Qarabağdakı erməni ordusunda qırğın

 
Qarabağdakı erməni ordusunda qırğın


20 ölü, 30-dan çox yaralı var

Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə yaxın

hərbi hissələrinin birində ölümlə nəticələnən insident baş verib.

Bu gecə Bakı vaxtı ilə 24.00 radələrində Azərbaycanın

işğal olunmuş ərazilərini öz nəzarətində saxlayan

Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə yaxın hərbi hissələrinin birində

ölümlə nəticələnən insident baş verib. Ermənistanın “ARMTODAY” agentliyinin məlumatına görə,

separatçı rejimin rəsmi dairələri hadisə zamanı ölən və yaralananların olduğu, cinayət işi başlandığı

və faktla bağlı araşdırma aparıldığı barədə xəbər yaymaqla kifayətlənib.

"DQR Müdafiə Nazirliyinin mətbuat katibi" Senor Asratyan “ARMTODAY”ə ölən və

yaralananların sayı ilə bağlı məlumat verməkdən imtina edib.

O ölümlə nəticələnən insidentin hərbi hissə daxilində, yoxsa cəbhə xəttində

baş verməsi ilə bağlı sualı da cavablandırmaqdan yayınıb:

Hazırda hadisənin təfərrüatları araşdırılır, bundan başqa heç nə deyə bilmərəm.

Özəl mənbələrdən əldə olunan məlumata görə isə qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən

hərbi hissədə erməni hərbçiləri arasında atışma baş verib.

Atışma nəticəsində 20-dən artıq erməni hərbçisi ölüb, 30-dan artıq şəxs yaralanıb.

Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır,

mənbə qeyd olunan rəqəmlərin sayının arta biləcəyini istisna etməyib.

***

Qondarma qurumun təmsilçiləri hələlik 4 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb

Bu gecə Bakı vaxtı ilə 24.00 radələrində Azərbaycanın işğal olunmuş ərazilərini

öz nəzarətində saxlayan Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə

yaxın hərbi hissələrinin birində ölümlə nəticələnən insident baş verib.

Separatçı rejimin rəsmi dairələri hadisə zamanı ölən və yaralananların olduğu,

cinayət işi başlandığı və faktla bağlı araşdırma aparıldığı barədə xəbər yaymaqla kifayətlənib.

"DQR Müdafiə Nazirliyinin mətbuat katibi" Senor Asratyan “ARMTODAY”ə ölən

və yaralananların sayı ilə bağlı məlumat verməkdən imtina edib.

Özəl mənbələrdən əldə olunan məlumata görə isə, qoşunların təmas xəttinə yaxın ərazidə

yerləşən hərbi hissədə erməni hərbçiləri arasında atışma baş verib.

Atışma nəticəsində 20-dən artıq erməni hərbçisi ölüb, 30-dan artıq şəxs yaralanıb.

Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır,

mənbə qeyd olunan rəqəmlərin sayının arta biləcəyini istisna etməyib.

Bir az əvvəl “DQR-nin İnformasiya və Təbliğat Şöbəsi” isə bu gecə baş vermiş

insident nəticəsində 4 erməni hərbçisinin ölməsi, 4-nün isə ağır yaralanması barədə məlumat yayıb.

Qondarma qurum insident nəticəsində avtomatdan açılan atəş nəticəsində həqiqi hərbi xidmətdə olan

Yesayan Levon Sosoviç (1991-ci il təvəllüdlü), Qaloyan Nerses Valeryeviç (1990-cı il),

Saakyan Narek Vardanoviç (1990-cı il) və Sarkisyan Nver Martikoviç (1991-ci il) öldürülüb.

Melkumyan Sarkis Akopoviç (1991-ci il), Aleksanyan Xaçik Sarkisoviç (1992-ci il),

Qriqoryan Masis Mavrikoviç (1991-ci il) və Azroyan Manvel Armenoviç (1991-ci il)

adlı erməni hərbçiləri isə müxtəlif dərəcəli xəsarət alıblar.

İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, qeyri-rəsmi mənbələrin məlumatına görə,

bu insident erməni əsgərləri arasında baş verən münaqişənin nəticəsidir.

Artıq insidentlə bağlı cinayət işi başlanıb və faktla bağlı araşdırma aparılır.


Geri dön

Ulya

  • 21 noyabr 2010 22:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol xebere gore

Yusif

  • 21 noyabr 2010 19:40
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Esi Muharibede Zeyifdiler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}