Windows 7 dilimizə uyğunlaşdırılıb

 
Windows 7 dilimizə uyğunlaşdırılıb


Microsoft korporasiyası Windows 7 yeni əməliyyat sisteminin (ƏS) Azərbaycan üçün lokallaşdırılmasını bəyan edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, əməliyyat sisteminin Azərbaycan versiyasının istifadə edilməsi üçün ingilisdilli versiyanın üzərindən Language Interface Pack (LIP) xüsusi dil paketini Microsoft-un yerli nümayəndəliyinin www.microsoft.az saytından yükləmək olar.
ƏS-nin Azərbaycan üçün lokallaşdırılmış versiyasının cari ilin 23-26 noyabr tarixlərində Bakıda keçiriləcək BakuTel 2010 sərgisi çərçivəsində rəsmi təqdim olunacağı planlaşdırılır.

“Windows-un yeni versiyasının Azərbaycan dilinə lokallaşdırılması informasiya texnologiyalarının sistemli şəkildə inkişaf etdiyi ölkə kimi, Azərbaycana olan marağı göstərir. Məqsədimiz bu məhsulu Azərbaycanın əhalisinin əksər hissəsi üçün əlçatan etməkdən ibarətdir. Microsoft korporasiyası gələcəkdə də öz məhsullarını Azərbaycan üçün lokallaşdırmağa davam edəcək”, - deyə Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov qeyd edib.

Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məhsullarında istifadə olunan komanda və sözlərin Azərbaycan lüğəti (Glossary) yaradılıb, interfeys Azərbaycan dilinə lokallaşdırılıb (Language interface pack), eləcə də Microsoft-un lokallaşdırılmış məhsullarında istifadəsi tövsiyə edilməyən söz və ifadələr siyahısı yaradılıb (Azeri Policheck).
Xatırladaq ki, bundan əvvəl də Microsoft tərəfindən əsas məhsullarının Azərbaycan bazarı üçün uyğunlaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində Windows XP və Vista əməliyyat sistemləri, eləcə də Microsoft Office 2003/2007 paketləri lokallaşdırılıb.


Geri dön

Ulya

  • 20 noyabr 2010 18:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
thanks

Just For Legend

  • 20 noyabr 2010 14:50
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
BU EMELIYYAT SISTEMI MENDE POCTI 1 ILDIR KI VAR,QESSENG ISDEYIR,COX XOSUMA GELIR,AVTOOBNOVLENIYA GEDIR,SONRAM QESSENG LAZIM OLAN DRIVERLERI OZU AXTARIR TAPIR VE SURETLI ISLEYIR AMMA DILI RUS DILI MENE DAHA RAHATDIR

--------------------

Yusif

  • 20 noyabr 2010 13:59
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Mende Xp Eh :(((

R_O_M_A

  • 20 noyabr 2010 11:27
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
az dilinde maraqli olar

--------------------

Angel-Xranitel-666

  • 20 noyabr 2010 11:09
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 50
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}