Müqəddəs Kitab Allahın Kəlamları

 
Müqəddəs Kitab Allahın Kəlamları

Müqəddəs Kitab

Əhdi-Ətiq Ya Rəbb mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum. Məzmur 86:11-12

Müqəddəs Kitab Allahın kəlamıdır. Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur. Allah müqəddəs kitabda insanlara əbədi həyata malik olmaq üçün həqiqət yolunu göstərir. Siz bu kitabdan hikmət, əxlaqi və mənəvi dəyərlər əldə edə biləcəksiniz. Bu kitab keşməkeşli həyat yollarında Allahın iradəsini öyrənməkdə sizə kömək edəcək. Müqəddəs kitab iki hissədən ibarətdir: Əhdi-Ətiq və Əhdi-Cədid. Əhdi-Ətiq Allah tərəfindən bütün millətlər üçün İsrail, yəni Yəhudi xalqına nazil olan Müqəddəs Yazılardır. Əhdi Ətiq 39 kitabdan ibarət olub, qədim ibrani və arami dillərində yazılmışdır. Əhdi-Cədid isə 27 kitabdan ibarət olub, qədim yunan dilində yazılmışdır.

Müqəddəs Kitab haqqında

Bu Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur.

Allah Müqəddəs Kitabda insanlara əbədi həyata malik olmaq üçün həqiqət yolunu göstərir. Siz bu kitabdan hikmət, əxlaqi və mənəvi dəyərlər əldə edə bələcəksiniz. Bu kitab keşməkeşli həyat yollarında Allahın iradəsini öyrənməkdə sizə kömək edəcək.

Müqəddəs Kitab iki hissədən ibarətdir: Əhdi-Ətiq və Əhdi-Cədid.

Əhdi-Ətiq Allah tərəfindən bütün millətlər üçün İsrail, yəni Yəhudi xalqına nazil olan Müqəddəs Yazılardır.

Əhdi-Ətiq 39 kitabdan ibarət olub, qədim ibrani və arami dillərində yazılmışdır.

Əhdi-Ətiq dörd hissəyə bölünür. Tövrat – Musanın Qanun kitabı (ilk 5 kitab), Tarixi kitablar (Yeşua Kitabı ilə başlayaraq, cəmi 12 kitab), Poetik kitablar (Zəbur və digər 4 kitab), Peyğəmbərlərin kitabları (Yeşaya Peyğəmbərin Kitabı ilə başlayaraq, cəmi 17 kitab). Bu kitablar xəbər verir ki, bəşər övladları üçün dünyaya Xilaskar gələcək.

Əhdi-Cədid, yaxud İncil 27 kitabdan ibarət olub, qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri Kitabı İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. İncil kitabına daxil olan məktublar İsa Məsihin həvariləri və yaxın ardıcılları tərəfindən yazılmışdır. Bu məktublar ilk imanlılar cəmiyyətlərinə (kilsələrə) yol göstərmək, İsa Məsihin təliminə uyğun həyat tərzi yaşamaq və qarşılaşdıqları çətinliklərin öhdəsindən necə gəlməyi öyrədir. İncilin Vəhy adlanan son kitabı isə insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayır.

Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi

Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Müqəddəs Kitab dünyada birinci yeri tutur. Beş əsr bundan əvvəl Müqəddəs Kitab, yalnız 33 dilə tərcümə edilmiş, 19-cu əsrin əvvəllərində isə 70 dilə tərcümə edilmişdir.


Müəyyən edilmişdir ki, 2002-ci ilin sonunadək Müqəddəs Kitab dünyada mövcud olan 6800 dildən tam surətdə 392 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1012 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir. Orta hesabla hər on gündən bir yeni tərcümə nəşr olunur. Planetimizdə yaşayan 6 faiz insanların hələ öz ana dilində Müqəddəs Kitabı yoxdur.

Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi 19-cu əsrin ortalarından başlanmışdır.

1878-ci ildə Əhdi-Cədid bütövlükdə tərcümə olundu.

1891-ci ildə Əhdi-Ətiq nəşr olundu. Bu kitablar əski ərəb əlifbası ilə nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-Cədid yenidən tərcümə olunub, kirill əlifbası ilə nəşr olunmuşdur. 1995-ci ildən başlayaraq, Əhdi-Ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək, qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları nəşr olumuşdur.

Tərcümənin üslubu

Tərcüməçilər ən etibarlı qədim mənbələrdən – qədim ibrani və arami dillərində yazılmış Əhdi-Ətiqin mətnlərindən istifadə etmişlər və Əhdi-Ətiqi tərcümə edərkən, orijinal mətnə sadiq qalaraq, Azərbaycan dilində təbii səslənməsinə çalışmışlar.

Kitabların məzmununu oxuculara daha yaxşı çatdırmaq üçün hər kitabın başlanğıcında giriş sözü yazılmışdır. Kitabın səhifələrinin altında qeydlər, kitabın sonunda isə Müqəddəs Kitabın terminləri lüğəti, ölçü, kütlə və pul vahidləri cədvəli verilmişdir. Səhifələrdəki qeydlər nömrələrlə, Müqəddəs Kitabın terminləri lüğəti isə əlifba sırası ilə yazılmışdır.

Bu tərcüməyə kömək edən, bu işdə zəhmət çəkən hər kəsə öz minnətdarlığımızı bildiririk. Arzumuz budur ki, Uca Allahımız hər bir Azərbaycan oxucusuna, onların simasında Azərbaycan xalqına bu Müqəddəs Kitabdakı kəlamlar vasitəsilə bol-bol xeyir-dua versin!
Müqəddəs Kəlamın Mötəbərliliyi

Müqəddəs Kəlam(İncil, Tövrat, Peyğəmbərlər və Zəbur kitabları) dəyişib yaxud dəyişməyib?

Müqəddəs Kəlam mətninin ən müfəssəl şəkildə dövrümüzədək qorunub saxlandığına dəlalət edən iki əsas sübut mövcuddur- elmi və dini.
1. Elmi sübutlar: erkən dövrlərə aid külli miqdarda əlyazmaların mövcudluğu.

Mətnlərin üzünün köcürüldüyü materialların kövrəkliyi ucbatından heç bir original əlyazma əlbəttə ki, dövrümüzədək gəlib cata bilməzdi. Buna görə də indi malik olduğumuz qədim dövrlərə aid bütün ədəbiyyat nümunələri, yalnız səlnaməcilərin əməyi sayəsində qorunub saxlana bilmişdir. İmanlılar da öz növbəsində bütün əsrlər boyu Müqəddəs Kəlamın mətninin qorunmasına öz töhfələrini vermişlər.

İncilin aşkar edilmiş olan ən qədim hissələri ikinci yüzilliyin əvvəlinə təsadüf edir. İncilin papirus kağızı (qamışdan düzəldilmiş kağız növü) üzərində yazılmış bir çox hissələri isə ikinci- üçüncü əsrlərə təsadüf etdiyi məlum olmuşdur. İncilin ən erkən dövrə təsadüf edən tam əlyazmaları heyvan dərisindən düzəldilmiş materialın, perqamentin üzərinə yazılmışdır. Onlar eramızın dördüncü əsrinə aiddirlər. Bu qədimi əlyazmalardan original mətnlərin dəqiqləşdirilməsi məqsədilə istifadə olunur.


İncil əlyazmalarının digər qədimi mənbələrlə müqayisəvi analizini aparmaq bu baxımdan faydalı olardı. Hal-hazırda İncilin təqribən 5300 qədim yunan əlyazması mövcuddur. Bundan başqa biz 10000-dən artıq latın Vulqat (Müqəddəs Kəlamın qədim tərcüməsi) və efiop, slavyan, erməni, suriya, ərəb, soqdi və fars dilləri də daxil olmaqla, digər dillərdən olan 9300-dən artıq əlyazmanı da onun üzərinə əlavə edə bilərik. Ümumilikdə buradan belə nəticəyə gəlmək olur ki, müxtəlif dillərdə yazılmış və müxtəlif coğrafi regionlarda qorunub saxlanmış 24000-dən artıq qədim əlyazma mövcuddur. Onu da əlavə etmək lazımdır ki, praktiki olaraq bütün İncili İsa Məsihin erkən davamcılarının zəhmətinin bəhrəsi olan qorunub saxlanmış 36000 sitat əsasında bərpa etmək mümkündür.

İncil mətnlərini təqribən eyni dövrdə yaşamış qədim yunan müəlliflərinin işləri ilə müqayisə edin:

Eramızdan əvvəl 59 və 50-ci illər arasında yazılmış olan Sezarın «Qal müharibələri», siyahıların böyük qismində qorunsa da onlardan, yalnız 9 və ya 10 dənəsi kifayət qədər yüksək keyfiyyət səviyyəsi ilə seçilir və onlar arasında ən qədim olanı Sezarın ölümündən 900 il sonra yazılmışdır. «Roma tarixi»nə aid Liviyin (b.e.ə 59- b. E 17-ci illəri aralığında) yazmış olduğü 142 kitabdan, müxtəlif mənbələrdən olan 20 siyahıda bizim dövrümüzədək gəlib çatmış yalnız 35 kitab məlumdur. Onu da qeyd etmək lazımdır ki, onlar arasında ən qədim olanı (III-VI əsrlərə aid kitablardan parcalarla birgə) IV əsrə aiddir. Tasitin (təqribən b.e 100-cü ili) yazmış olduğu «Tarix» kitabından 14 kitabdan, yalnız dörd yarımı qorunub saxlanmışdır; onun «Annal»ından 16 kitabdan 10-u tam, 2-si isə qismən saxlanmışdır. Tasitin iki böyuk tarixi əməyinin nəticəsi olan qorunub saxlanmış bu fraqmentlərin bütün mətnləri tamlığı ilə biri IX əsrə, digəri isə XI əsrə aid olan iki siyahıya əsaslanır.

Müasir dövrümüzdə bir çox insanlar İncilin ən mötəbər mənbəyinin tapıldığını iddia edirlər. Bu mənbənin adı «Barnaba Müjdəsi» adlanan bir əlyazmadır. IV əsrə aid olan və «Barnaba Müjdəsi» adlandırılan mövcud yeganə əlyazma italyan dilində yazılmışdır. Mümkün olan bütün faktlar (məsələn, bu «İncil»in XIII əsrdə Dantu tərəfindən yazılmış «İlahi Komediya»ya əsaslanması) sübut edir ki, əslində bu sənəd-saxtadır və İncildə adı çəkilən Bar-Nabba (Barnaba) ilə heç bir əlaqəsi yoxdur.

Həmçinin Tövratın, Peyğəmbərlər Kitabı və Zəbur əlyazmalarının həqiqiliyini sübut edən tutarlı faktlar mövcuddur. VI-X əsrlərdə bu kitabların üzünü köçürmüş Massoretlər mətnlə böyuk ehtiramla davranırdılar: «..massoretlər ümumi mətnşünaslıq sahəsinə aid olmayan bir sıra hesablamalar aparmışlar. Onlar hər bir kitabın şerini, sözünü və hərfini nömrələyirdilər. Və hansı söz və hərfin hər bir kitabın ortasında yerləşdiyini hesablayırdılar. Onlar əlifbanın bütün sözlərini və ya müəyyən qism hərfləri və s. əhatə edən şerləri nömrələyirdilər. Cəsarətlə bu işi əhəmiyyətsiz hesab etsək də, o mətnin ötürülməsi sahəsində ehtiyatlı yanaşmanı təmin etmişdir. Qanunun heç bir nöqtəsinin, xəttinin və hərfinin fraqmentlərinin yoxa cıxmaması və ya itməməsi həqiqətən də maraqdandırırdı.».

Ölü Dənizin mağaralarında aşkar edilmiş bükülü kağızlarda Müqəddəs Yazıların hələ Məsihin gəlişindən öncəki dövrlərdə yazıya alınmış mətn əlyazmaları var. Bunlar sübut edir ki, müasir dövrümüzdə mövcud olan mətnin əla vəziyyətdə saxlanmışdır.

2. Ruhani sübutlar: Qüdrət Sahibi bəşəriyyətə acıqlamış olduğu Kəlamın itməsi və ya təhrif olunmasına imkan verməzdi.

Üc əsas monoteistik dinlərin mətnlərində (Yəhudilik, Məsihçilik, İslam) Qüdrət Sahibinin sözünün təhrif olunmayacağı təsdiq edilir:

Yəhudiliyin təsdiqi Peyğəmbərlər Kitabında, Yəşaya 40:8 ayədə olan məzmura əsaslanır: «Ot quruyar, cicək solar, amma Allahımızın sözü əbədi qalar».

Məsihçiliyin təsdiqi İncilə, Matta 5:18 ayəyə əsaslanır: «Çünki siz? doğrusunu deyirəm: Göy və yer kecib getmədən, hər şey icra olmadan, Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə yox olmayacaqdır».

Müsəlmanlığın təsdiqi Quranın 6:115-ci ayəsindəki Surəyə əsaslanır: Ucalardan Uca Allahın həqiqi və ədalətli Sözü yerinə yetdi. Onun sözünü hec kim dəyişə bilməz. O, hər şeyi eşidən və görəndir! (Osmanovun tərcüməsi).

Həmçinin 10:64 (65); 6:34 ayələrə baxın.

Müqəddəs Kəlamın dəyişdirilməsi mümkün deyil.

Təəssüflər olsun ki, yuxarıda qeyd edilmiş sübutlardan bixəbər olan insanlar Müqəddəs Kəlamın məqsədli şəkildə təhrif olunduğunu iddia edirlər. Dünyada saysız-hesabsız əlyazmanın kecmişdə və indi də mövcud olduğunu xatırlasaq, bu cür kütləvi dəyişikliyin qeyri-mümkünlüyü acıq-aşkar görünür. Qədim dövrlərdə o zaman mövcud olan külli miqdar orijinal əlyazmaların və onların köcürmələrinin və həmcinin müxtəlif dillərə edilmiş tərcümələrinin, habelə böyük bir regionun ərazisində İsa Məsihin davamcıları tərəfindən digər kitablardan gətirilmiş sitatların təhrif edilməsi praktiki baxımdan qeyri-mümkün idi.

Kəlamın mətninin guya təhrif olunması iddialarının əsasında hec bir sübut dayanmır. Həm bunun əksini iqrar edənlər və həm də bizlər İsa Məsihin bu sözlərini xatırlamalıyıq: «Mən sizə deyirəm: İnsanlar söyləyəcəkləri hər boş söz ücün qiyamət günündə hesab verəcəklər».
(İncil; Matta 12:36).

Müqəddəs Kitab Allahın Kəlamları


Geri dön

kiskanc

  • 24 avqust 2012 22:32
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
Allah razi olsun!

Gözlüklü

  • 7 avqust 2012 14:25
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

frog

  • 3 avqust 2012 17:08
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

LoVe_LiFe

  • 2 avqust 2012 16:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 28 iyul 2012 15:16
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Melodi_Miray

  • 28 iyul 2012 13:34
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
ALLAH razi olsun..

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

Delete

  • 28 iyul 2012 10:00
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

_RiHanNa_

  • 28 iyul 2012 09:49
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
ALLAH razı olsun

sweetheart:)

  • 28 iyul 2012 00:32
  • Məqalə: 8
  • Şərh: 236
  • Bal:
{awards}
ALLAH razi olsun...coox boyuk maragla hamisini sonadek oxudum, bezilerini bilirdim, ama yenede geniw melumat ucun tewekkurler)

music_angel

  • 27 iyul 2012 22:33
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
agolun Allah razi olsun

--------------------

Miss Lady

  • 27 iyul 2012 22:07
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
CronoS,
Deyesen hamisini oxudun.!!..

lie to the world

  • 27 iyul 2012 20:49
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
duzdu oxudum ama axiracan oxuya bilmedim...cox tewekkurler maraqli melumatcun..

--------------------

GoDDeSSS

  • 27 iyul 2012 20:34
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
hamisini oxuya bilmesemde maraqli melumat idi ...tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

CronoS

  • 27 iyul 2012 20:14
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
Allah razi olsun bu cur melumatlar bizim ucun cox onemlidir fellow

.♣.Chrysalis.♣.

  • 27 iyul 2012 20:06
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Deyerli yazi ucun cox sag ol

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

come back

  • 27 iyul 2012 19:57
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler canim Allah razi olsun.

SabriNa B-va

  • 27 iyul 2012 19:38
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH razi olsun..

leyluwka_20

  • 27 iyul 2012 18:51
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......

--------------------

✰Dгeaм✰

  • 27 iyul 2012 18:29
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

✰GoLd GirL✰

  • 27 iyul 2012 18:00
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun!....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}