Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı 3 nəfər həbs olundu

 
Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı 3 nəfər həbs olundu

Törətdikləri cinayət əməllərinə görə Kaya Ümit Ruşen İhsan oğlu, Karahan Ömər Şərif Ömər oğlu və Şimşək Vedat Halit oğlu təqsirləndirilən şəxs qismində həbs olunub

İyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsinin başvermə səbəblərinin araşdırılması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunmuş hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi Baş Prokurorluğa həvalə edilib. Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert və mütəxəssislərinin iştirakı ilə müasir kriminalistik texniki vasitələr və avadanlıq tətbiq edilməklə hadisə yerinə keçirilmiş müfəssəl baxış zamanı yanğının Mərkəzin muzeyinin yalnız tavan hissəsini əhatə etdiyi müəyyən edilib.

Mərkəzin yanğının baş vermiş hissəsində, həmçinin digər sahələrdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən bir ədəd elektrik qaynağı aparatı, qaz qaynağı üçün rezin borular, muzeyin tavanından foyedəki elektrik qidalandırıcı lövhəyə qoşulmaqla 180 amperlik qaynaq rejiminə keçirilmiş vəziyyətdə "Telvin" markalı elektrik qaynağı aparatı, onun gövdəsinə birləşmiş halda istifadə edilmiş elektrod bərkidilmiş tutqac, yanında 2 ədəd "Askaynak" markalı yarımçıq işlənmiş elektrod qutusunda elektrodlar, qaz qaynağının qoşalaşdırılmış rezin borusu və qaz qaynaq aləti, alışqan, "Kenvud" tipli ratsiya qurğusu, metal kəsmək və deşmək üçün elektrik cihazları, panel lövhələrin əsas konstruksiyaya birləşdirilməsində istifadə edilən metal detalların elektrik və qaz qaynağı ilə təzə kəsilmiş hissələri, izolyasiya materialının yanmış qalıqları, üzərində qaynaq işləri aparılmış metal konstruksiyanın bir hissəsi, həmçinin təzə elektrik qaynağı işlərinin görülmüş olduğunu bildirən qaynaq tikişləri, elektrik qaynağı zamanı yaranan və korroziya əlamətləri olmayan təzə ərintilər və digər predmetlər aşkar edilərək götürülüb.

İş üzrə çoxsaylı dindirmə, üzləşdirmə, baxış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, yanğının başvermə səbəblərinin, ona şərait yaradan halların, Mərkəzdə tikinti-tamamlama işlərini yerinə yetirən "DİA Holdinq" və onun subpodratçı şirkətlərinin yanğın təhlükəsizliyinin təmin edilməsi sisteminə, yanğına qarşı rejim qaydalarına riayət edib-etməmələrinin müəyyənləşdirilməsi üçün Yanğın-texniki, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün Tikinti-texniki, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş maddi sübutlar üzrə kompleks Fiziki-kimyəvi və Daktiloskopik ekspertizalar təyin olunub.

İstintaqın ilkin mərhələsində toplanmış sübutlarla, o cümlədən çoxsaylı şahid ifadələri, hadisə yerində aşkar edilərək götürülmüş maddi sübutlar, təxirə salınmadan keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin məlumatları və sair sübutlarla müəyyən edilib ki, "DİA Holdinq"in üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə panel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarının qarşısının alınmasının təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydaları lazımi səviyyədə təşkil edilməyib. Belə ki, holdinqin mühəndisi Kaya Ümit Ruşen İhsan oğlu və subpodratçı "Treysan" firmasının iş icraçısı (iş formeni) Şimşək Vedat Halit oğlu tərəfindən "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın 1.2-ci və 1.10.1-ci bəndləri, 3-4-80 №-li "Tikinti norma və qaydalarının" 6.17-ci bəndi və 12.3.3.003-75 saylı DÜST-nin "Elektrik qaynaq işlərinin ümumi təhlükəsizlik tələbləri"nin 1.3-cü, 3.2-ci və 6.3-cü bəndlərinə əsasən yanğın təhlükəsizliyi təmin edilərkən standartlara, tikinti norma və qaydalarına, texnoloji layihələşdirmə normalarına ciddi riayət edilməli, binalarda açıq elektrik qaynaq işlərinin yerinə yetirildiyi sahələrlə digər iş yerlərinin yanmayan ekranlar, örtüklər, lövhələr vasitəsilə ayrılmalı, açıq qövslə görünən elektrik qaynaq işlərinin yerləri yanmayan örtük və lövhələrlə mühafizə olunmalı, daimi və müvəqqəti qaynaq məntəqələrində yanğının yaranmasını istisna edən tədbirlər görülmədən elektrik qaynaq işlərinin aparılmasının qadağan edilməli, elektrik qaynaq işlərinə yalnız bütün yanğın təhlükəsizlik tələbləri, yanğın mühafizə texnikasının mövcudluğu, iş yerinin yanan materiallardan təmizlənməsi, yanan konstruksiyaların mühafizəsi təmin edildikdən sonra başlanılmasına icazə verilməli olduğu halda, bu qaydaların tələblərinə əməl etmədən qeyd olunan sahədə montaj işlərinin həyata keçirilməsi zamanı elektrik və qaz qaynağı aparatlarından istifadə edilməsinə dair "Treysan" firmasının qaynaqçısı Karahan Ömər Şərif Ömər oğluna qanunsuz göstərişlər verilmişdir. Ö.Karahanın həmin qaydaların tələblərini pozmaqla elektrik və qaz qaynağı aparatlarını muzeyin tavanında panellərin arasına qaldırıb iyulun 20-də orada qığılcımlar üçün qoruyucu örtük, lövhə yaratmadan qaynaq işləri aparması nəticəsində həmin gün saat 11:30-da Mərkəzin muzey hissəsinin tavanında onun fəaliyyətinin pozulması və digər ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib.

Törətdikləri cinayət əməllərinə görə Kaya Ümit Ruşen İhsan oğlu, Karahan Ömər Şərif Ömər oğlu və Şimşək Vedat Halit oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Mərkəzdə görülən işlər zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirməli olan məsul şəxslərin müəyyənləşdirilməsi və digər istiqamətlər üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Geri dön

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}