“Halal” sözü adamı aldatmaqdır

 
“Halal” sözü adamı aldatmaqdır

Avqustun 1-dən Azərbaycanda halal standartının tətbiqinə başlanılıb. Artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) “Halal” ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər”, “Halal” termininin istifadəsi üzrə ümumi qaydalar” və “Halal” qida. Ümumi tələblər” dövlət standartlarını təsdiq edib. Hər üç standartın tələbləri məcburidir. Standartlar Azərbaycan Standartları İnstitutu tərəfindən hazırlanıb.

“Halal” ət məhsulları standartına əsasən “Halal” ət məhsullarının istehsal proseslərində bu məhsulların istehsal xüsusiyyətlərini bilən və onlara ciddi riayət edən, xüsusi təlim keçmiş işçilər işləməlidir. Standarta əsasən kəsilməli olan heyvanlar diri və sağlam olmalı. Heyvanların əvvəlcədən elektrik cərəyanı, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Müstəsna hallarda sakitləşdirici elektrik cərəyanı tətbiq etməyə yol verilir. Elektrik cərəyanının gərginliyi, gücü və təsir vaxtı heyvanın növünə əsasən texnoloji sənəddə göstərilməlidir. Hər bir heyvanı kəsməyə “Bismillah, Allahu Əkbər!” deməklə başlamaq lazımdır. Standarta əsasən “halal” heyvanların kəsilməsində “haram” sayılan heyvanların keyləşdirilməsi və kəsilməsi üçün işlədilmiş alətlərdən istifadə etməyə icazə verilmir. Həmçinin standartda istehsal sahələrinə və proseslərinə, qablaşdırma və markalanmaya, məhsulun daşınması, saxlanması və satışına olan tələblər də göstərilib.

“Halal” termininin istifadəsi üzrə ümumi qaydalar standartına əsasən isə məhsulun “halal” olması haqqında məlumatdan markalanmada elə istifadə edilməlidir ki, digər analoji yeyinti məhsulunun təhlükəsizliyi ilə əlaqədar şübhə əmələ gəlməsin və “halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaranmasın.

“Halal” qida. Ümumi tələblər. Bu standartda heyvanın kəsilmə qaydaları, kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər, qəssaba olan tələblər, kəsimdə istifadə olunan vasitələr, sallaqxanalara olan tələblər, kəsimdən əvvəl heyvana sağlamlıq baxışı, heyvanın təmizlənməsi və yuyulması, kəsim prosesi və s. ilə bağlı tələblər göstərilir.

Bundan sonra Azərbaycanda olan halal nişanlı məhsullar yuxarıda sadaladığımız standartlara uyğun gələrsə, sertifikatlaşdırılacaq. Yox, əgər standartın tələblərinə uyğun gəlməzsə, ticarət müəssisələrində gördüyümüz halal nişanlı məhsulların üzərindən o adlar silinəcək və dövlət nəzarət xidməti bu barədə tədbirlər görərək sanksiyalar tətbiq edəcək.

SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıblının ANS PRESS-ə verdiyi məlumata görə, bununla da Azərbaycanda halal standartlara keçid üzrə uzun müddət sürən qanun yaradıcılığı başa çatdı.

Azərbaycanda halal standartının tətbiqinə indi başlanılsa da dünyada halal məhsullara xüsusi yer ayrılır. Bəzi Avropa ölkələrinin hətta qeyri-müsəlman əhalisi də halal məhsullara ekoloji təmiz qida kimi üstünlük verir. Təxminən ötən ilin 70-ci illərində müsəlmanların yaşadıqları qərb ölkələri və əhalisinin müsəlmanlar üstünlük təşkil etdiyi Cənub-Şərqi Asiya ölkələri halal sertifikatlaşdırma prosesi başlayıb.

Bizə qonşu ölkələr arasında bu sahədə Rusiya xüsusilə irəli gedib. Halal məhsul bazarı şimal qonşumuzda artıq 10-15 ildir fəaliyyətdədir. Rusiyada Tatarıstan Respublikasının Müsəlmanların Dini İdarəsi yanında Halal standartı üzrə Komitəsi 2005-ci ildə yaradılıb. Halal məhsulların istehsalı və reallaşdırılmasına nəzarəti həyata keçirən qurum Rusiyada intensiv olaraq geniş iş aparır.

Halal məhsullara dünyada 1,8 milyon müsəlman tərəfindən tələbat var. Eyni zamanda mütəmadi olaraq qeyri-müsəlmanların da Halal məhsullara tələbatın artması müşahidə olunmaqdadır. Məlumatlara əsasən halal qida sənayesi hər il 2,1 trilyon dollar təşkil edir.

Amma Fazil Talıblının verdiyi məlumatdan belə görünür ki, indiyə kimi istehlakçılara “halal” adı altında təqdim edilən bir çox məhsullar artıq bazardan çıxarılacaq. ANS PRESS-in araşdırmasına görə, üzərində halal markası yazılmış bəzi kolbasa məhsullarında zülal əlavəsi və idxal toyuq budları istifadə edilir ki, onların da halal texnologiya ilə hazırlandığı sual altındadır. Zülal əlavəsi toyuq peyninə xüsusi bakteriyalar vurmaqla göbələk yetişdirmə üsulu ilə əldə edilir. Toyuq budları isə Amerikanın broyler sənayesində arzu olunmayan hissə kimi xaricə ixrac olunur. Yəni halal yolla istehsal edilmir. Buna görə də indiyə kimi halal adı altında zülal əlavəsi və heyvani piylərin qarışığından hazırlanmış kolbasa məmulatlarının geniş alıcı bazarını itirəcəyi gözlənilir, çünki üzərlərindən “halal” kəliməsi götürüləcək.

Amma ölkə dindarları narahat olmamalıdır. SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıblının verdiyi məlumata görə, artıq Bakıda dindarlar üçün xüsusi halal dükanlar və restoranlar, bəlkə də şadlıq evləri də açıla bilər. Çünki halal standartının ölkəmizdə tətbiqindən sonra sahibkarlar artıq halal mağaza və halal marketlərin açılması ilə bağlı lisenziya üçün müraciətlər edə bilərlər. Bundan sonra istehlakçılarımız həmin ixtisaslaşmış halal mağazalardan rahatlıqla məhsul ala bilərlər.


Geri dön

GuNaY_83

  • 6 avqust 2012 17:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
cox sag ol...........

--------------------

Воровской

  • 6 avqust 2012 17:19
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
COX SAGOL XEBERE GORE laughing

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

_wampirella_

  • 5 avqust 2012 21:08
  • Məqalə: 168
  • Şərh: 488
  • Bal:
{awards}
tesekkurlerrrrrr

--------------------
Deyirlerki olacaga care yoxdur
Bes olmayacagin caresini tapan varmi....

askdelisi

  • 4 avqust 2012 20:40
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
Halal məhsullara dünyada 1,8 milyon müsəlman tərəfindən tələbat var. Eyni zamanda mütəmadi olaraq qeyri-müsəlmanların da Halal məhsullara tələbatın artması müşahidə olunmaqdadır. Məlumatlara əsasən halal qida sənayesi hər il 2,1 trilyon dollar təşkil edir.

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

come back

  • 4 avqust 2012 20:09
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler inandirici gelmedi.

son damla

  • 4 avqust 2012 18:50
  • Məqalə: 29
  • Şərh: 524
  • Bal:
{awards}
hec razi deyilem hala sozuyle

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

...BARSA FANATI....

  • 4 avqust 2012 17:10
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: _Dinquwun_AnasI_
xeber ucun cox twkler

DEAD ANGEL

  • 4 avqust 2012 15:43
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
oxumadim ama muellife twk

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 4 avqust 2012 12:36
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Xeber ucun twkler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Flower Lovem

  • 4 avqust 2012 12:25
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
xeber ucun thanks...........

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

R.M Fanatı...

  • 4 avqust 2012 11:52
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Sitat: Dalga
Melumat ucun tewekkur edirem

--------------------

Delete

  • 4 avqust 2012 10:20
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore Tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

m.medine

  • 4 avqust 2012 07:40
  • Məqalə: 1
  • Şərh: 479
  • Bal:
{awards}
xebere gore tesekkurler

Shokoladka

  • 4 avqust 2012 04:47
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Azerbaycanda neyinse halal olmagina inana bilmerem! Xebere gore tskler

--------------------


---ANGELA---

  • 4 avqust 2012 01:19
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
adamın inanmağı gəlmir heç halal sözünün mənasına təşəkkürlər...

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Rustem.M

  • 4 avqust 2012 01:06
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
qesengdi twk xeebere gore

m.gulshen

  • 4 avqust 2012 00:44
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
tesekkurler

leyluwka_20

  • 4 avqust 2012 00:38
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
ThankSSSS///////...

--------------------

my angel__

  • 4 avqust 2012 00:35
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Sitat: faithful
cox teshekkurçAllah razi olsun

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Gözlüklü

  • 4 avqust 2012 00:33
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
MARAQLI IDI TWK COX SAG OLUN

AysU_DilarE

  • 4 avqust 2012 00:32
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
xeber ucun cox twkler

--------------------

faithful

  • 4 avqust 2012 00:18
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
cox teshekkurçAllah razi olsun

Nuray2012

  • 4 avqust 2012 00:18
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Prank girl

  • 4 avqust 2012 00:17
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
xebere gore tsk edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Dalga

  • 4 avqust 2012 00:15
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Melumat ucun tewekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}