Sağol demədən getdin

 
  • 19.11.2010, 21:18
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Sağol demədən getdin

Gedişin deyil, bir ümidlə dönərsən deyə gözləmək öldürdü məni. .Bir sağ olu belə çox gördün...

Çətin gəldi sağ ol demək sənə, belə getmək daha asan idi çünki, arxada qalanı düşünmədən çəkib getmək, yaraşdımı sənə?

Yaraşdımı gedirəm demədən getmək? Yaraşdımı vidalaşmamaq və çəkib getmək?

Yaraşdımı ayrılıqla üzləşməmək? Getdiyini belə söyləməmək..

Bir sağ olu çox gördün.. Bu asan olanı idi, bunu seçdin...

Eqoist idin, yenə özün üçün ən yaxşı olanı seçdin, başqasının duyğuları səni yenə heç maraqlandırmadı...

Sağ ol demək çətin idi cünki, vidasız getdin, sanki geri gələcəkmiş kimi getdin, ayrılıqla üzləşmədən getdin...

Ayrılıq acı verər çünki, sanki ayrılmırmışıq kimi tərk etdin. Halbuki məni gedisin deyil, bir ümidlə gələrsən deyə gözləmək öldürdü...

Sağol demədən getdin

Sağ ol deməmişdik, ayrılmamışdıq elə isə, dönəcəkdin, bir ümid vardı hələ,

küləkdə sovrulan bir şam alovu kimi cılız amma israrla yanan bir ümid vardı..

Bax məni o ümid öldürdü...

Gedişin deyil...

Bir gün dönəcək deyə gözləmələr öldürdü məni, başqa kölgələri, sənə bənzətmək əritdi bədənimi, ayaq səsləri,

nərdivan çıxışlarını dinlədim sənsənmi? deyə... Qapı döyüldüyündə mən qaçdım, telefon çaldığında, ilk zəngdə əlim telefonda idi ilk aylar da...

Gəlmədin...

Sağol demədən getdin

Amma sağ ol da deməmişdini... Getmişdini... Amma vidalaşmamışdınıl...

Gedişin deyil, məni dönəcəksən ümidi ilə gözləmək öldürdü. ..Çox gec anladım eqoist idin.

Artıq heç bir kölgə sən deyilsən, heç zəng etməyəcəksən, dodaqların adımı söyləməyi unutmuşdur artıq,

döyülən qapılar və telefonlara mən baxmıram neçə zamandır. Sağ ol demədən getdin. Asanı seçdin... dönməyəcəksən...

Ürəyimdə artıq nə sevgi var, nə ümid, nə də bir ağrı... Ürəyimdə daşlaşmış bir SAĞ OL var... sənə aid...

Onu bir söyləyə bilsəm, sənə vida edəcəyəm... Bu qədər il məndən oğurladığın, həyatımı geri istəyəcəyəm.

Və sən, Heç anlamayacaqsan, heç bilməyəcəksən... Məni gedişinin deyil, dönərsən ümidi ilə yaşamanın öldürdüyünü...

Sağ ol demək, ölməkdən dahamı çətin idi?


Geri dön

ozlem2010

  • 19 iyun 2011 00:18
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:

Eqoist idin, yenə özün üçün ən yaxşı olanı seçdin, başqasının duyğuları səni yenə heç maraqlandırmadı...

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

Ulya

  • 20 noyabr 2010 18:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super yazidi.cox xosuma geldi

Angel-Xranitel-666

  • 20 noyabr 2010 09:53
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
AnGeL-xRaNItEl ti super

_schnecke_

  • 19 noyabr 2010 23:55
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
cox gozel.twk

Yusif

  • 19 noyabr 2010 21:28
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli xeberdi tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}