Hikmət sahiblərinin, zahidlərin dediklərindən

 
Hikmət sahiblərinin, zahidlərin dediklərindən

Bir hikmət sahibi deyib: “Dostlar üç dəstədir. Bir dəstə qida kimidir ki, onlarsız keçinmək olmur. Onlar din qardaşlarıdır. Digər dəstə dərman kimidir ki, onlara bəzi vaxtlarda ehtiyac duyulur. Üçüncü dəstə isə heç vaxt dərdə dəymir. Onlar tamahkarlardır.”

Bir zahid deyib: “İnsanlar üç dəstədirlər; tamam kişi, yarım kişi, nakişi. Birincisi odur ki, özünün rə`yi var və onun rəyindən istifadə olunur. İkincisi odur ki, özünün rəy və qərarı yoxdur, lakin nəzər və təfəkkür sahiblərindən yararlanır və onların yolunu gedir. Nakişi odur ki, nə özünün rəy və nəzəri var, nə də mütəfəkkirlərdən bəhrələnir.”

Digəri deyib: “Dünyanın üç şeyindən başqa heç nə üçün təəssüflənmirəm. Biri eyiblərimi pərdəsiz mənə göstərən mö`min qardaşır. Digəri uğursuz əyriliyimi düzəldən və nadanlıq etdiyim zaman mənə xəbərdarlıq edən alim, üçüncüsü isə nə məxluqun minnəti, nə də Xaliqin qəzəbi olan ruzidir.”

Səhl ibn Abdullah deyir: “Bir kəsdə üç xüsusiyyət cəm olmayınca onun rəhbər olma ləyaqəti yoxdur; camaatla nadan və axmaqcasına rəftar etməsin, onların nadanlığına göz yumsun və onların mal-dövlətinə göz dikməsin, əksinə, öz var-dövlətindən onlara versin.”

Bir hikmət sahibi deyib: “Əgər bir kəsin vəfalı olub-olmadığını bilmək istəyirsənsə bax gör dostları onun yadına düşür, ya yox, vətən həsrəti çəkir, ya yox və keçmişi üçün ağlayır, ya yox.

Loğman öz oğluna buyurub: “Oğul!” İnsan üç hissədən ibarətdir; Allaha məxsus olan hissə, özünə məxsus olan hissə və qurda məxsus olan hissə. Allaha aid olan hissə Ona tərəf yüksələcək ruhdur. Öz payı elmdir ki, ondan ləzzət aparar. Qurdun payı isə bədəndir.”

Digəri deyib: “Xoş xasiyyətli olmaq, az danışmaq və mötədil yol getmək peyğəmbərlərin xüsusiyyətlərindəndir. Bədxasiyyət olmaq, çox danışmaq (çox danışmaqda məqsəd faydasız və şəriətə zidd olan sözlərdir) və təkəbbürlə yol getməksə bədbəxtlərin xüsusiyyətlərindəndir.

Başqa birisi deyir: “Üç şeyin sonu yoxdur; əmniyyət, salamatlıq və dolanmaq üçün kifayət edəcək qədər ruzi.” (Şübhəsiz, bunlarda məqsəd budur ki, bu nemətlərin əzəməti ölçüyə gəlmir.)

Bir hikmət sahibi deyir: “Heç bir möhtərəm şəxs, üç yerdə padşah belə olsa, böyüklük etməməlidir; ata-ana qarşısında, axirət işindən ötrü istifadə etdiyi alimin hüzurunda və qonaq qəbul edən zaman.”

İbn Abbas deyir: “Həmsöhbətimin mənim boynumda üç haqqı var: Üçünü mənə tutsa gözümü üzünə dikərəm, otursa ona yer verərəm, danışan zaman sözlərinə qulaq asaram. Axmaq həmsöhbət xətərlidir, ondan uzaqlaşmaq isə uğur və müvəffəqiyyət.

İbn Abbas deyir:
“Şeytan heç vaxt üç anda etdiyi kimi nalə və fəryad qopartmayıb; Allahın lənəti gələn zaman və asimandan qovulanda, Peyğəmbər (s) dünyaya gələndə və birinci ayəsi “Bismillahir-rəhmanir-rəhim” olan “Fatihə” surəsi nazil olanda.”

Qəzali deyir: “Tövbə üç şərtlə qəbul olunar; günahları tərk etməklə, gələcəkdə də onu tərk etmək qərarına gəlməklə və keçmiş günahları yumaqla.” (Saleh əməl vasitəsi ilə, yaxud qəzaya verilmiş əməlləri yerinə yetirməklə və s.)

Peyğəmbər (s) bir qrup səhabəsindən soruşdu: “Siz nəsiniz?” (Yə`ni, hansı məsləkə xidmət edirsiniz?”) Dedilər: “Mö`minik!” Buyurdu: “İmanınızın nişanəsi nədir?” Dedilər: “Çətinlikdə səbr edirik, rifah halında şükr edirik, qəza və qədərə boyun əyirik.” Buyurdu: “And olsun Kə`bənin rəbbinə siz mö`minsiniz!”

Peyğəmbər (s) buyurub: “Üç həddi-büluğa çatmamış övladını itirən kişi və üç həddi-büluğa çatmamış övlad dağı görən qadın cəhənnəmdən amandadırlar.” (Bu şərtlə ki, müsəlman olub müsəlman da dünyadan getsinlər.)

Əbuzər Peyğəmbərdən (s) nəql edir ki, üç həddi-büluğa çatmamış övladını itirən hər bir müsəlman ata-ananı Allah öz fəzl və kərəmi ilə behiştə daxil edər.”

Müaviyə Xalid ibn Müəmmərdən soruşdu: “Əlini (ə) nəyə görə sevirdin?” Dedi: “Çünki üç imtiyaza malik idi; qəzəb vaxtı səbirli idi, danışanda düz danışardı, hökumət və xilafət zamanında ədalətli idi.”

Həsən Bəsri deyir: “Müaviyə üç iş gördü ki, bu işlər onu həlak etdi; xilafəti qəsb etdi. Halbuki, xilafətə ondan da layiq Peyğəmbər (s) səhabəsi var idi. İkincisi, həmişə şərab içib məst olan oğlu Yəzidi camaata hakim tə`yin etdi. Üçüncüsü isə ipək paltar geyinir, saz çalırdı və Ziyadı özünün qardaşı adlandıraraq İraqa hakim təyin etdi.”

Bir hikmət sahibi deyir: “Dünyanı üç şeydən birindən ötrü tələb edirlər; ehtiyacsızlıq, izzət və rahatlıqdan ötrü. Halbuki, izzət dünyadan üz döndərməkdə, ehtiyacsızlıq qənaətdə, asayiş isə azacıq əziyyət çəkməyin kölgəsindədir.”

Hədisdə deyilir ki, bir gün Cəbrail (ə) Peyğəmbərə (s) ərz etdi: “Əgər bizim ibadətimiz yer üzərində olsaydı üç əməli heç vaxt tərk etməzdim; müsəlmanlara su verməyi, (böyük və ehtiaclı) ailə sahiblərinə kömək etməyi və camaatın günahlarının üstünü örtməyi.”

Yunan filosoflarından biri deyib: “Üç şey heç kəsdən ötrü biabırçılıq deyil; xəstəlik, fəqirlik və ölüm.”

Həzrət İbrahim Xəlil peyğəmbərdən (ə) soruşdular: “Nə səbəb oldu ki, Allah səni özünə dost seçdi? “Buyurdu: “Üç səbəbə görə; Allahın göstərişini başqalarının istəklərindən üstün tutdum, Allahın öhdəsinə aldığı işlərdən ötrü (ruzi və s.) çox da təlaş etmirdim (yəni, kafayət qədərindən artığını tələb etmir, haramlarının dövrəsində dolanmırdım) və heç vaxt qonaqsız yemək yemirdim.

“Üç kəs var ki, onları üç yerdən başqa yerdə tanımaq olmaz; səxavətli insanı qıtlıq zamanı, şücaətlini döyüş zamanı və səbirli insanı qəzəb vaxtı.”

Bir ədib sultanın yanına getdi. Danışmaq icazəsi istədi. Sultan dedi: “Bir şərtlə.” Dedi: “Nə şərt?” Dedi: “Mənim üzümə məni tərifləmə, çünki mən özümü səndən yaxşı tanıyıram, ürəyində olanların əksinə söz demə və heç kəsin qeybətini etmə.”

Bir arif deyir: “Üç şey qəlbi bərkidər: Yersiz gülmək, tox halda yemək və lazımsız sözlər danışmaq.”

Bir hikmət sahibi deyib: “Üç şey barəsində fikirləşmə; kasıblıq və yoxsulluq fikrində olma ki, qəm-qüssən çox olar, uzun ömür sürmək fikrini də başında çox dolandırma ki, bütün ömrünü bir yerə yığsan malını xarab edərsən və sənə zülm edənlərdən də əvəz çıxmağa çalışma ki, qəlbin daşlaşar, qəzəbin isə artar.”


Geri dön

Ulya

  • 20 noyabr 2010 18:33
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox gozel sozlerdi

Yusif

  • 20 noyabr 2010 14:01
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler xebere gore

R_O_M_A

  • 20 noyabr 2010 11:30
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
Bir arif deyir: “Üç şey qəlbi bərkidər: Yersiz gülmək, tox halda yemək və lazımsız sözlər danışmaq.”

--------------------

Angel-Xranitel-666

  • 20 noyabr 2010 09:29
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 76

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}