Həcc ziyarətində olar - olmazlar

 
Həcc ziyarətində olar - olmazlar

-Həcc ziyarəti zamanı ehram nə məqsədlə bağlanılır?

-Həcc zamanı qadınlar xüsusi geyimdən istifadə etmirlər.

Onlar adi hicab və çadralardan geyinib Həcc əməllərini yerinə yetirirlər.

O ki qaldı ehramın hansı məqsədlə bağlanmasına,

bunun ən başlıca səbəbi zəvvarlar arasında vəzifə, maddi durum və bu kimi fərqlərin qarşısını almaqdır.

Həcc mərasimində milli mənsubiyyətindən və ictimai mövqeyindən asılı olmayaraq

hamı eyni əməli yerinə yetirir və heç bir ayrı-seçkiliyə yol verilmir.

-Mədinə şəhərində olduğumuz zaman qadınlara Məsum imamların qəbirləri yerləşən

Bəqi qəbiristanlığına getməsinə qadağa qoyuldu.

Məgər dinimizə görə, qadınların qəbirləri ziyarət etmələri haramdır?

-Salam. Xeyr, cinsindən asılı olmayaraq hər bir müsəlmanın qəbirləri

ziyarət etməsi bəyənilən əməllərdəndir. Amma təəssüflər olsun ki,

Səudiyyə Ərəbistanı rejiminə qulluq edən vəhhabilər

bir çox ziyarətlərin qarşısını aldıqları kimi, bunu da yasaq etmişlər.

-Həcc ziyarətində olan şəxslər yeddi nəfərə bir dəvə və ya inəyi qurban kəsə bilərlər.

Burada necə, bu işi görmək olarmı?

-Həcc ziyarətində olmayan şəxslərə qurban kəsmək vacib olmasa da,

yoxsullara əl tutmaq və xeyriyyəçilik etmək məqsədilə yeddi nəfərə

bir dəvə və ya bir dana kəsmək olar. Allah qəbul etsin!

-Kəbənin evinin içində namaz qılmaq olar?

Əgər olarsa, bu halda üzü hansı səmtə çevirmək lazımdır?

-Bəli, qılmaq olar. Amma milyonlarla zəvvarın iştirak etdiyi bir yerdə bu hal sadəcə,

qeyri-mümkündür. O ki qaldı üzü hansı səmtə çevirməyə, namaz qılan şəxs üzünü istədiyi səmtə çevirə bilər.

- Həcc ziyarətindən qayıdan şəxslərə "Hacı" demək vacibdir?

-Xeyr, vacib deyil, sadəcə olaraq, hörmət və ehtiram nöqteyi-nəzərindən deyilsə, yaxşı olar.

-Borcu olan şəxs Həcc ziyarətinə gedə bilərmi?

Ümumiyyətlə, Həccə gedən şəxs əvvəlcədən hansı tədbirləri görməlidir?

-Bəli, borcu olan şəxs həcc ziyarətinə gedə bilər.

Amma yaxşı olar ki, əvvəlcədən borc sahiblərindən, ümumiyyətlə,

tanıdıqları şəxslərdən halallıq alsın və pulunun xümsünü çıxarıb sonra Həcc ziyarətinə getsin.

-Borc alaraq Həccə getmək olarmı?

-O baxır borc alan şəxsin maddi durumunun ümumi vəziyyətinə.

Əgər özünün və ailəsinin təminatını çətinliklə ödəyirsə,

bu halda borc alaraq Həccə gedə bilməz.

Yox əgər qayıtdıqdan sonra borcunu asanlıqla verə biləcəyinə əmin olarsa, bu halda borc alaraq ziyarətə gedə bilər.

-Deyirlər, dul və ərə getməyən qadınlar Həcc ziyarətinə gedə bilməzlər.

Bu, nə dərəcədə doğrudur?

-Bu fikrin heç bir əsası yoxdur.

Qadın, ailə vəziyyətindən asılı olmayaraq, Həcc ziyarətini yerinə yetirə bilər.

-Əgər qadınlarla kişilər bir yerdə namaz qıla bilməzlərsə,

onda Həcc ziyarətində nə üçün qadınlarla kişilər bir yerdə namaz qılırlar?

-Həcc ziyarətində adətən qadınlar arxada kişilər isə qabaqda namaz qılırlar.

Lakin bu heç də hər zaman belə olmur. Məsələ ilə tanış olanlar buna riayət edirlər.

Tanış olmayanlar isə bir çox hallarda namazlarını kişilərin cərgəsində qılırlar.

Lakin bu onların namazlarının batil olmasına səbəb olmur.

-Nə üçün Həcc ziyarəti zamanı zəvvarları Kəbənin içinə buraxmırlar?

-Diqqətinizə çatdırmaq istəyirəm ki,

Həcc ziyarəti zamanı Kəbə evinin içində namaz qılmaq ziyarətin əməllərindən biri deyil.

Digər tərəfdən isə əgər orada namaz qılınmağa icazə verilərsə,

bu hamının arzusu olacaq bu isə beş milyondan artıq zəvvarın istəyinin yerinə yetirilməsini qeyri-mümkün hala çevirəcək.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:08
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

_happly_

  • 28 yanvar 2011 22:42
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
tewekkurler allah razi olsun

--------------------
http://s42.radikal.ru/i097/1103/1e/d429097cab0b.gif

Yusif

  • 21 noyabr 2010 19:52
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
gozel xebere gore minnettaram,

BOR ЗAKOH KA

  • 21 noyabr 2010 10:12
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
tewekkurler

Ulya

  • 20 noyabr 2010 23:27
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox tesekkurler.

Just For Legend

  • 20 noyabr 2010 23:22
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
gozel xebere gore minnettaram,Allah hamiya qismet etsin

--------------------

MuslimGirl

  • 20 noyabr 2010 22:58
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Tesekkurler. Bunlarin bezileri mubahiseli meselelerdir. Allah razi olsun! Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 77

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 30
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 25
Cəmi: 910
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 574
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 9
Cəmi: 68
 
Jesicca
Xəbərləri: 9
Cəmi: 48
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 297
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}