10 maddədə ideal yoldaş necə olar?

 
10 maddədə ideal yoldaş necə olar?

1. Hər şeydən əvvəl ideal yoldaş, yaxşı bir dost və yoldaşdır.

Saatlarla yoldaşıyla söhbət edib xoş vaxt keçirər. Yoldaşının maraq hiss etdiyi mövzulara maraq duyar.

Yoldaşını, çətinliyini daşıyan hambal deyil, həyatı paylaşdığı yoldaş bilər.

Ərköyün uşaq kimi hər şeydən küsüb üzünü turşutmaz. Xam, turş və acı deyil, yetkin meyvə kimidir.

2. Həssas, nəzakətli və fərasətlidir.

Yoldaşının narahat olduğu mövzunu minalı sahə elan edərək oradan uzaqlaşar.

Bədbin deyil. Hadisələri müsbət gözlə qiymətləndirər.

Gülər üzü və sözüylə yoldaşına həyata sevinci və güc verər.

3. Sevgisini,əlaqəsini və bir neçə sözlük gözəl sözünü milyon dollarlara satmaz. Gözəl sözdə comərd, pis sözdə xəsisdir.

4. Yoldaşını olduğu kimi qəbul edib dəyişdirməyə çalışmaz.

Onu başqalarıyla müqayisə etməz.

Özünə inamını sarsıdıcı sözlərdən, əqrəbdən qaçar kimi qaçar.

Yoldaşının səhvlərinə gecə kimi olub başqalarına ifşa etməz.

Döyüş silahı yerinə səbr zirehinə bürünər.

5. Hər işinə, söz və davranışına qarışmaq və şəxsiyyətini tənqidlə yıxmaq yerinə dahada yüksəldər.

Bilər ki, tənqid sevgini tərk etdirər.

Edəcəyi işlərdə yoldaşının fikirini öyrənər. "Belə bir şey düşünürəm, sən nə fikirləşrisən?" deyə soruşar.

6. Yumşaq, yaxşı xasiyyətli, xoşgörünüşlü, anlayışlı və optimistdir.

Yoldaşının özünü xoşbəxt etməsini gözləmədən xoşbəxt olar.

Bütün həyatını gözləməylə bitirməz.

Yoldaşını xoşbəxtlik ağacı olaraq görərək davamlı xoşbəxtlik meyvələri axmağını gözləməz.

Yoldaşının əhvalına görə davranar. O ağlarkən gülməz. Gülərkən ağlamaz.

7. Yoldaşının qohumlarına qarşı hörmətlidir.

Yoldaşının etdiyi yaxşılıqlara burun bükmək yerinə təşəkkür edər.

Zənginliyini, gözəlliyini, zəkasını, zadəganlığını və s. şeylərini qürur vəsiləsi edərək

yoldaşının təpəsində gəzən qartal deyil, çiyininə qonan məhəbbət quşudur.

8. Dolanışıqlıdır.

Hər şeydən tez bezib usanmaz. Davaçı, əsəbi və hirsli deyil.

Xoşbəxtliyini məxmər kimi oxşayar, almaz boyunbağı kimi saxlayar,

həssas bir körpə kimi üzərinə titrəyər. Hər şey onu incitməz.

Evliliyin fədakarlıq tələb etdiyini düşünüb bəzi şeyləri fəda edər.

Yoldaşını xoşbəxt etmək özünə xoşbəxtlik verər.

Evini xoşbəxtlik yuvasına çevirmənin yollarını axtarar.

Bataqlığa dönməsinə icazə verməz.

Yerində danışıb, yerində susmasını bilər. Yoldaşının maraqını çəkmək üçün çənəsini deyil ağılını istifadə edər.

9. Yoldaşının zövqünə hörmətli olar.

Öz sevmədiyi şeyə "Allah xatirinə nə qədər zövqsüz birin, bunun nəyindən xoşlanırsan?" demək yerinə

"zövqlər və rənglər müzakirə edilməz" şüarını istifadə edər.

Yoldaşına qarşı hər vaxt dürüstdür. Yalan danışmaz, yoldaşının etibarını sarsıtmaz.

Verdiyi sözü mütləq tutar. Boş sözlər və vədlərlə yoldaşını aldatmaz.

10. Yoldaşının hər dəqiqə möcüzələr icad edəcəyini düşünməyib,

onun da bir insan olaraq qüsur və səhvlərinin ola biləcəyini qəbul edər.

Yoldaşının əbədi həyat yoldaşı olduğunu düşünərək əbədi yoldaşını itirməmək üçün səy sərf edər.


Geri dön

Yusif

  • 21 noyabr 2010 19:50
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
cox sagol xebere gore

Lindo

  • 21 noyabr 2010 10:51
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk mence en esas madde budur .Yoldaşını olduğu kimi qəbul edib dəyişdirməyə çalışmaz. Insan nece gelibse ele de olur kimse deyismez.)

Ulya

  • 21 noyabr 2010 00:03
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}