Maraqlı hekayə

 
Maraqlı hekayə

Səhər pəncərəsindən yatağına düşən günəşin şüaları ilə oyandı. İlk işi həmişə olduğu kimi poçt qutusunu yoxlamaq idi. Çünki o məzun olmuşdu və universitetə qəbul olunub, olunmayacağı xəbərini poçt qutusu vasitəsilə öyrənəcəkdi. Bugün də heç bir məktub yox idi poçt qutusunda. Onun hər gün, hər səhər poçt qutusunu yoxladığını görən biri var idi Çan. O Cennaya qarşı içində adlandıra bilmədiyi hisslər bəsləyirdi, amma bunu Cennaya deyə bilmirdi. Onu saxlayan bir şey var idi. Hər gün Cennanın poçt qutusunu yoxladığını görürdü Çan.

Soruşarsınız ki, bunu hardan bilmişdi? Çünki Çan hər səhər idman etmək üçün dəniz kənarına gedirdi. Və bir səhər yenə idman etmək üçün küçəyə çıxdığında Cennaya sataşmışdı gözü. Cennanın evdən qaça-qaça çıxdığını və poçt qutusuna yaxınlaşdığını, lakin sonra əliboş, qəmgin geri qayıtdığını görmüşdü. Və hər səhər Çan yenə bu mənzərə ilə qarşılaşmışdı. Onun bəlkə də bu fikirləri idi ki, Cennaya hisslərini etiraf etməsinin qarşısını alırdı, o Cennanın sevgilisi olduğunu düşünürdü. Amma bunu düşünsə də o öz ürəyinə söz keçirə bilmirdi. O fikirləşirdi ki, bununla Cennaya zərər vermir, çünki onun hisslərindən heç kimin xəbəri yox idi. Ürəyində yaşayırdı hisslərini, səssiz – səmirsiz. Yenə gözəl səhərlərdən biri, quşların musiqisi, küləyin səsi və Cennanın anası...

- Cenna, tez oyan sənə məktub var – deyə Cennanı səsləyirdi.

Cenna tez yatağından qalxıb aşağı endi. Əlində bir bağlı zərf qapının ağzında dayanmış anasını gördü. O zərfi anasından alıb açdı. Amma bu məktub onun gözlədiyi məktub deyildi. Bu onu bu günə qədər səssiz izləyən Çandan idi.

Çan bu səhər yenə Cennanı görmək ümidi ilə oyanmış, amma onu görməmişdi, çünki Cenna bu gün poçt qutusuna baxmağa çıxmamışdı, daha doğrusu gecikmişdi, çünki məktubu anası vermişdi ona. Çan onu görməyib, yoluna davam etdi.
Cenna isə üzərində “Sevgili Cennaya” yazılmış məktubu oxumağa başlamışdı.

MƏKTUB

Sevgili Cenna, bu mənəm – sənin üzünü görmədiyin, səsini eşitmədiyin, adını bilmədiyin, xəyalını belə qura bilməyəcəyin qonşunuz Çan. (Çan bu məhlədə yeni olduğu üçün, Cennanın isə demək olar ki, qonşularla sıx əlaqəsi olmadığından onları bir-biriləri ilə bağlı məlumatı yox idi).

Çox düşündüm bu məktubu yazmağa qərar verənə qədər, ürəyimin səsinə qulaq asdım, amma o da mənə kömək etmədi. Çünki ürəkdir o yalnız sevgini saxlar içində. Və yalnız da sevgiylə döyünər , sevginin əksinə bir şey deməz heç vaxt. Bu səfər beynimdən kömək istədim çünki beyin ürəyi n dediyini deməz, o həmişə düzgün qərar verməyə çağırar insanı. Beynim mənə bu məktubu yazmamağı məsləhət bildi. Amma biz insanları bilirsən, çox tərshik öz istədiyimizi edərik əvvəl, axır. Bəlkə də bu məktubumu yazmağım sənin üçün problem olacaq, amma mən də insanam, mənim də hisslərim var. Sənin sevdiyin insan olduğunu bilirəm, hər gün ondan məktub gözlədiyini də, bilmirəm nə səbəbdən amma onun sənə cavab yazmadığını da bilirəm. Səni üzgün görməyə dözə bilmirəm, bəlkə də bu məktubu yazmağıma səbəbimi eşidəndə güləcəksən mənə. Gül. Tək istəyim budur, səni güldürmək. Məqsədim odur ki, bu səhər poçt qutusunu açdığında əliboş qayıtmayasan. Bir dəqiqəlik belə olsa bir məktubun gəldiyini görüb, sevdiyin insandan olduğunu sanıb gülümsəməyindir. Bunun sonrasında yenə pis olacağını, amma məni başa düşəcəyini bilirəm...

Məktub burda sona çatır. İndi isə qayıdırıq Çanın məktubu yazdığı vaxta...
Qaranlıq otaq. Yalnız ayın işığıdır pəncərəsindən düşən. Çan bir məktub yazır və sonra nədənsə fikrini dəyişib məktubu üzərində “Sevgili Cennaya” yazılmış zərfin içinə qoyur və qırağa atır. Və yeni məktub yazmağa başlayır.

İKİNCİ MƏKTUB

Cenna, mənə elə gəlir ki, sən məni tanımırsan mən sizin qonşunuzam- Çan. Sənə bu məktubu yazmaqda məqsədim hər gün yolunu gözlədiyin sevgi məktubudur. Mən heç özüm də bilmirəm niyə sənin pis olmağını istəmirəm. Bu məktubu yazıram ki, heç olmasa bu səhər poçt qutusunda sevgi məktubu da olmasa, sevgilin tərəfindən yazılmasa da bir məktubun gəldiyini görüb sevinməyindir. Tək istəyim budur, sən gül...

Bu məktubu yazıb qurtarandan sonra onu da zərfə qoyur və üzərinə “Sevgili Cennaya” yazır. Bir anlıq qarışıqlıq nəticəsində ilk yazdığı tamamlanmamış sevgi məktubunu Cennaya göndərir.

Cenna məktubu oxuyur, amma sonda üç nöqtəni görüb yəqin ki, davamı gələcək deyə düşünür. Bu hadisə ona çox maraqlı gəlir.
Yenə günlər ötür Cenna onu tanımadığı üçün bu günlər ərzində heç vaxt qarşılaşmırlar. Və nəhayət Cennanın gözlədiyi məktub gəlir. O, məktubu gördüyü an sevincindən bilmir nə etsin və bu an ona kənardan baxan Çanı görür, Çan Cennanın ona baxdığını görüb yoluna davam edir, Cenna isə tez evə daxil olub məktubu açır. Budur o universitetə daxil olub.

Çan bu dalğınlıqla getdiyi bir vaxtda qarşısına Holli çıxır, hansı ki, o qız da hər səhər Çanla birgə idman edir. Onlar birgə yollarına davam edirlər.
Cenna o anki sevinci ilə Çanı gördüyünü unudur. Amma gecə yatağına uzandığı an Çan yadına düşür və üzündə gülümsəmə hiss olunur. O heç özü də bilmədən onun üçün fədakarlıq edən, heç bir şeyi düzgün bilmədiyi, Cennanın sevgilisi olduğunu düşündüyü halda belə onun xoşbəxtliyini istəyən Çana qarşı içində hisslər oyanmağa başlayır. Və hər gün Çandan gələcək məktubu gözləyir. Çünki birinci hissədə ona aydın olmayan məqamlar var idi.


Çan isə öz hisslərini içində boğmağa, fikrini başqa insana və ya başqa bir şeyə yönəltməyə çalışır. Və buna nail olmaqda ona Holli kömək edir. Holli ona qulaq asır, məsləhətlər verir. Çan isə elə bil ki, problemlərinin çarəsini Hollidə tapır.

Cenna hər gün heç nədən xəbərsiz universitetə gedir, hər yerdə gözü onu axtarır. Çanı ağlından çıxarda bilmir, məktubunu gözləyir, məktubu gəlməyəndə isə özündən səbəblər uydurur. Hər səhər universitetə gedəndə onu görmək ümidi ilə çıxsada evdən onu görmür.

Və bir gün Cenna evə qayıdanda Çangilin qapısında bəzədilmiş toy maşını görür. Bu anda da fikirləşir bəlkə onun toyu deyil, bəlkə... Bəlkələr belə ona kömək olmur. Bu anda Çanı görür bəylik geyimində, əlində isə bir dəstə qızılgül.

Sanki onun gözünün qarşısı qaralır, ümidləri, bəlkələri, səbəbləri, xəyalları yıxılır, puç olur. Çan isə heç nədən xəbərsiz üzündə sevinc Hollinin evinə gedir. O özü də bilmədən düşünülməmiş addımına görə Cennanı sevindirmək əvəzinə, onun qəlbində qapanmayacaq yara, silinməyəcək iz qoyur.


Geri dön

kiskanc

  • 23 avqust 2012 14:11
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
maraqli idi tesekkurler

DILEKLER

  • 22 avqust 2012 13:52
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
heqiqeten maraqlidi xebere gore twk

lovelyyy

  • 8 avqust 2012 23:30
  • Məqalə: 0
  • Şərh: 344
  • Bal:
{awards}
maraqlıdır

--------------------
İnSaNıN hƏyAtInDa CəMi Üç BöYüK hAdİsƏ vAr: DoĞuLmAq, YaŞaMaQ vƏ öLmƏk... O, nEcƏ dOğUlDuĞuNu HiSs EtMiR, iNsAn KiMi YaŞaMaĞı UnUdUr Və ƏzAbLaR İçİnDə ÖlÜr...

askdelisi

  • 5 avqust 2012 13:10
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
_ProBleMkA_,

xebere gore twkkkk feel

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

come back

  • 4 avqust 2012 18:53
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler cox maraqlidir oxudum ellerine sagliq.

Shokoladka

  • 4 avqust 2012 17:47
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Chox maraqli idi.Hekaye tanish geldi eshitmishdim elebil.Tskler

--------------------


---ANGELA---

  • 4 avqust 2012 02:09
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
ÇOX TƏŞƏKKÜRLƏR MARAQLI HEKAYƏYƏ GÖRƏ....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

LoVe_LiFe

  • 4 avqust 2012 02:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidi oxudum tewekkurler

Воровской

  • 3 avqust 2012 20:59
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
ELA MARAQLI IDI SAGOL

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Dalga

  • 3 avqust 2012 16:44
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Maraqli hekayedir Cox sga olun

--------------------

..AY PERISI..

  • 3 avqust 2012 16:33
  • Məqalə: 1
  • Şərh: 237
  • Bal:
{awards}
maraqli hekayeye gore tewekkurler........

--------------------

Nuray2012

  • 3 avqust 2012 16:26
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol hekayeye gore

--------------------

SU PƏRİSİ

  • 3 avqust 2012 15:57
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
maraqli hekayeye gore tewekkurler........

--------------------

leyluwka_20

  • 3 avqust 2012 15:21
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
PiS oLduM..... recourse

--------------------

_BiRiCiK_

  • 3 avqust 2012 15:15
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
çox maraqlıydı twk

--------------------

GuNaY_83

  • 3 avqust 2012 15:13
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.

--------------------

ZeMka

  • 3 avqust 2012 15:13
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
maraqli hekayedi beyendim tewekkurler

--------------------

my angel__

  • 3 avqust 2012 15:09
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
maraqli hekayeye gore tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

...BARSA FANATI....

  • 3 avqust 2012 14:44
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox maraqlidir.....

Priya

  • 3 avqust 2012 14:38
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Sonuna qədər oxudum.Çox üzüldüm.Həyatdı, hər şey olur.Yəqin ki,Cennanın qarşısına başqaları çxacaq, mütləq çıxacaq.Təşəkkürlər

--------------------




Delete

  • 3 avqust 2012 14:21
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Hekayeye gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

lie to the world

  • 3 avqust 2012 14:07
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
oxudum cox pis oldum..bezen sehv bawa duwulenler uzunden butun heyatin boyu ya kimese ezab verir yadaki kimlerinse bedbext olmasina sebeb olur insan....:(

--------------------

sevgi dushmeni

  • 3 avqust 2012 14:02
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
oxumadim ne yalan deyim coox uzundum axotum catmadi bu istide.tesekkurlerrr

--------------------

Gözlüklü

  • 3 avqust 2012 14:01
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Maraqli hekayadi twk

SabriNa B-va

  • 3 avqust 2012 13:54
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Hekayeye gore twk_Ler

✰Dгeaм✰

  • 3 avqust 2012 13:51
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye ucun cox sag ol askim...

Pretty Merry

  • 3 avqust 2012 13:48
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
Maraglidir,tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}