Ali məktəblərdə ilbəil artan təhsil haqları

 
Ali məktəblərdə ilbəil artan təhsil haqları

Son illər Azərbaycandakı dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılması müşahidə olunmaqdadır. İndi Azərbaycan universitetlərində ödənişli ixtisaslar dünyada ən bahalılar sırasındadır. Minimum əməkhaqqı 93 manat olan Azərbaycan təhsil ödənişlərinə görə ən inkişaf etmiş ölkələri belə, geridə qoyur.

Dövlət universitetlərindəki ixtisasların illik təhsil haqqını araşdırdık.

Bakı Musiqi Akademiyasında qiymətlər sözün əsl mənasında od tutub yanır. Beləki, ödənişli ixtisaslar üzrə təhsilin qiyməti 3000 manatdan aşağı deyil.

Azərbaycan Milli Konservatoriyasında da ən bahalı ixtisas solo oxumadır ki, onun illik ödəniş qiyməti 3000 manatdır.

Dövlət ali məktəblərinin “flaqmanı” sayılan Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası ən prestijli ixtisaslar sırasındadır. Bu ixtisasda tələbə ildə 2800 manat ödəməlidir.

Təhsil haqqının bahalığına görə universitetlərin sonrakı sıralamasını tamamlayan Azərbaycan Diplomatik Akademiyasıdır. Burada beynəlxalq münasibətlər və biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan tələbə ildə 2750 manat ödəməlidir. Bu akademiyada tələbələrə müəyyən güzəştlər edilir. Beləki, 640-700 bal toplamış abituriyentlər bir semestr üçün təhsil haqqından azad olunurlar. Bundan əlavə, təhsil müddəti ərzində əla qiymətlərlə oxuyan tələbələr növbəti semestr üçün təhsil haqqı ödəmirlər.

Azərbaycan Tibb Universiteti də bahalı ali məktəblər sırasındadır. Universitetin müalicə işi ixtisası illik təhsil haqqının bahalığı ilə seçilir. Həmin ixtisas üzrə təhsil haqqının 2500 manat olması bunu deməyə əsas verir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dizayn, Milli Aviasiya Akademiyasında III ixtisas qrupu üzrə hüquqşünaslıq, Azərbaycan Dillər Universitetində regionşünaslıq, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və hüquqşünaslıq, Azərbaycan Turizim İnstitutunun beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələr də ildə 2500 manat ödəməlidirlər.

Bakı Slavyan Universitetində ən prestijli ixtisas beynəlxalq münasibətlər hesab olunur ki, həmin ixtisası ödənişli əsaslarla oxuyanlar nə az-nə çox - 2200 manat ödəməlidirlər.

Təhsil haqqının bahalığına görə, sonrakı yeri İqtisad Universiteti tutur. Universitetdə beynəlxalq münasibətlər ixtisasında ödənişli əsaslarla əyani təhsil alan tələbə ildə 2000 manat xərc çəkməlidir.

Naxçıvan Dövlət Universitetində isə ən bahalı ixtisaslar instrumental ifaçılıq (fortepiano), müsiqişünaslıq və bəstəkarlıqdır.
Gəncə Dövlət Universitetində isə bahalı ixtisas turizm və otelçilikdir. Bu ixtisaslar üzrə təhsil alan tələbələr adları çəkilən universitetlərə ildə 2000 manat ödəməlidirlər. Gəncə Dövlət Universitetində ən bahalı ixtisaslar arasında kompüter mühəndisliyi də təhsil haqqının bahalığı ilə seçilir. Belə ki, bu ixtisas üzrə təhsilin illik ödəniş qiyməti 1500 manatdır.

Azərbaycan Dəniz Akademiyasının gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi və hüquqşünaslıq fakültələrinin əyani məzunu olmaq istəyən tələbələr ildə 1800 manatdan keçməlidirlər.

Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) menecment, marketinq ixtisasları bahalı ixtisaslar hesab olunur. Həmin ixtisasların illik təhsil qiyməti 1700 manatdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetində maliyyə ixtisası da kifayət qədər bahalı ixtisas sayılır. Beləki, bu peşə sahibi olmaq istəyən tələbə təhsil haqqı kimi ildə 1500 manat ödəməlidir.

Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhəri) də bahalı ixtisaslar var. Mühasibat uçotu və audit ixtisasıları alan tələbələrin necə deyərlər, əlləri ciblərində olmalıdır. Burada illik təhsil haqqı 1500 manatdır.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin xarici dil müəllimliyi ixtisasında təhsil alanlar 1400 manat illik ödəniş etməlidir.

Lənkəran Dövlət Universiteti də mühasibat uçotu və audit ixtisasına görə Pedoqoji Universitetin xarici dil müəllimliyi ilə eyni “qiymətə” malikdir. Bu ixtisaslarda illik ödəniş 1400 manatdır.

Sumqayıt Dövlət Universitetində isə ən bahalı ixtisas sosiologiya, biologiya və dünya iqtisadiyyatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dizayn və memarlqdır. Hər iki universitetin sadalanan ixtisaslarına görə, illik təhsil haqqı 1400 manatdır.

Azərbaycan Texniki Universitetində kompüter elmləri və informasiya texnologiyaları və sistemləri mühəndisliyinə yiyələnmək istəyənlər 1300, Azərbaycan Dövlət Neft Akademiyasında isə kompüter elmləri sənətinin sirlərini öyrənmək istəyənlər isə 1200 manatlarından keçməlidirlər.

Mingəçevir Politexnik İnstitutunda da illik təhsil haqqı 1200 manatdan aşağı deyil.

Azərbaycan Müəllimlər İstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ən ucuz ali məktəblər hesab olunur. Belə ki, bölgələrdəki filiallarına görə, bütün universitetləri geridə qoyan Azərbaycan Müəllimlər İstitutunda riyaziyyat və informatika müəllimliyi və Naxçıvan Müəllimlər İnstitutunda eyni ixtisas üzrə illik ödəniş 1000 manatdır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bədən tərbiyəsi və idman ixtisasına sahin olmaq tələbəyə 800 manata başa gəlir
.


Geri dön

LoVe_LiFe

  • 2 avqust 2012 13:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
xebere gore tewekkurler omrum maraqla oxudum winked

Nuray2012

  • 2 avqust 2012 01:14
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

GuNaY_83

  • 1 avqust 2012 15:58
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Doymullarki..

--------------------

Prank girl

  • 30 iyul 2012 18:05
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 28 iyul 2012 04:07
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Melumata gore thanksss

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

leyluwka_20

  • 27 iyul 2012 19:08
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Delete,
onuda topluya bilmeyenler var e....

--------------------

Yaralı Qəlb

  • 27 iyul 2012 13:54
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
xebere gore tesekkurler

GoDDeSSS

  • 27 iyul 2012 12:41
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
melumata gore tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

GlamouR_

  • 27 iyul 2012 02:10
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
maraqlı xəbərə görə çoooX saol =)

smile


Vayy yaziq papalar

--------------------

R.M Fanatı...

  • 26 iyul 2012 23:46
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
men de inwallah telebe olacam ,tewekkurler xebere gore

--------------------

Melodi_Miray

  • 26 iyul 2012 23:18
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}

Azərbaycan Tibb Universiteti də bahalı ali məktəblər sırasındadır. Universitetin müalicə işi ixtisası illik təhsil haqqının bahalığı ilə seçilir. Həmin ixtisas üzrə təhsil haqqının 2500 manat olması bunu deməyə əsas verir.

Teshekkurler...Xebere gore
winked

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

✰GoLd GirL✰

  • 26 iyul 2012 22:50
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Oxudum Tibb yaman artib aa....tesekkur....

Delete

  • 26 iyul 2012 22:39
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Yaxshiki bu il giris ballarin asagi saldilar... Tesekkurler...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

leyluwka_20

  • 26 iyul 2012 21:18
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
yaxwi oxusunlar.pulsuza duwsunler))

--------------------

✰Dгeaм✰

  • 26 iyul 2012 21:00
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun cox sag ol...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}