Dünyanın sonu olmayacaq, çünki

 
Dünyanın sonu olmayacaq, çünki

2012-ci ildə dünyanın sonu olacağı barədə iddialar, sən demə, alimlərin zarafatı imiş.

Dünyanın sonu ilə bağlı deyilənlərin absurd olması barədə söylənənlərə, təkziblərə və təhlillərə rəğmən, ABŞ, Avropa və Asiya ölkələrində aparılmış son sorğuların nəticələrinə görə, rəyi soruşulanların 45 faizi qədim mayya təqviminə inandıqlarını deyiblər.

2009-cu ildə "Google" axtarış sistemində "2012" yazanda 170 milyondan artıq sayt və səhifə göstərir.
Hesablamalar göstərir ki, son 3 ildə dünyanın sonu ilə bağlı əndişələrin səviyyəsi 3 dəfə artıb və "Google"da indi "2012" yazanda 25 milyard səhifəyə istinad verilir.

Bu ajiotajın səbəbi isə təxminən 1400 il əvvəl hindu xalqı mayyanın yaratdığı təqvimdir.
Həmin təqvim 1958-ci ildə Meksikanın Tabasko ştatında, Tortuqero şəhərinin qalıqlarında aşkarlanmışdı.

Təqvim hündürlyü 1,9 metr, eni 55 sm, qalınlığı isə 6 sm olan daş parçasıdır.
Eramızdan əvvəl VII əsrdə hazırlanmış təqvim "6-cı abidə" adlanır.

Abidənin 2 "qulağı" vardı ki, sol qulağı sınıb, sağ qulaq isə qalıb.
Həmin təqvimdə də mayya dilində mətn var və o mətndə də dünyanın sonunun 2012-ci ilin dekabrın 21-də olacağı yazılıb.
Mətndəki sözlər belədir: "13-cü dördyüzillik Kankin ayının 3-də, 4-cü Ahavada başa çatacaq və Bolon Yokte səmadan yerə enəcək".

Ötən əsrin ortalarında bu heroqliflərin mənası çoxlarını maraqlandırmırdı və monument uzun illər boyu yerli muzeyin bir küncünə atılı qaldı.

Təqvim eramızdan əvvəl 3114-cü ilin avqustun 11-də başlanır. Bu, mayya dövrünün əvvəli, "sıfırıncı" hesab məqamıdır. 2012-ci ilin dekabrın 21-i tarixi isə daş kitabənin "sağ qulağı"nın yuxarı hissəsində yazılıb və o, "13.0.0.0.0." kimidir. Bu, 13-cü dördyüzillik dövrün başa çatması deməkdir.

"Bolon Yokte tanrısının Yerə enəcəyi" ilə bağlı öncəgörməyə gəldikdə isə, mayyalılar bununla dünyanın sonunun başlayacağını deməyiblər.

"Scientist"bildirir ki, təqvimdə əslində dünyanın sonu barədə heç nə deyilmir. Çünki "Bolon Yokte" tanrı yox, mayya dilində Mars planetinin adıdır. "13.0.0.0.0." də o deməkdir ki, Mars planeti görülmə məkanını tərk edəcək, Günəş isə Yaquar bürcündən çıxacaq.

Təqvim dünyanın sonundan yox, astronomik hesablamalar və müşahidələrin nəticələrindən bəhs edir.
13-cü dördyüzillik dövr başa çatandan sonra isə dünyanın sonu yox, yeni hesablama dövrü başlanacaq.

"Çünki mayyaların heç bir kitabəsində, yazılarında dünyanın sonu ilə bağlı bir kəlmə də yoxdur. Əvvəla, mayya təqvimi dövrü olduğundan o, heç zaman bitən deyil. Ən başlıcası isə odur ki, qədim mayyaların dini, kosmologiyasında dünyanın sonu nəzərdə tutulmurdu. Onlarda dövrlər və həmin dövrləri idarə edən tanrılar dəyişirdi. Məsələn, mayyaların 3144-cü ilinədək yağış tanrısı nəhəng timsaha qalib gəlib, onu şaqqalayıb və qan çaylara çevrilərək axıb. Bu, dünyanın sonu ilə bağlı proqnozlarla heç bir əlaqəsi olmayan adi mifologiyadır", - Kaliforniya Universitetinin professoru Nil Aşer deyib.

2012-ci ilin dekabrın 21-də dünyanın sonu olacağı barədə geniş yayılmış iddiaların "atası" isə ABŞ-dakı Yel Universitetinin antropologiya professoru, tanınmış amerikalı arxeoloq Maykl Koudur.

Məhz o, dünyada ilk dəfə demişdi: "Mayya təqviminə görə, 2012-ci il iki zaman dövrünün sonu olacaq. 13-cü dördyüzillik dövr və 5126 illik mərhələ başa çatacaq. Deməli, mayyaların fikrincə, dünyanın sonu gələcək".

Daha sonra isə o, 1966-cı ildə dərc etdirdiyi "Mayya" kitabında yazmışdı: "Dünyanın yaranması və məhvi ilə bağlı təsəvvürlər mezoamerikan dinlərində adi məsələdir. Mayya təqvimində zaman dövrlərdən ibarətdir. Hər dövr 5200 ildir və 13 baktundan ibarətdir. Beləliklə, mayyaların hesablamalarına görə, eramızdan əvvəl 3113-cü ildə yaranmış Kainat 2012-ci ilin dekabrın 21-də, daha bir dövrün sona çatmasında dünya dağılacaq".

Koudan savayı, bütün nüfuzlu alimlər bunu şit zarafat hesab etmişdilər.

Lakin 2000-ci illərin əvvəlində "millenium faciəsi"nin baş verməsini gözləyən jurnalistlər və bloqerlər, yazıçı və ssenaristlərin "ümid"ləri doğrulmayanda onlar "mayya təqvimindəki dünya sonu"na keçdilər.

... Maykl Kounun indi 83 yaşı var və o, ABŞ-ın Konnektikut ştatındakı Nyu-Heyven şəhərində yaşayır.

Bu yaxınlarda YouTube-də onun müsahibəsi peyda olub.
"Mayyaların təqvim sistemi qədim dünyanın ən böyük intellektual nailiyyəti sayıla bilər. Mayyaların riyazi və astronomik bilikləri babillər və ya misirlilərlə müqayisədə daha dərin idi. Mayyaların bir sıra daş kitabələrində və barelyeflərində onların yaşadıqları dövrdən 400 milyon il əvvəl baş vermiş hadisələrdən bəhs edən mətnlər var", - Kou deyib.

O, uğursuz zarafatı üçün üzr istəməyib.



milli.az


Geri dön

hello kitty

  • 19 avqust 2012 11:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Allah herseyden ucadir alimler kimdi ki, bos- bos danisirlar

hair

  • 13 avqust 2012 18:02
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
maraqli xeberdir eziyyete gore tesekkur

--------------------
AZERBAYCANİM MENİM!!
VETENİMSEN SEN
MENİM

Gözlüklü

  • 3 avqust 2012 12:25
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
olursa olsun olmursa olmasin ne menaaaaa ya oleceksen ya yasayacaqsan.twk xebere gore

LoVe_LiFe

  • 2 avqust 2012 16:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH BILER ONU

Melodi_Miray

  • 28 iyul 2012 12:17
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Bunu yalniz ALLAH bilir..melumata gore tewekkurler...

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

music_angel

  • 27 iyul 2012 22:46
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
bunu yalniz Allah bile biler....tesekkurler

--------------------

rossioneri-004

  • 27 iyul 2012 19:48
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
bu sadce insanlarin panikaya duwmesinin qabagni almag ucun bir vasitedir tutalim ki bilirler dunyanin sonudu ne etsinler desinler ki butun millete ki filan vaxd deqiqdi dagilacag diseler ele hec o vaxda kimi insan qalmaz haminin qorxudan ureyi partdar dozmezler gelin bu aspekten de baxaq her wy goz qabagindadir men inanmiram ki dunyanin sonu olacag sadece boyuk kataklizimler baw verecek bildiyim qederiyle sadece nasa ve amerika hokumeti insanlari bu fikirden u zaglawdirmagcin oncegorme tedbirlerine el atiblar o qeder yeni en azindan allahi tanimiyan kafir olkeler silinmelidi uje vede yetiwib,,,,!!!

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

come back

  • 27 iyul 2012 19:28
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler cox sevindim.

DEAD ANGEL

  • 27 iyul 2012 17:46
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
hamisi bow weydi

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

I am Happy

  • 27 iyul 2012 17:42
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Maraqli xeberdi teshekkurler.

--------------------

Delete

  • 27 iyul 2012 16:53
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
yAXSHI OLDU.. pULSUZ uNIVERSITETE DUSMUSEM... oXUMASAM UREYIM PARTDAYAR...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

leyluwka_20

  • 27 iyul 2012 16:36
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
eww.boww weylerdirr...bunu yalniz ALLAH bilir

--------------------

MenimleSen

  • 27 iyul 2012 16:25
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
sen cani men inanmirdim

--------------------

...BARSA FANATI....

  • 27 iyul 2012 16:20
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: _SeLeNa-GoMeZ_
Hmmm.. olacaq.. Bunu yalniz ALLAH bilir

m.gulshen

  • 27 iyul 2012 16:00
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
bunu sadece Allah bilir tesekkurler

★SlaDkaya ciciwKa★

  • 27 iyul 2012 15:35
  • Məqalə: 2
  • Şərh: 929
  • Bal:
{awards}
onu Allahdan basqa hec kim bilmir angry

twkleer

--------------------
Öyünecek Tipim Yok Ama ;
Çoğu Erkeğin İsteyipte Beceremediği ,

Anadan Gelmiş DELİKANLILIĞIM Var ALLAH'a Şükür . . !

my angel__

  • 27 iyul 2012 15:27
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
inwallah olmaz.....tewekkurelr melumta gore......!!

--------------------
Помни, что ты - мое все ❤

✰GoLd GirL✰

  • 27 iyul 2012 15:16
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Kimin zaraftidirsa cox pis zarafatdir.....Allah bilen meslehetdir.....

solnuska

  • 27 iyul 2012 15:12
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
her sey allahin elindedi

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

R.M_FaNaTka

  • 27 iyul 2012 14:49
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
men dunyaya goz acandan deyiler dunya dagilacaq ne alim ne qeyri alim ALLAHDAn bawqa hec kim bilmez am

--------------------

Slatkaya emocka.

  • 27 iyul 2012 14:43
  • Məqalə: 2
  • Şərh: 1424
  • Bal:
{awards}
Hec kese Inanmiram ALLAHDN baska....

barby girl

  • 27 iyul 2012 14:36
  • Məqalə: 0
  • Şərh: 897
  • Bal:
{awards}
twkelrrrrrrrrrrrr

classic_guiter_girl

  • 27 iyul 2012 14:33
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
melumata qore twk

guncicek

  • 27 iyul 2012 14:23
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
cox maraqli idi axira qqeder oxudum

--------------------

✰Dгeaм✰

  • 27 iyul 2012 14:17
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Dunyanin sonu olmayacaq,cunki onu Allah bilir...

GoDDeSSS

  • 27 iyul 2012 14:08
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
...Allah bilen meslehetdir.melumata gore tewekkurler...

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

Young girl...

  • 27 iyul 2012 14:03
  • Məqalə: 9
  • Şərh: 1243
  • Bal:
{awards}
Allahdan basqa hamisi yalandir

--------------------

ツMrs.Crazy ツ

  • 27 iyul 2012 14:02
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
bunu ALLAHDAN bawqa hec kim bilenmez yallannan hamisi tarix qoyur gunahdiee VALLAH bele weyden hec zarafat olar

SabriNa B-va

  • 27 iyul 2012 14:00
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Hmmm.. olacaq.. Bunu yalniz ALLAH bilir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}