Onun acığına, bunun acığına

 
Onun acığına, bunun acığına


Onun acığına, bunun acığına

Başlayandan seçkinin bitməsini gözləyənlər arasında mən də vardım. Seçmək böyük mədəniyyətdi. Bu mədəni hadisədə iştirak edəcək adamları dəqiqəsi 20 qəpikdən tamaşaya da dəvət etdim.

İTV-nin acığına

Nəticəsi oldu: namizədlərə saniyəsi 20 qəpikdən təklif olunan təbliğat kürsüsü aşırdıldı. Hər kəsə pulsuz dörd dəqiqə efir vaxtı ayrıldı. Gülməlidi, hansısa yazının nəticəsi olub. Əlbəttə olmayıb. Sadəcə belə düşünməyə məcbursan. Buralarda ən yaxşı yaşayanlar özlərini aldadanlardı.

Cəmiyyətin acığına

Yeni parlamenti təbrik edirəm. Ora düşənlərin çoxunu şəxsən tanıyıram. Amma heç kimi bir-bir təbrik eləmirəm. Onların hamısı bir qutudan çıxıb. Qaçqınların səs verdiyi məntəqələrin birində qutuya diqqətlə baxan sədrin ağzından bu sözləri şəxsən eşitmişəm. “Nə turşu qoyulmalı qabdı. Əlinə keçəni doldurasan içinə”.

Qaçqınlığın acığına

Mətbuat aləmində canlanma var. Bütün qəzetlərə vaxtlı- vaxtında rəsmi şəkildə pul verilir. İqtidarına, müxalifətinə, müstəqilinə. O puldan mənim də payıma düşüb. Prezidentin KİV-in inkişafına hesablanan son sərəncamlarını Prezident Adminstarsiyasının rəhbəri Ramiz Mehdiyevin dilindən eşitmişəm. Yanında olduğum deputatlardan birinə dedim: “İndi biz jurnalistlər nədən yazaq. Bunlar bizə hər şey verdi ki”.

Müxalifətin acığına

Arada saytlar da populyarlaşmaqdadı. Hələlik pulları ordan-burdan gəlir. Onları da mərkəzləşdirərlər. Dövlətin qayğısı başımızın üstündən asılıb. Vətənin parkları qışda da çiçək açır. Həyat var Azərbaycanda. Kimin ki, həyatı yoxdu əvəzedicisini aptekdən ala bilər.

Yaşamağın acığına

“Alma” qəzeti ikinci dəfə bağlandı. Biz yaratmışdıq. Həftəlik qəzetin nəşrinə sponsordan hər ay 8750 manat alırdıq. Birinci dəfə manşet xəbərin qurbanı olmuşduq. Cavabında “2750 manat bəsinizdir dedilər” və qəzet fəaliyyətə başladı. Anındaca qəzetdən getdim. Əməyimin ucuz satılmasına razılaşmadım. Bu da son: ucuzluğu “Alma”nı çürütdü.

Meşənin acığına

İki qəzet vardı. Söykəndikləri partiyalarının birliyini qələbə kimi qələmə verirdilər. O partiyalar birləşdi. Nəticə sıfıra bərabər oldu. Qəzetlərin proqnozu doğrulmadı. Sıravilər ümidlərini basdırıb qəbiristanlıqdan qayıdıblar. Qəhrəmanlıq edə bilmədi onların liderləri. Fuad Qəhrəmanlı çılğınlığına dirənib AXCP-Müsavat birliyi. Fuad Mustafayev hikkəsindən üzü buyana yol alan karvan illər ərzində çılğınlıqla hikkə arasında bir söz boyu addım atıb. İrəliləyiş var.

Mühafizəkarların acığına

Bu il də jurnalistlərdən aclıq edənlər oldu. Həmkarları Eynulla Fətullayevin azadlığını istəyirlər. İstəyirik. İstəyirəm. Avropa İnsan Haqları Məhkəməsi Eynulla bəyin azadlığa buraxılması barədə hökm verib. Hökm icra olunmur. Avropa Məhkəməsinin nüfuzuna zərbə olan hadisə. Aclıq edən jurnalistlər hərəkətləri ilə həm də Avropa dəyərlərinin yanında olduğunu bəyan edirlər. Lap az günlər keçir, bütün Avropa Azərbaycandakı seçkinin xeyli demokratik keçdiyini bəyan edir. Cəm şəkildə.

Andreas Qrossun acığına

Xatırlatma: Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi olmuş cənab Qross Rusiyadakı müşahidələrindən dolayı hiddətini gizlədə bilməyib demişdi. “Üzümü Avropaya tuturam. Çətinliklə formalaşdırdığımız dəyərlərin asanca tapdanmasına biganə qaldığnız bəsdi”.

O gün olsun müsəlmanlar yeddi qapıya qurbanlıq ət payı yox, kitab paylasınlar. Mən bu aksiyanı bayramda sınaqdan keçirdim. Yeddi qapıya müxtəlif kitablar payladım. Hamısı maraqlı və dəyərli kitablar idi. Hər il belə edəcəm. Qonşularımın çöhrəsindən anladım ki, qurbanlığım qəbul olundu.

Yeməkçün yaşayanların acığına

Artıq gənclərimizin üz tutacağı məbəd var. ANS və ATV ailə qurmaq istəyənləri efirinə dəvət edir. Televiziyaların qarşısında növbədi. Qız gəlir oğlanı bəyənmir, amma getmir. Deyir, qalıram. Onunçün gələn qızı bəyənməyən oğlan da qalır. Soruşan yoxdu, hara qalırsan, ay qız? Anan səni evdə gözləmir? Atan demir, qızım hanı?
Böyük bir ordu yaranıb, müharibə əmrini gözləyir. Şuşanı onlar alacaq. Mübarizsə ailə qurmadan şəhid oldu. Şuşanı ala bilmədi. Əgər gənclərimiz televiziyalarda evlənməsələr Qarabağ getdi əldən.
Hakimiyyətimizin acığına, siyasətimizin acığına!

P.S. Adnan Hacızadə azadlığa çıxmadı, bizim zona yatıb gəldi. Nadzorların acığına.

P.P.S Bəxtiyar Hacıyevi azadlıqdan məhrum etmirlər. O, bizim zondan yatıb gedir. Dustaqların acığına...


Geri dön

nilayka

  • 19 fevral 2011 01:15
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
twk maraqli xeberdi oxudum winked

twk maraqli xeberdi oxudum winked

--------------------

Yusif

  • 21 noyabr 2010 20:04
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler.maraqla oxudum wink

Lindo

  • 21 noyabr 2010 11:35
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk maraqli xeberdi oxudum )

Ulya

  • 20 noyabr 2010 19:27
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler.maraqla oxudum hamisini.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}