Müasirləşmə nədir?

 
Müasirləşmə nədir?

Müasirləşmə nədir?

Əslində Azərbaycanda müasirləşmədən çox avropalaşma prosesi gedir.

Lakin tarixə nəzər salsaq görərik ki, mədəniyyətindən ağız dolusu danışdığımız Avropa əslində mədəniyyəti şərqdən götürüb.

Biz Quranımıza rəhmətə gedən adam üçün oxunan bir kitab kimi baxarkən, avropalı alimlər kəşflərin əksəriyyətini Qurandan götürüblər.

Biz rusca danışana "kulturnu”, öz dilimizdə danışana "çuşqa” deyərkən, avropalı öz dilini yaymaq üçün digər ölkələrə gedirlər.

Biz müasirləşməni soyunmaqda, avtomobil sürməkdə və.s. kimi şeylərdə görərkən, avropalı onu ağılda tapıb

və bu gün avropalının elə avropalı olmasının səbəbi də məncə bunladır.

Lakin Azərbaycan da isə müasirlik üzündən ailələr dağılır, uşaqlar pis yola düşürlər.

Bəs sizcə qızın müasirliyi nədir?

Mənim üçün qızın müasirliyi onun əsasən dünyagörüşü ilə ölçülür.

Geyim və.s. kimi şeylər də əlbəttə ki əsas məsələlərdir, ama onlar müasirliyi ifadə etmirlər. Müasirliyi düşüncə tərzi göstərir.

Lakin bəzi qızların fikrincə, müasirləşmə qəribə avropa paltarları geyinməkdir.

Müasirləşmə soyunmaqdır.

Müasirləşmə heç bir melodiyası olmayan daram duruma qulaq asmaqdır.

Müasirləşmə əcnəbilərin, daha dəqiq desək Avropanın çəkdikləri kinodakı həyatı yaşamaq istəyidir.(əslində onlar heç də kinoda göründüyü kimi həyat yaşamırlar.)

Mədəniyyətin mərkəzi kimi Avropanı qəbul etməkdir..

Budur müasirləşmə bizim fikrimizcə!

Niyə bütün mədəniyyəti bizdən öyrənəməyə çalışan Avropaya biz indi oxşamağa çalışırıq?

Və indi özümüzəməxsus "müasirləşmə” nəticəsində:

Yalnız Azərbaycanda, tələbə işləyib instituta getməyə bilər.

Yalnız Azərbaycanda, gözəl qıza və ya yığdırılmış maşına "efir” deyərlər.

Yalnız Azərbaycanda, internetdən əyləncə kimi istifadə olunur.

Yalnız Azərbaycanda, qırmızı geyinənə Antonio deyirlər.

Yalnız Azərbaycanda, imkanı olan öz qızının adina şadlıq sarayı açır.

Yalnız Azərbaycanda, bəzi sinif nümayəndələrinin imtahan qiymətləri pulsuz yazılır.

Yalnız Azərbaycanda, millətin diplomları balış altında yatır.

Yalnız Azərbaycanda, zibili və çirkli suları balkondan aşağı atırlar.

Yalnız Azərbaycanda, müəllim dərsə gəlmədən onun qiyməti neçəyə yazdığı məlumatı verilir.

Yalnız Azərbaycanda, maşındakı musiqi sürücü üçün yox, ətrafdakılar üçün səslənir.

Yalnız Azərbaycanda, institutlarda tələbələr yazı maşını vəzifəsini yerinə yetirirlər.


Lakin gənclər bilməlidirlər ki,
MİLLİLİYİ QORUMAQ ƏN BÖYÜK MÜASİRLİKDİR!


Geri dön

Ulya

  • 20 noyabr 2010 19:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox gozel movzudu.

MuslimGirl

  • 20 noyabr 2010 14:49
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
♥Princess♥,
tamamile raziyam. Mence de, muasirlesme dunyagorusunun olmasidir. Bezen ele bir insan gorursen ki, gozel geyim geyinib, gozelliyi de yerinde, amma agzini acib danisanda savadsizligi butun o gozelliyi silib aparir. Maraqli ve aktual movzuya gore tesekkurler

Yusif

  • 20 noyabr 2010 13:47
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin


Duzdu :))) Raziyam

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 12
Cəmi: 23

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}