Yaşananlar və Törədilənlər

 
Yaşananlar və Törədilənlər

Polis Şöbəsindən verilən məlumata görə, sahə müvəkkili, polis kapitanı

49 yaşlı Rufulla Nurullayev xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəxs tərəfindən bıçaqlanıb.

Qanlı hadisə noyabrın 18-də saat 17:00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

Ağır xəsarət alan polis zabiti xəstəxanaya yerləşdirilib. Döş qəfəsinin kəsilmiş-deşilmiş

yarası alan R.Nurullayev cərrahiyə əməliyyatı olunub, vəziyyəti ağırdir.

Sahə müvəkkilini bıçaqlamaqda şübhəli bilinən Lənkəran sakini,

32 yaşlı Etibar Babayev bu gün saat 02:00 radələrində tutulub. Faktla bağlı

Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb

və iş araşdırılması üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.

İşin istintaqını apan prokurorluğun müstəntiqi Taleh Osmanovun REKLAM OLMAZ!

xəbər portalına verdiyi məlumata görə, hadisə polis zabiti

narkotika satışı ilə məşğul olan şəxsi yaxalayarkən baş verib.

Belə ki, sahə müvəkkili R.Nurullayev narkotika satan şəxsi yaxalayıb maşına mindirmək istəyərkən,

yol kənarında Etibar Babayev öz maşınından düşərək onlara yaxınlaşıb.

O, sahə müvəkkilinə həmin şəxsi tutmasına görə etiraz edib və sərbəst buraxmasını istəyib.

Sahə müvəkkili isə həmin şəxsin cinayət törətdiyini deyərək öz peşəsini yerinə yetirdiyini bildirib.

Bu zaman həmin şəxs bıçaq çıxararaq sahə müvəkkilinə ölümcül xəsarət yetirib.

Onu da əlavə edək ki, narkotika satışına görə yaxalanan

şəxs Lənkəran şəhər Polis Şöbəsinə təhvil verilib.

***

Bakı şəhərində tanınmış şirkətdə mühəndis işləyən Çin vətəndaşı bədbəxt hadisənin qurbanı olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu il noyabrın 15-də baş verib.

Həmin gün saat 13:00 radələrində "Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyətinin ərazisində

fəaliyyət göstərən "CBMİ" şirkətində mühəndis işləmiş 43 yaşlı, Çinin Jiangsu

şəhərində anadan olmuş Quan Zhengquan şirkətin quraşdırma emalatxanasında işləyərkən

7 mm qalınlığında, 8,5x3 metr ölçülü dəmir təbəqənin üstünə aşıb.

Nəticədə xəsarət alan Quan Zhengquan Kliniki Tibbi Mərkəzə çatdırılsa da, saat 17:00-da orada ölüb.

Həmin faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissəsindən Qaradağ rayon

prokurorluğuna məlumat daxil olub.

Məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən

dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib,

meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və

Patoloji Anatomiya" Birliyinin Qaradağ rayon şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə

cinayət işi başlanıb və Quan Zhengquanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün

məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, mərhum Quan Zhengquan Qaradağ rayonu, Salyan şossesinin

16-cı kilometrliyində yerləşən yataqxanada yaşayıb.

***

Gecə növbəsində işləyən qadın soyulub.

Bakının Nərimanov rayonunda çörək sexinə basqın edilib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxs Bakı şəhər sakini Rəna Əliyevaya məxsus,

Həsən Əliyev 19 ünvanında yerləşən çörək sexinə girərək oranın işçisi Lətifə İsmayılovaya qarşı zor tətbiq edib.

Həmin şəxs qadından üstündə olan 30 manatı aldıqdan sonar hadisə yerindən qaçıb.

Nərimanov RPİ-nin 16-cı polis bölməsindən verilən məlumata görə isə,

hadisə noyabrın 19-na keçən gecə saat 01:00 radələrində törədilib.

Gecə növbəsində işləyən L.İsmayılova qəflətən boğazına bıçaq dirəndiyini görüb.

Naməlum şəxs ondan pulların yerini soruşub. O isə pulların yerini bilmədiyinə inandırıb.

Həmin şəxs qadından üstündə olan pulları alaraq qaçıb.

Hadisədən sonra qorxudan sarsıntı keçirən L.İsmayıobava şok vəziyyətinə düşüb.

Faktla bağlı Cinayət məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri aparılır.

***

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən

Rauf Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, R. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən Elmira Məmmədovaya

baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul aparıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış

tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub.

İlkin dindirilmə zamanı o, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib.

Onu da qeyd edək ki, Rauf Məmmədov Azərbaycanın tanınmış aktrisası,

xalq artisti Kübra Əliyevanın oğludur. O, Cinayət Məcələsinin 181-ci (quldurluq) və

126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub.


Geri dön

only-girl

  • 3 yanvar 2011 10:46
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
Təşəkkür

--------------------

L_SimuS

  • 3 yanvar 2011 03:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur xebere gore

Ulya

  • 21 noyabr 2010 22:23
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
xebere gore twk

Just For Legend

  • 21 noyabr 2010 15:36
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

Lindo

  • 21 noyabr 2010 12:56
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
twk xebere gore

R_O_M_A

  • 21 noyabr 2010 12:55
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
tew maraqliydi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 27
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}