Mən necə yaşayım ölü günləri?

 
Mən necə yaşayım ölü günləri?

MƏN NECƏ YAŞAYIM ÖLÜ GÜNLƏRİ

Sən məni təkliyin aldın əlindən,
Təzədən təkliyə düçar eylədin.
Özün kövrəkliyin alıb əlindən,
Özün kövrəkliyə düçar eylədin...


Ömrümün, günümün bu qürub çağı,
Ruhumda baharı göyərdə bildin.
Könlümdə qaralan odu, ocağı,
Təzədən yandırıb közərdə bildin.


Təzədən açıldı qolum, qanadım,
Təzədən od saldım sənin odundan.
Hətta saçlarıma məhəl qoymadım,
Hətta yaş həddi də çıxdı yadımdan.


Qələmi, dəftəri qoydum bir yana,
Az qala ilhamı yaddan çıxartdım.
Səpdim günlərimi ayaqlarına,
Adınla oyandım, adınla yatdım...


Demə bu məhəbbət, demə bu sevgi,
Ötəri hiss imiş, ötəri həvəs.
Yox imiş təməli, yox imiş kökü,
Dəyəri bir qara qəpiyə dəyməz.


Özün bu sevdaya sövq etdin məni,
Sonra öz əlinlə özün dağıtdın,
Özün hicrana öyrətdin məni,
Özün bu kitabı açdın, bağladın.


Özün də axırda dandın sözünü,
O andlar, amanlar de, harda qaldı?
Sən gəldin, yollardan çəkdim gözümü,
Sən getdin, gözlərim yollarda qaldı...


Yenə də tuş oldum qəmə əzizim,
Soldu bağçalarım, soldu bağlarım.
Tənhalıq ölümmüş demə, əzizim,
Mən necə yaşayım ölü günləri?


Geri dön

::..ONSLAUGHT::..

  • 4 mart 2011 17:42
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
maraqlıdı tşk edirəm

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 21 noyabr 2010 22:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler yaziya gore

Yusif

  • 21 noyabr 2010 19:46
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
seirlere gore twk

фея

  • 21 noyabr 2010 13:49
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Demə bu məhəbbət, demə bu sevgi,
Ötəri hiss imiş, ötəri həvəs.
Yox imiş təməli, yox imiş kökü,
Dəyəri bir qara qəpiyə dəyməz. tewekkurler maraqli seirdir

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Lindo

  • 21 noyabr 2010 10:53
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk amma edebiyyatla hec aram yoxdu )

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}