Allahın zikrinin mərtəbələri

 
Allahın zikrinin mərtəbələri

İnsanın qəlbi bir dərya kimidir. Zikr ona təsir edir. Bəzən zikr xırda bir daş kimi dəryaya düşməklə səthi bir dalğa yaradır və tez bir zamanda bu dalğa məhv olur. Bir çox zikr və ibadətlərimiz səthi dalğa kimidir. Qəlbimizin dərinliyi isə tamam başqadır. Sözləri dilimizdə deyirik, lakin fikrimiz başqa yerdədir. İbadətimiz sona çatdıqda özümüzə gəlirik. Lakin bəzən zikr və Allahı düşünmək ağır bir tufan kimi qəlbimizin dərinliyini təlatümə gətirir və əbədi təsir qoyur. Bəli, insanların zikr və Allahı düşünməsi eyni deyildir. Allahı yad etmək və Onu düşünmək sahəsində xalqı müxtəlif qisimlərə bölmək olar: Xalqın bir qismi nəinki Allahı zikr etməkdən ləzzət almır, hətta Allahı düşünmək onların qəlbində sıxıntıya səbəb olur. Qurani-Kərim belələri barəsində buyurur:

Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolub sıxılar.
İkinci dəstə o kəslərdir ki, şiddətli çətinliklərlə üzləşdikdə adi vasitələrə əlləri çatırsa, Allahı zikr edib, onu düşünürlər:
Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) Allahı kamil ixlasla çağırarlar. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.

Üçüncü dəstə qiyamət günü öz aqibətləri üçün nigaran olan kəslərdir. Onlar günaha yol vermişlər. Bu günahların bağışlanmasını istədikləri üçün Allahı düşünürlər. İstəyirlər ki, Allah bu yolla onların günahlarını bağışlasın. Bu şəxslər bəzəndə axirət savabları və nemətlərini əldə etmək üçün Allahı düşünürlər. Behişt, huri, qəsr istəyirlər. Buna görə də Allahı zikr edirlər. Həqiqətdə bu dəstə əzabdan qurtulmaq və axirət nemətlərinə çatmaq üçün Allahı yada salır. Bu növ diqqət nisbi şəkildə bəyənilmişdir və insanın Allaha imanlı olduğunu göstərir. Əslində bu növ zikrdə insan əvvəlcə özünü düşünür və sonra bu yolla Allahı düşünməli olur. Bir çox hallarda qeyri-ilahi yolla ehtiyacları ödəndikdə Onu düşünməkdən vaz keçir.

Dördüncü qisim insanlar isə Allahı düşünməyə ehtiyaclı olduqlarını hiss edirlər. Onlar öz şəxsi ehtiyaclarının aradan götürülməsi üçün bu işi görmürlər. Allahı düşünmədikdə nəsə itirdik-lərini hiss edir və yalnız Onu yad etməklə sakitlik tapırlar. Başqa sözlə, belələri üçün əsas məsələ ehtiyacların aradan qaldırılması yox, Allah zikrinin özüdür. İmam Səccadın (ə) təbirincə, onlar hiss edirlər ki, Allah zikri ilə qəlb dirilir, bu zikr olmadıqda qəlb ölür.

Allah zikri onlar üçün həyat bünövrəsidir. İnsanın havası çatmadıqda o həyəcanlanır, narahat olur, hətta dünyasını dəyişir. Bu şəxslər də Allahın zikrindən uzaq düşdükdə iztirab çəkir, nigaran olurlar. Lakin Allahın zikri qəlblərinə yol tapan zaman onlarda xüsusi sakitlik və arxayınlıq yaranır. Quran bu barədə buyurur: “O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!

Saf hava bizim həyatımız üçün zəruri olduğu kimi, Allahın zikri də qəlblərin dirilməsi üçün lazımlıdır. Bu şəxslər biz ölümdən qaçdığımız kimi Allahdan uzaq düşməkdən qaçırlar. Biz ölümü yalnız heyvani və nəbati ölüm bilirik. Lakin bunlar öz ölümlərini Allahın zikrindən uzaq düşməkdə görürlər.

Bu hal zikrin üstün mərtəbələrindəndir, əvvəlki mərtəbədən də çox üstün və dəyərlidir. Lakin bu mərtəbədə də “mən”, insanın özü məqsəddir. Yəni insan bu halda Allahı düşünmək istəyir və Allahı zikr etməkdən ləzzət alır. Həqiqətdə, Allahı zikr etməklə onun “öz” qəlbi sakitləşir. Başqa sözlə, bu halda da ehtiyaclarının ödənməsi üçün (amma yuxarıdakı ehtiyaclardan üstün ehtiyacların) Allahı düşünür. Yəni məqsəd ehtiyacların ödənməsidir. Belələri aramlıq tapmaq üçün Allahı düşünür. Buna görə də uyğun mərtəbədə də özünü istəmək niyyəti yerində qalır.

Lakin insan Allaha mərifət yolu ilə elə bir məqama çata bilər ki, nə özünü, nə də ehtiyaclarını düşünməz. Onun bütün diqqəti Allahda olar, özü və meyllərini tamamilə unudar. Bu halda fərdi istək əsas olmur və ən önəmli yerdə Allaha məhəbbət dayanır. Uyğun məqamda insan Allahı özü üçün yox, özünü Allah üçün istəyir. Əslində o özünü tanımır və yalnız Allahı görür (İnsan elə bir məqama çatar ki, Allahdan başqa heç bir şey görməz).

Merac gecəsi Allah peyğəmbərinə buyurdu: “Bəzi bəndələrim elə bir mərtəbəyə çatırlar ki, Mənim zikrim və nemətlərimin şükrü onların məşğuliyyəti olur. Onların bu işlərdən başqa heç bir səyləri olmaz”. Sonra Allah həmin bəndələrlə xüsusi rəftar edəcəyini bildirir.
Vələəstəğriqənnə əqləhu bi mərifəti vələəqumənnə ləhu məqamə əqlihi.


Bunlar rəvayətlərdə gəlmiş həqiqətlərdir. Bu həqiqətləri dərk etmək bir çoxumuz üçün çətindir. Ümid edirik ki, Allah öz lütfi ilə bizim mərifətimizi artırsın və bizə belə hallar nəsib etsin.

Allahın zikrinin mərtəbələri

ceferiler.com


Geri dön

frog

  • 3 avqust 2012 17:17
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN,,,

LoVe_LiFe

  • 2 avqust 2012 12:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

MELEK INSAN...

  • 26 iyul 2012 18:51
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

GoDDeSSS

  • 26 iyul 2012 17:48
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
,,,Allah razi olsun,,,

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

m.gulshen

  • 26 iyul 2012 16:52
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
Allah razi olsun

✰GoLd GirL✰

  • 26 iyul 2012 14:57
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun!.....

music_angel

  • 26 iyul 2012 11:07
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
deyerli fikirleriniz icin cox sagolun...

--------------------

Delete

  • 26 iyul 2012 09:59
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Tesekkur..
Uyğun məqamda insan Allahı özü üçün yox, özünü Allah üçün istəyir.

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

Melodi_Miray

  • 26 iyul 2012 06:52
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolub sıxılar

Gozel meqale ucun,tshk_ler

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

adsiz2

  • 26 iyul 2012 01:58
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
allah razi olsun tesekkurler.............

--------------------

CaNDY__

  • 26 iyul 2012 00:15
  • Məqalə: 0
  • Şərh: 686
  • Bal:
{awards}
allah razi olsun...

--------------------
Everythink is OK)) yeapp

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 26 iyul 2012 00:00
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
ALLAH razi olsun.cox sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

leyluwka_20

  • 25 iyul 2012 22:17
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

my angel__

  • 25 iyul 2012 22:09
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
allah razi olsun cnm

--------------------
Помни, что ты - мое все ❤

SabriNa B-va

  • 25 iyul 2012 21:38
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH razi olsun...

come back

  • 25 iyul 2012 21:31
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler ALLAH razi olsun canim.

✰Dгeaм✰

  • 25 iyul 2012 21:13
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun bacim...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}