Rəqsanədən şok açıqlamalar!

 
Rəqsanədən şok açıqlamalar!

Rəqsanə: "Mən həyatda yalnız kişiylə eşq macərası yaşayaram, Eltonla yox!…"

Xəbər verdiyimiz kimi, müğənni Elton Hüseynəliyevin qadın həmkarı Rəqsanə ilə duet oxuması onun öz xanımı tərəfindən narazılıqla qarşılanıb. Eltonun həyat yoldaşı Tamilla Hüseynəliyeva iddia edib ki, Rəqsanə Elton səviyyəsində olan müğənni deyil və buna görə də həmin xanımla duet oxumasını düzgün hesab etmir. Tamilla xanım дейиб ki, Eltonla Rəqsanə başqa düşüncələrə malik, sənətə fərqli münasibətləri вя baxışları olan müğənnilərdir. Bir sözlə, Eltonun xanımı Rəqsanəni ona yaraşdırmır və Eltondan qat-qat aşağı səviyyəli müğənni olduğunu düşünür.

«Elton əsəblərimi korlamasın, yoxsa mənə yazdığı SMS-ləri çıxıb efirdə oxuyaram!»

Eltonun xanımının açıqlamaları ilə bağlı müğənni Rəqsanə müsahibə verib. Rəqsanə İsmayılova deyir ki, Elton özü onunla duet oxumaq təklifini вериb: «Mən həmin mahnını studiyada oxuyurdum. Elton gəldi, иfамы eşitdi. Dedi ki, bу mahnını duet oxusaq, tutar. Mən də razılaşdım, oxuduq, radiolara verdik. Bu insan istəmirdisə, əvvəlcədən ərini qoymayardı mənimlə duet oxusun! Ərini döymədik, qolunu-qıçını qırmadıq, onun öz istəyi ilə duet oxuduq».

«Toma azı iki il mənim disklərimi daşıyıb»

Rəqsanə də Eltonun həyat yoldaşı, özünün isə keçmiş prodüseri olmuş Tamilla Hüseynəliyevanın ünvanına sərt ittihamlar səsləndirdi. Rəqsanə, «Qadın olan kəs ağzından kəliməni çıxaranda, ən azından sözlərinə diqqət yetirməlidir» - dedi: «Səviyyəsiz olsaydım, Toma mənimlə işləməzdi. O, ən azı iki il mənim disklərimi daşıyıb. İnsanlar onu qınayırlar ki, əgər Rəqsanə səviyyəsiz idisə, onun yanında nə gəzirdin?! Məndən pul qazananda, başıma pərvanə kimi dolananda bəs mən səviyyəsiz deyildim axı?! Bu olyala bağlı açıqlama verməsəm, insanlar belə başa düşərlər ki, mənim Eltondan və Tomadan çəkinəcəyim, qorxacağım, nəsə asılılığım var. Halbuki, Allahdan başqa qorxacaq yerim yoxdu. Sadəcə olaraq, o qadına çox istədim, hörmət edim. Onun ailəsi-balaları var... Mən əslində, o zaman Toma ilə işləyən zamanlar yolumuzu ayıranda, lazım olsa, onun haqqında açıqlama verərdim, lakin danışmadım. Ayrıldım, başımı aşağı salıb, Təranəyələ işlərimi davam etdirdim. Onu da deyim ki, əlimdə material var. Hansı ki, mən əməliyyat olunanda, Tamilla başımın üstündədi, əlində video-kamera əməliyyat prosesini çəkir. Mən onun bu elədiklərini itirmərəm. Yəni mən onda səviyyəsiz deyildim, indi nə dəyişib? Ən azından özünə hörmət qoyan insan bu haqda danışmaz» - deyə Rəqsanə bildirib.

"Axırda sübut elədim ki, Toma oğrudur!"

«Toma məndən dəfələrlə pul oğurlayıb»- deyən müğənni açdı sandığı, tökdü pambığı: «Əslində, mən istəmirəm ki, bu söhbət biabırçılıq səviyyəsinə qədər gedib çıxsın. İndiki prodüserim Təranə mənimlə işlədiyi zamanlarda Tomanın pul oğurluğunun üstü açıldı. Bəli, məndən pul götürmüşdü, mən bilməmişdim. Restoranın administratoru bunu təsdiqləyə bilər. Bu hal dəfələrlə olmuşdu, sadəcə üstünə getmirdim. Sonucda söhbətin axırına getdim və sübut elədim ki, bu adam oğrudur! Mən qadınam, ona güzəşt etmək istəyirəm. Amma inanın ki, artıq əsəblərimi cilovlaya bilmədim. Bu açıqlamanı verməliyəm ki, Toma məndən dəfələrlə pul oğurlayıb. Təranə yanıma işə gəlməsəydi, Tomanın pul oğurluğunun üstü açılmayacaqdı. Onda da Tomanın uşağı təzə dünyaya gəlmişdi. Üzümə dirəndi ki, mən sənə pul atmamışam. Axırda mən məcbur qalıb, restoranın adminstratoruna zəng elədim, selektora qoydum. O adam da bunun üzünə dedi ki, sən gəlib pulu götürmüsən. Toma gözləmirdi ki, bütün bunların üstü açılacaq. Bir dəfə də bir məclisə getdim, pulsuz oxumalıydım. Sən demə, bu qadın məclisi pullu danışıbmış. Mənə də deyib ki, məclis pulsuzdu. Toydan çıxanda Təranə sevincək gəldi ki, məclis yiyəsi mənə 1500 dollar pul verdi. Sən demə, Toma fikirləşibmiş ki, pulu alıb qoyacaq öz cibinə, amma alınmadı. İndiyədək mən o qadına hörmət qoyub susmuşam, bu haqda danışmamışam. Amma artıq yeri var, danışmalıyam».

«Mən onun arvadı ilə işləyəndə, Elton müğənni kimi yox səviyyəsində idi»

Rəqsanə həmkarı Elton haqqında da sərt çıxışlar etdi: «Mən onun arvadı ilə işləyəndə, Elton müğənni kimi yox səviyyəsində idi. Toma mənim prodüserim olanda, Elton efirlərə çıxıb deyirdi ki, mən Rəqsanə ilə duet oxuyacam. Niyə onda Toma ərinə demirdi ki, Rəqsanə səviyyəsizdi, onunla duet oxuma?!»

Rəqsanə özü haqda gəzən bəzi şayiələrə də aydınlıq gətirdi: «Guya mən Eltonla sevgiliyəm. Bu, belə deyil. Mən həyatda yalnız kişiylə eşq macərası yaşayaram, Eltonla yox!… Elton kişidi, kişi deyil, artıq burasını özü bilər… Yaxşı oğlanın arvadı, çıxıb efirdə - ərinin duet ortağı haqda artıq-əskik danışmaz! Əgər sənin ailəndə problemin varsa, həyat yoldaşınla yola getmirsənsə, o sənin öz şəxşi işindir. Problemsiz həyat olmur, hər kəsin özünə görə problemi var. Ancaq mənim haqqımda çıxıb danışırsan, bilmirsən ki, mən susası deyiləm?! Bu insan hazırda prodüser kimi də fəaliyyət göstərmir. Sən müğənni arvadısansa, mən özüm müğənniyəm. Sən bir yerə müsahibə verəcəksən, mən isə beş yerdə haqqında olanları danışacağam. Ən azından, öz ailəsini, övladlarını düşünən insan bu cür söhbətlərə girməməlidir».

"Elton mənə borcludur"

«Elton əsəblərimi korlamasın, yoxsa mənə yazdığı SMS-ləri çıxıb efirdə oxuyaram!» - deyə Rəqsanə Eltonun ünvanına da bəzi ciddi ittihamlar yağdırdı: «Elton mənə borcludur. Arvadının ağzını yumsun! Bu 2-3 ay ərzində ona çox kömək eləmişəm. Belədə də məni çox qızışdırsa, mənə yazdığı SMS-ləri çıxıb canlı efirdə bütün tamaşaçılara göstərəcəm!» - Rəqsanə Eltonu hədələdi.

Qeyd edək ki, ötən dəfəki açıqlamasında Elton Rəqsanə ilə duetləri və bunun xanımı tərəfindən narazılıqla qarşılanmasına belə münasibət bildirmişdi: “Mən arvaddan icazə almıram! Yaradıcılığıma aid olan heç bir işimi həyat yoldaşımla müzakirə eləmirəm. Özüm və prodüserim nəyi məsləhət görürsə, onu da edirik. Rəqsanə ilə duetim isə yaxşı alındı və sevildi. Amma qeyd edim ki, daha onunla duet oxumaq fikrimiz yoxdur. Amma ona görə yox ki, mənim həyat yoldaşım narazıdır. Sadəcə bir dəfə oxuduq, hələ ki bəs edər”.


Geri dön

solmayan_gul

  • 17 sentyabr 2011 17:24
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
reksanenin ozunedirki kimede agil verir

--------------------
YENIDEN GELDIM BURAYA SALMLAYIRAM SIZLERIII

nilayka

  • 5 may 2011 08:44
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
oxumusam bunu:)

--------------------

nilayka

  • 19 fevral 2011 01:12
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkurler

--------------------

only-girl

  • 12 fevral 2011 16:58
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------

фея

  • 21 noyabr 2010 22:46
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
emmeli basli qiriqidi ki wink wink

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 21 noyabr 2010 22:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli deyil mnene

Kisa_Kiss

  • 21 noyabr 2010 21:24
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
ae бу неди еееееее bully

--------------------

Just For Legend

  • 21 noyabr 2010 21:13
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
hmmm Reksane haqqinda xeber hazirlamaga deymezdi,amma yene de eshekkur edirem.

--------------------

L_SimuS

  • 21 noyabr 2010 21:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Vaaaay dedeeee.bunun uzunde heya yoxuymuwki...

xebere gore tewekkur

OK

  • 21 noyabr 2010 20:23
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ghost

  • 21 noyabr 2010 20:16
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
eeee bu nedi ne gune qalib bu!

Yusif

  • 21 noyabr 2010 20:13
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
E Bu daki Tesekkur Xebere Gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}