Avtoşlara qarşı reyd keçirilib

 
Avtoşlara qarşı reyd keçirilib


Saxlanılanlar arasında qadınlar da var

Bakıda avtoxuliqanlara qarşı reyd keçirilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Paytaxtın «Füzuli meydanı» adlanan ərazidə keçirilən reyd zamanı

Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları 28 sürücünü saxlayaraq,

inzibati məsuliyyətə cəlb edib. Saxlanılan şəxslərin texniki qaydaların kobud şəkildə pozaraq avtomobilləri

nasaz vəziyyətdə idarə etmələri müəyyən edilib. Həmçinin həmin sürücülərin idarə etdikləri

avtomobillərdə ictimaiyyəti narahat edən səs siqnallarından istifadə etdikləri bildirilir.

Reyd zamanı avtomobili etibarnaməsiz idarə edən 1 nəfər, sürücülük vəsiqəsi olmayan 4 nəfər,

avtomobili sərxoş halda idarə edən 1 nəfər, əlavə səs siqnalından istifadə edən 1 nəfər,

avtoxuliqanlıqla məşğul olan 6 nəfər və əlavə avadanlıqdan istifadə edən 15 nəfər saxlanılıb.

Məlumatda o da bildirilir ki, avtoxuliqanlıqla məşğul olanlar arasında qadınlara da təsadüf edilir.

Saxlanılan sürücülərin avtomobilləri cərimə meydançasına aparılaraq Azərbaycan Respublikası

İnzibati Xətalar Məcəlləsinin 154.1, 155.2.1, 155.2.2-ci və digər maddələri ilə cərimə olunublar.

Avtomobilə quraşdırılmış əlavə avadanlıqlar polis əməkdaşları tərəfindən sökülərək sahibinə təhvil verilib.

İXM-nin 296.1-ci (avtoxuliqanlıq) maddəsi ilə ittiham olunan sürücülər isə aidiyyatı üzrə

Yasamal rayon Məhkəməsinə göndərilərək barələrində lazımı cəza tədbirləri görülüb.


Geri dön

only-girl

  • 3 yanvar 2011 10:46
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Təşəkkür

--------------------

Ulya

  • 20 noyabr 2010 18:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkkurler xebere gore

Yusif

  • 20 noyabr 2010 13:54
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
hemise Eliyiller Reyd

R_O_M_A

  • 20 noyabr 2010 12:12
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
avto xuliqanligin yeri var saxlamasalar

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}