Əhmədinejaddan qardaş olar?

 
Əhmədinejaddan qardaş olar?


"Onun Azərbaycanda səsləndirdiyi fikirlər real vəziyyət əks etdirmir"

İran prezidenti Mahmud Əhmədinejad ölkəmizə səfəri çərçivəsində etdiyi çıxışlar zamanı Azərbaycan xalqının ünvanına dostluq və qardaşlıq mesajları səsləndirib, Azərbaycan prezidentinə xitabən "qardaşımın evinə gəlmişəm" deyib. Ancaq maraqlıdır ki, Azərbaycan Respublikası ərazisinin 20 faizi İranın bütün sahələrdə yaxından əməkdaşlıq etdiyi Ermənistanın işğalı altındadır. İran isə təcavüzkar Ermənistanla nəinki iqtisadi-siyasi istiqamətlərdə, hətta hərbi sahədə belə çox yaxından əməkdaşlıq etməklə işğalçı dövlətin öz cinayətkar siyasətini davam etdirməsinə yardım göstərir.
Bundan başqa, Naxçıvana Güney Azərbaycan ərazisindən keçməklə səfər etmək məcburiyyətində qalan azərbaycanlılar bəzən 4 saat, bəzən də daha artıq müddətə heç bir səbəb olmadan sərhəd qapılarında saxlanılır, onlara qarşı nəinki müsəlman qardaşlığına, hətta adi insani dəyərlərə uyğun gəlməyən münasibət sərgilənir.
Məhz bu məqamlar Əhmədnejadın öz fikirlərində səmimi olmadığının göstəricisi sayıla bilər.
Bu məsələlərlə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyir ki, İran prezidentinin söylədikləri ritorikadan başqa bir şey deyil: "İran hakimiyyəti nəinki Ermənistanla strateji mütəfiqdir, eyni zamanda 35 milyon soydaşımıza qarşı həddindən artıq pis münasibətiylə seçilir. Hamı bilir ki, İran hökuməti soydaşlarımıza, milli şüuru olan insanlarımıza necə zülm edir, onların milli haqlarını tapdalayır. Əhmədinejadın Azərbaycanda səsləndirdiyi fikirlər real vəziyyət əks etdirmir".

Politoloq Elçin Xalidbəyli isə deyir ki, İran prezidentinin bu açıqlamalarının arxasında müəyyən səbəblərin olduğu qətiyyən şübhə doğurmur: "Əvvəlcə onu qeyd edim ki, siyasətdə səmimiyyət axtarmağa ehtiyac yoxdur. Çünki siyasətin, xüsusilə də beynəlxalq siyasətin məzmununu və hədəflərini səmimiyyət faktoru deyil, məhz özəl maraq faktoru müəyyənləşdirir. Bu baxımdan da, İran prezidenti Mahmud Əhmədinejadın Bakıdakı açıqlamalarında səmimiyyət faktorunun ola biləcəyinə inanmaq olduqca çətindir. Ancaq İran prezidentinin bu açıqlamalarının arxasında müəyyən səbəblərin olduğu qətiyyən şübhə doğurmur. Birinci səbəb kimi Cənubi Azərbaycan faktorunu göstərmək mümkündür. Çünki rəsmi Tehran Güney Azərbaycan probleminin mövcudluğundan ciddi şəkildə narahatdır. Son illərdəsə, rəsmi Tehranın bu narahatlığı daha da artıb. Hər halda, İran rəhbərliyi Cənubi Azərbaycandakı soydaşlarımızın diqqətinin, rəğbətinin müstəqil Azərbaycan dövləti üzərində olduğunu çox gözəl anlayır. Rəsmi Tehran bilir ki, cənubdakı soydaşlarımız müstəqil Azərbaycanı perspektiv baxımından özlərinə örnək alırlar. Ən əsasısa, son illərdə rəsmi Tehran Cənubi Azərbaycan faktorunun ciddiliyini öz daxili siyasətində də qəbul etmək məcburiyyətində qalıb. Yəni bu faktorla artıq hesablaşmağa başlayıb. Bu səbəbdən də rəsmi Tehran Azərbaycana münasibətdə ikili mövqe ortaya qoyur. Belə ki, bir tərəfdən, Azərbaycanın güclənməsinin qarşısını ala biləcək addımlar atmağa çalışır. Həmin addımlardan biri kimi rəsmi Tehran Azərbaycanın düşməni olan işğalçı Ermənistanla çox yaxından əməkdaşlıq edir. Ermənistana bütün mümkün vasitələrlə yardımlar göstərməyə çalışır ki, Azərbaycan həmişə özünü real təhlükə qarşısında hiss etsin və əsas diqqətini məhz erməni təcavüzündən müdafiəyə yönəltmək məcburiyyətində qalsın. Bununla da Azərbaycanın inkişaf perspektivlərini məhdudlaşdıra biləcəyinə ümid bəsləyir.

Halbuki dəyişən dünyanın diqtə etdiyi yeni şərtlərin məzmunu İranın bu ümidlərinin iflasa uğramaqda olduğunu açıq-aşkar göstərir. Əslində, rəsmi Tehran da artıq bu reallığı artıq anlamağa başlayıb. Ona görə də, İran hakimiyyəti böyük sürətlə güclənməkdə olan və regionda əhəmiyyətli təsir gücünə malik Azərbaycanla siyasi-diplomatik münasibətlərini də yaxşılaşdırmağa çalışır. Elə İran prezidentinin Bakıda səsləndirdiyi dostluq və qardaşlıq mesajlarının da Azərbaycanla qarşılıqlı münasibətlərin yüksək səviyyədə saxlanmasına yönəldildiyini düşünmək mümkündür. Eyni zamanda, prezident Əhmədinejadın bu mesajlarının həm Azərbaycan, həm də İran cəmiyyətlərinin diqqətinə hesablandığını da söyləmək olar".

Elçin Xalidbəyli deyir ki, önəmli faktorlardan biri də Azərbaycanın beynəlxalq mövqelərinin kifayət qədər möhkəmlənməsidir: "Belə ki, Azərbaycan hazırda ABŞ və Avropa ilə çox isti münasibətlərə sahibdir. Hətta Azərbaycanın ABŞ-la qarşılıqlı münasibətləri müttəfiqlik keyfiyyətinə qədər irəliləyib. Belə vəziyyətdə isə, Azərbaycanın və rəsmi Bakının mövqeyinin İran üçün əhəmiyyəti daha da artır. Ən azından ona görə ki, rəsmi Tehran ABŞ-ın İrana qarşı başlatdığı beynəlxalq təzyiq kampaniyasında Azərbaycanın indiki kimi neytral mövqedə qalmasında maraqlıdır. Hər halda, Azərbaycanın yerləşdiyi strateji coğrafi məkanı nəzərə aldıqda, rəsmi Bakının da İrana qarşı beynəlxalq təzyiq kampaniyasında ABŞ və Qərbin yanında yer almasının İran üçün nə qədər arzuolunmaz situasiya yarada biləcəyini təsəvvür etmək çətinlik törətmir. Bütün bunları nəzərə aldıqda, İran prezidentinin "dostluq və qardaşlıq" mesajlarının hansı zərurətlərdən qaynaqlandığını aydınlaşdırmaq çətin olmaz".


Geri dön

Ulya

  • 21 noyabr 2010 22:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
thanks

L_SimuS

  • 21 noyabr 2010 20:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Azerbaycanin En boyuk duwmenlerinden bir IRAN.hec vaxt Azerbaycana dost kimi baxmiyib.Hemiwe ilk siyaseti iranin terkibine qatmaq olub Azerbaycani

Yusif

  • 21 noyabr 2010 19:16
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Bu Iki Uzlu insandi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}