Qarakənd faciəsindən 19 il ötür

 
Qarakənd faciəsindən 19 il ötür


1991-ci il noyabrın 20-də içərisində Azərbaycan siyasi elitasının nümayəndələrinin olduğu hərbi vertolyot ermənilər tərəfindən vurulub

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 19 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü


Geri dön

Angel-Xranitel-666

  • 20 noyabr 2010 19:41
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
tewekkur edirem

--------------------
AnGeL-xRaNItEl ti super

MuslimGirl

  • 20 noyabr 2010 16:35
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Yusif
Amin!Men bu hadiseni ilk defedir ki, esitdim ve pis oldum.Allah yaxinlarina sebir versin.

Yusif

  • 20 noyabr 2010 15:58
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
ALLLAH REHMET ETSIN RUHLARI SAD OLSUn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}