İsrarla hisslərini etiraf et, söylə mənə `Sevirəm SƏNi`- deyirsən! Necə söyləyim??? sevmirəm axı...Yanında olmağım sevməkdir məgər? Hər uzatdığında əllərini tutmağım..Sevməkdir məgər? Hər halınla-doğru, dürüst, yalan...bəzən qəzəbli, bəzən təbəssümlü, bəzən susqun, bəzən laqeyd..Uzaq və yaxın...Yad və doğmalıqlarınla qəbulumsansa...Sevgidir məgər? SƏNi gözlərimə həbs edib, hər axan yaşlarda yanaqlarıma süzdürürəmsə...Yaşlarla SƏNi üzümə toxundurub, izini qoyuramsa...Sevgidir məgər? Adını hər eşitdiyimdə ürək sinədən çıxacaqmış kimi döyünürsə...SƏNi hər gördüyümdə vücudum tir-tir əsirsə...Səsini duyduğum an qanım belə damarlarda donursa...Siman gözlərimin önünə gəldiyində dodaqlarıma xoş təbəssüm qonursa...Sevgidir məgər? Bu qədər uzaqkən bu qədər yaxınsan...Gəzdiyin hər yeri qarış-qarış gəzmək istəyim...Olduğun hər yerdə olmaq istəyim...Baxdığın hər şeyə baxmaq istəyim...Verdiyin nəfəsi alıb da SƏNi içimə həbs etmək istəyim...Sevgidir məgər? Gözlərimi hər açıb-yumduğumda tək SƏNi görmək...Tək SƏNdə var olub, bir tək SƏNdə qeyb olmaq istəyim...Hər saniyə, hər an SƏNi yanımda hiss etmək istəyim...Sevgidir məgər? Gecə və gündüzlərimin düşüncəsi...Röyalarımın ayrılmaz sakini...Dəlisov xəyallarım...mümkünsüz arzularım...Yuxum və yuxusuzluğum...Qəmim...kədərim...amma,yenə də sevinc səbəbkarım...Gülüş səbəbim olmağı hər səfər bacarırsansa...və bunları mənə yaşatdırmağa ancaq SƏNə...tək SƏNə...izin verirəmsə...Sevgidir məgər? SƏNinlə bütünlənib,SƏNsiz yarım qalıramsa...Sevgidir məgər? Bilmirəm ki??? Məgər,bütün bunlar sevgidir?! sevməkdir?