Məlum olub ki, BMT-yə üzv ölkələrin liderlərinin yalnız üçdə ikisinin Twitter hesabı var, lakin onlardan 35-i heç kimi izləməzkən, "tweet"ləri özləri paylaşanların sayı isə yalnız 30 nəfər olub.
Dünya liderlərinin “Twitter” diplomatiyası müzakirə edilib, bir çox siyasətçi sinifdə qalıb. 125 ölkədən 264 hökumət və liderə aid hesabları araşdırılıb. Dünya liderlərinin yalnız 30-u "tweet"lərini özləri yazır. Liderlərin üçdə biri bir-birini izləməzkən içlərində Rusiya prezidenti Vladimir Putin, Hollandiya baş naziri Mark Rutte kimi adların olduğu 35 nəfər isə heç kimi izləmir.
Həmkarları ilə ünsiyyətə ən çox əhəmiyyət verən AB sədri Herman van Rompuy həmkarlarından 11-ni izləyir, lakin heç biri tərəfindən izlənilmir.
Xüsusilə Fransa prezidenti Fransua Oland və Braziliya prezidenti Dilma Rousseff seçki kampaniyası dövründə Twitter hesablarını fəal şəkildə istifadə edərkən seçkilərdən sonra fəalıq dayandırılıb. “Twitter” dünyasının ən məşhur lideri isə ABŞ prezidenti Barak Obamadır. 17.8 milyon təqibçisi olan Obama nadir hallarda da olsa, "tweet"lərini özü yazır.
Araşdırmada Türkiyədən də prezident Abdullah Güllə baş nazir Rəcəb Tayyib Ərdoğan adına açılmış Twitter hesabları araşdırılıb. Araşdırma nəticələrinin nəşr olunduğu "twiplomacy" adlı saytda Gül və Ərdoğanın dünyanın ən çox izlənilən liderləri arasında yer aldıqları vurğulanır.
Dünya liderlərinin hesablarından atılan “tweet” sayı 350 mindir. Dünya liderlərinin cəmi təqibçi sayı isə 52 milyon nəfərdir.