Uşaqların hər istəyini yerinə yetirməliyikmi?

 
Uşaqların hər istəyini yerinə yetirməliyikmi?

Hər istəyi həyata keçməyən uşaq zaman keçdikcə başa düşür ki, həyatda insanın istədiyi hər şey olmur".

Uşaqlara düzgün olanı öyrətmək çox vacibdir. Çox zaman valideynlər uşaqlarına "yox" deməyi ya bacarmır, ya da o qədər sərt şəkildə deyirlər ki, bu da uşaqların tərbiyəsinə böyük təsir göstərir.

Psixoloq Günel Alıyeva bildirir ki, uşağa "yox" deməyi də bacarmaq lazımdır. Bu sözü işlədərkən nə çox sərt, nə də mülayim olmaq gərəkdir. Öncə nəzərə almaq lazımdır ki, uşaqlar da böyüklər kimi hisslərə, duyğulara sahibdirlər. Onlar bəzən səbrsiz, gurultulu və ya tələbkar ola bilərlər. Onların fikrincə, dünyanın mərkəzindədirlər, dünya onların üzərində qurulub. Belə uşaqlardan bir yetkin kimi davranmağı gözləmək onların hisslərinə toxunmaq deməkdir. "Uşaqlar gərgin, əsəbi olanda onlara icazə verin ki, hisslərini yaşaya bilsinlər. Arxasınca getməyin, icazə verin ki, tək qalıb əsəbini sakitləşdirə bilsin. Sakitləşəndən sonra özü sizin yanınıza gələcək. Uşaqlara onlar əsəbi olanda heç bir zaman şiddət göstərməyin, onları döyməyin. Əksinə, hirsli uşağa sarılmaqla onu sakitləşdirə bilərsiniz".

Psixoloqun fikrincə, uşaqların əsəbi davranışlarının arxasında mütləq bir ehtiyac durur. Bəlkə hansısa bir sözünüz, davranışınız və ya evinizdə olan hadisə onu kədərləndirdiyi üçün bu qədər əsəbi davranır. Onları başa düşməyə çalışmaq, anlaya bilmək uşağın aqressiv davranışlarına son qoymağa çalışmaq deməkdir. Əgər uşağınız kiçikdirsə və nədən əsəbləşdiyini, etirazını deyə bilmək bacarağına malik deyilsə, özünüz ona yardım göstəməyə çalışın.

"Uşaqlarımız bizdən inciyə, küsə bilərlər. Ancaq biz onlarla sərt davranmamalıyıq. Çünki uşaq bizimlə formalaşır. Danışığı, düşüncələri, davranışlarını biz formalaşdırırıq. Hər zaman uşağa yanında olduğunuzu hiss etdirməyi bacarmağınız lazımdır. Uşağa əmr etməyin, ona seçmək haqqı buraxın. Uşağa hansısa işi gördürmək istəyəndə çalışın, mülayim dillə danışın. Əgər həddən artıq əsəbiləşmisinizsə, çalışın ki, uşağın olduğu mühitdən uzaq durasınız. Uşaq sizi başa düşmürsə, ona "yox" deməyi bacarın".

Bəzən valideynlər, uşağa az zaman ayırdıqları, onları ciddi tərbiyədə böyütdükləri üçün "yox" deməklə uşağı qıracaqlarını düşünürlər. Psixoloqun fikrincə, valideyn hər bir halda övladına "yox" deməyi bacarmalıdır. Çünki "yox" kəlməsi uşağınızın həyat yolunda qarşısına maneələrin çıxacağına alışmağa kömək edəcək. Hər istəyi həyata keçməyən uşaq zaman keçdikcə başa düşür ki, həyatda insanın istədiyi hər şey olmur. Bu da ona daha iradəli olmağa kömək edəcək.

Həmsöhbətim valideynlərə məsləhət görür ki, uşağa yoldaş deyil, valideyn olmağa çalışsınlar. "Bəzi valideynlər var ki, övladı ilə dost, rəfiqə kimi davranır. Bu zaman uşaq kimə sığınacağını bilmir. Unutmamaq lazımdır ki, uşağın hər zaman onu qoruya bilən bir valideynə ehtiyacı var. Uşağa "yox" kəlməsini sakit, yumşaq, isti, amma qərarlı şəkildə söyləyin. Elə demək lazımdır ki, uşaq istəyini təkrar etmək fikrinə düşməsin. İstək təkrar olunsa belə, siz yenə "yox" cavabını səbrlə təkrar etməlisiniz. Hər zaman "yox" deyərkən öz həyatınızı da nəzərə alın. Əgər siz uşağınıza siqaretin ziyanlarından uzun-uzadı danışıb, ona "çəkmək olmaz" deyib, amma özünüz çəkirsinizsə, sizin dediyiniz "yox" qüvvəsiz olacaq. Uşaq yaxın rəfiqəsinin evinə getmək istəyir, amma siz narazısınız. "Yox" deyin, amma onun üçün zamanı səmərəli etməyi də unutmayın. Ona birlikdə film seyr etməyi, oyun oynamağı təklif edin".

"Yox" demək ağrıdıcı, ürküdücü və ya qırıcı ola bilər. Amma unutmamaq lazımdır ki, uşağınızın şəxsiyyət kimi inkişafında bu "yox"ların böyük rolu olacaq.


Geri dön

kiskanc

  • 22 avqust 2012 12:08
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
tesekkurler maraqlli idi

Gözlüklü

  • 7 avqust 2012 22:09
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
twk.........................

LoVe_LiFe

  • 2 avqust 2012 13:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MENCEDE TEWEKKURLER

Prank girl

  • 30 iyul 2012 17:54
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 28 iyul 2012 04:18
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Yox demeyi bacarmaliyiq..tewekkurlr

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

EnD of TiMe

  • 27 iyul 2012 16:35
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
yox mence duzgun deyil..her deyileni elemek..

ツMrs.Crazy ツ

  • 27 iyul 2012 13:36
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
tewekkurler maraqlidi...

GoDDeSSS

  • 27 iyul 2012 12:29
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
maraqli melumata gore tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

music_angel

  • 27 iyul 2012 11:37
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
mencede usagi cox simartmaq olmaz...menim ozumde hele boyumusem

--------------------

Deniz

  • 27 iyul 2012 10:46
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Mence de, her seye "he" demek duzgun deyil, terbiye cehetden...ele boyutmek lazimdi, basqalarinin yaninda ne usaq ne de valideynleri utanmasin, gelecekde de xeyirli ovlad olsun)) duzdu, hele ozum sinamamisam, ama ozum bu sinagin neticesiyem))) feel

Hesretim

  • 27 iyul 2012 02:24
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
ele aileler varki uwaglarini erkoyun boyudurler uwag nese isdedikde tapir verir ve sonra hemin uwag o muhitdede boyuyur ve uwag getdikce heyati anlamaga caliwdiqca onun hec vaxt ewitmediyi "yox" sozunu gunlerin bir gununde ewidir ANA bunu mecburi soyluyur ama halbuki o werati ovladlari ucun onlar yaradib ve "yox" sozunu ewitmeyen uwag cavabinda "Hemiwe olmisan indide al vacib olmuyanda alirsan vacib olanda alirmirsan bilmirem ne olur olsun almalisan" bele esebi hallar ve valideynler sonradan pewman olurlar ovladlarina "yox" sozunu demediyleri ve sonda meqale ucun tewekkurler

--------------------
Kelmeler yetersiz qalir sevgimi anlatmaga, gozlerime baxaraq anla nece ashiqem sene.Ellerimi berk tut hec ayrilma, cunki nefes kimi mohtacam sene...

AysU_DilarE

  • 27 iyul 2012 01:21
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
ureyim kovrek olsada onun terbiyesi ucun edirem bunu qizim menim yox sozumu indiden bilir baxmayaraqki 1 yawi var elin uzadir neyese yox deyirem hemin deyqe vermirem yadindan cixandan sonra veriem o weyiki gozu qalmasin hemin deyqe versem pis oyrener deyer isdediyimi vermelisen.twkler xebere gore

--------------------

KAMALA}

  • 26 iyul 2012 23:59
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
twk cox maraqli ve deyerli elumatdi.

adsiz2

  • 26 iyul 2012 23:49
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
bize de yox deye deye boyumusuq. neolub bize ehhhh...........

--------------------

_Kyonul_

  • 26 iyul 2012 23:31
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
yox deyende- o yoxun sebebini duzgun izah etmek lazimdir mence.qisacasi budur.

--------------------

Melodi_Miray

  • 26 iyul 2012 23:27
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
"Yox" demək ağrıdıcı, ürküdücü və ya qırıcı ola bilər. Amma unutmamaq lazımdır ki, uşağınızın şəxsiyyət kimi inkişafında bu "yox"ların böyük rolu olacaq.

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

Delete

  • 26 iyul 2012 23:03
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Yox demesen Gelecekde He demeye bir sey qalmaz...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

✰GoLd GirL✰

  • 26 iyul 2012 23:00
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Yoox Yoxx yOXX/.....Deyilnlerle raziyam.....tesekkurler....

SabriNa B-va

  • 26 iyul 2012 22:55
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Baxir neye daaa =)))

★Love Pearl★

  • 26 iyul 2012 22:26
  • Məqalə: 335
  • Şərh: 4368
  • Bal:
{awards}
maaqlidir twk

--------------------
Azerbaijan Medical University smile

I am Happy

  • 26 iyul 2012 22:00
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Teshekkurler maraqli meqaledi.

--------------------

KETTY

  • 26 iyul 2012 21:47
  • Məqalə: 9
  • Şərh: 662
  • Bal:
{awards}
tesekkurler duzdu ne qeder sirin olsalar da yox demek lazimdir

--------------------

come back

  • 26 iyul 2012 21:41
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler maraqla oxudum cox gozel meqaledir.

✰Dгeaм✰

  • 26 iyul 2012 21:27
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meslehet ucun cox sag ol...

Dj aka

  • 26 iyul 2012 21:16
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
mene hemise yox deyibler(((( ammma men hec bir usaga yox deye bilmerem. vicdan denilen bi sey var cnm yaaaa twkler

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

leyluwka_20

  • 26 iyul 2012 21:15
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
duzdu.yox demeyi bacarmaliyiq.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}