Ən dəyərli dostuma

 
Ən dəyərli dostuma

Ki dost idik...Bir-birinə güvənən, bir-birini dinləyən, yorulmadan gözləyən... qısqanan, sevən, sevdirən... Ki dost idik... bir-birini qoruyan, anlayan, bir-birini güldürən, varlığını hiss edən... Biz ki dost idik...
Güvənərdik dostluğumuza, bir an belə bir gün güvənimizin sarsılacağını düşünməzdik. Bir-birimizə sübut etməyə ehtiyac duymazdıq heçnəyi. Sadəcə söyləyərdik, güvənərdik, sadəcə inanardıq...
Dinləyərdik bir-birimizi, heç kəsmədən dinləyərdik, paylaşardıq ən dəyərli anlarımızı, bəhs edərdik hər bir dəliliyimizdən, anladıb da gülərdik etdiyimiz uşaqlıqlara...


Gecələri gözləyərdik, sonsuz söhbətlərimizi, yenidən birgə olacağımız anı gözləyərdik. Birimiz gecikdikdə o birimiz saatlarla gözləyərdi. Heç yorulmadan... Axtarardıq... Soruşardıq...

Qısqanardıq birliyimizi, hamıya qısqanardıq. Hər deyilən xoş sözə, hər edilən tərifə aldanmaqdan qorxardıq. İstəməzdik kimsə bizə tay olsun, yanımızda başqasını istəməzdik. Hər an birgə görünərdik, seçilərdik...
Dilimizdən düşməzdi heç ismimiz, hər kəsə anladardıq bir-birimizin gözəlliklərini. Yaşadardıq dillərdə dostluğumuzu, hamı bizdən danışardı, hamı bizdən bəhs edərdi.

Heç bir zaman yol verməzdik kimsə girsin aramıza. Tez anlayıb çəkilərdik hər ayrılıq gələn yoldan. Sarılardı qollarımız, buraxmazdın heç əlimi... Yanımdaydın, varlığını hiss edirdim hər bir zaman... yanımda heç olmasanda duyurdum sənin qayğını...

Bəhs etməzdik bir-birimizə etdiyimiz yaxşılardan, nə etsək də saxlayardıq... Gizlicə qoruyardıq bir-birimizi hər bir kəsin acısından, pis sözündən. Heç üzməzdik, üzülməzdik bir olunca...

Ağlayıb da, bir gülərdik. Zamanlarla söz verərdik, and içərdik əbədi dostluğumuza... Gizlətməzdik heç bir şeyi, bölüşərdin keçirdiyin hər duyğunu, hər hissini. Dərdləşərdik... Gecələri dərdləşərdik gah sevgidən, gah təklikdən. Hər bir şeyi bölüşərdik... Hər bir hissi keçirərdik biz birlikdə...

Darıxardıq... Ayrılığın uzaqlığın bilə-bilə darıxardıq. Başqasının diqqətini hər gördükdə sıxılardıq. Paylaşmazdın heç kimsəylə... Heç kimsəni yaxınıma buraxmazdın... Qısqanardın... Küsərdin hər başqasının adını təkrarladıqda...

Dalaşıbda barışardıq, ağlayardıq, sonra yenə şirin-şirin danışardıq... Şirin idi o davalar. Şirin idi cırlayıbda küsməklərin, getməklərin, sakit durub kənardan izləməklərin. O an hər şey şirin idi bizim üçün, dəyərliydi o söhbətlər...

Təhqirlərə heç keçməzdik, bir-birimizi üzməzdik, heç qırmazdıq, dostluğumuzu sevərdik, qoruyardıq... zərər dəysin istəməzdik... ayrılmağı istəməzdik... unutmağı istəməzdik... heç bir şeyi unutmağı istəməzdik... Kin olmazdı aramızda... Söz olmazdı gizli - saxlı ürəyində, söylənməzdin... Hər sözündə hörmət vardı, hər sözümdə sevgim vardı. Sayğı vardı... Qarşılıqlı...

Çox sevərdin sən dostunu... Necə varsa sən sevərdin. Qərarlarını sevərdin... Mənfiləriylə sevərdin... Məni beləcə sevərdin, dəyişməyimi deməzdin. Səninçün hər an eyniydim. Sənin idim... Dostun idim. Necə varam elə idim... Sən sən idin, mən mən idim...

Bəs nə oldu? Kim dəyişdi? Nə olduda sevgin itdi? Nə oldu ki dostluq itdi? Unuduldum... Hər şeyimlə unuduldum. Müsbətlərim tam silindi yaddaşından... Bəs nə oldu əziz dostum?
Göz yaşımı sən silərdin, indi isə səbəb sənsən. Ki dost idik... İndi kimik?



P.S. Sən mənim ən dəyərlim idin,elədə olacaqsan...!!!


Geri dön

✰GoLd GirL✰

  • 13 avqust 2012 22:55
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
super ela...........

Melodi_Miray

  • 10 avqust 2012 14:52
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Teshekkurler.

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

SlaDkaya Deliwka

  • 8 avqust 2012 15:24
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}
superdi çox bəyəndim thanks=))

Nuray2012

  • 4 avqust 2012 13:55
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

_BiRiCiK_

  • 3 avqust 2012 20:00
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
çox maraqlıdı sağol!!

--------------------

LoVe_LiFe

  • 2 avqust 2012 21:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cooox beyendimm tewekkurler

Gözlüklü

  • 1 avqust 2012 17:24
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
maraqli idi twk

MELEK INSAN...

  • 30 iyul 2012 20:48
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Gözəldilər bəyəndim

--------------------

quzum menim

  • 30 iyul 2012 17:47
  • Məqalə: 26
  • Şərh: 650
  • Bal:
{awards}
cox gozel yazmisn canim qelemine quvvet,ellerine sagliq

--------------------
İnsanlar pisliyi arzuları güclü olduğu üçün deyil,vicdanları zəif olduğu üçün edərlər...

leyluwka_20

  • 30 iyul 2012 17:25
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
cox beyendim..

--------------------

Music lover

  • 30 iyul 2012 14:33
  • Məqalə: 16
  • Şərh: 735
  • Bal:
{awards}
ne gozel meqaledi twk

music_angel

  • 30 iyul 2012 14:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
eladi tesekkurler...

--------------------

_RiHanNa_

  • 30 iyul 2012 10:28
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
P.S. Sən mənim ən dəyərlim idin,elədə olacaqsan...!!!
=)
Canım məqalə Supişw)Çooox bəyəndim..ellerine sağlık..(hər kimə yazmısansa)

---ANGELA---

  • 30 iyul 2012 03:53
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
az elə bildim bu xəbəri mənə hədr eləmisəne lap sevinmişdime yenə də çoxsağol

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

my angel__

  • 30 iyul 2012 02:56
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Dost tapmaq cetindi..dostun qedrini bilmek mutleqdi...menim legemdde coox doatum bar...en yaxin dostum ise gozleyen melek nikidi..cunki o menim dogma bacimdi)))) hem dostiq hem baci

--------------------
Помни, что ты - мое все ❤

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 29 iyul 2012 23:57
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Maraqlidi.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Prank girl

  • 29 iyul 2012 23:31
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sən mənim ən dəyərlim idin,elədə olacaqsan...!!!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

SabriNa B-va

  • 29 iyul 2012 23:08
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Supereeer =)

come back

  • 29 iyul 2012 22:02
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Darıxardıq... Ayrılığın uzaqlığın bilə-bilə darıxardıq. Başqasının diqqətini hər gördükdə sıxılardıq. Paylaşmazdın heç kimsəylə... Heç kimsəni yaxınıma buraxmazdın... Qısqanardın... Küsərdin hər başqasının adını təkrarladıqda...

Menim kimi adamla dost olmaq cox cetindir cunki pis xasiyyetin var qisqancam az qaliram qisqancliq ustunde en yaxsi dostumun gunun qara edim amma o dostumu cox cox sevirem her an yaninda ona destek olmaqa haziram dostluq bu dunyada en yaxsi weydir mende cox xowbextem en yaxsi dostu tapmiwam.
AY PRENSESI VE COME BACK........ wink

Gun--ka

  • 29 iyul 2012 21:25
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
hmmmm.dostluq yaxwi weydi qedrini bilene

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

lie to the world

  • 29 iyul 2012 21:20
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
Dalaşıbda barışardıq, ağlayardıq, sonra yenə şirin-şirin danışardıq... Şirin idi o davalar. Şirin idi cırlayıbda küsməklərin, getməklərin, sakit durub kənardan izləməklərin. O an hər şey şirin idi bizim üçün, dəyərliydi o söhbətlər...


super maraqli meqaledi tewekkurler...

--------------------

candy girl

  • 29 iyul 2012 21:14
  • Məqalə: 0
  • Şərh: 117
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
.................
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}