ucun xeberim yox idi he4

--------------------

Tenha_Avara

  • 25 iyul 2012 17:31
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
xebere gore twk

--------------------
A+E=LOVE.
MEN ONU SEVIREM MENE DOSTLUQ ATMAYIN.

Weker-Qiz

  • 25 iyul 2012 17:20
  • Məqalə: 0
  • Şərh: 161
  • Bal:
{awards}
TEWEKKURLER..INWALLAH MENE DE QISMET OLAR ALMAG wink

m.gulshen

  • 25 iyul 2012 16:51
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
melumatim var idi tesekkur

solnuska

  • 25 iyul 2012 16:34
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
melumata gore twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Sirli Melek

  • 25 iyul 2012 16:32
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
HMMM MARAQLIDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

GoDDeSSS

  • 25 iyul 2012 15:32
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
melumata gore tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

aksana1993

  • 25 iyul 2012 14:55
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
twk............

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

...BARSA FANATI....

  • 25 iyul 2012 14:54
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
TESEKKURLER...

leyluwka_20

  • 25 iyul 2012 14:52
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
thanksssssssss fellow

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 25 iyul 2012 14:51
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Melodi_Miray

  • 25 iyul 2012 14:09
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Xebere gore teshekkurler...
winked

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

classic_guiter_girl

  • 25 iyul 2012 14:07
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
xebere qore twk

✰Dгeaм✰

  • 25 iyul 2012 14:06
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat verdiyin ucun cox sag ol...

barby girl

  • 25 iyul 2012 14:05
  • Məqalə: 0
  • Şərh: 897
  • Bal:
{awards}
twklerrrrrrrrrr

R.M Fanatı...

  • 25 iyul 2012 14:04
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------

lie to the world

  • 25 iyul 2012 14:01
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
maraqlidi tewekkurler...

--------------------

EnD of TiMe

  • 25 iyul 2012 13:52
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
hemde pasportun verilme yaslarinda da ferqler olacaq...tesekkurler maraqli idi

---ANGELA---

  • 25 iyul 2012 13:51
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
xəbərlərdə görmüşdüm bunları təşəkkürlər....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

LoVe_LiFe

  • 25 iyul 2012 13:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli gornuwu var inwALLAH hamiya qismet olar

✰GoLd GirL✰

  • 25 iyul 2012 13:41
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Gelen ilden heyata kecirilecek de....tesekkur....

_Kyonul_

  • 25 iyul 2012 13:39
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
xeberlerde ewitmiwdim.bele yaxwidi mence.hal-hazirki formani xowlamiram, feel

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}