Vampirlər mövcuddurmu? [Hekayələr]

 
Vampirlər mövcuddurmu? [Hekayələr]

Deyilənə görə, günəşin batmasıyla yenidən doğması arasında olan zaman intervalında, dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar "vampirlər" adlanır. “Vampir”in hərfi mənası "qaniçən" deməkdir.

Yaşayan ölü bədən

Macar mənşəli "vampir" sözü XVIII əsrin əvvəllərindən, daha doğrusu, Avropa dövlətlərinin qitənin şərq ucqarlarıyla maraqlanmağa başlamasından sonra işlənməyə başlanıb. Bir çox tarixçilər bu sözün serb, ya da türk mənşəli olmasını da düşünürlər.

Ülnlü serb alim Con Henrix Zopfius özünün 1733 il tarxili "Serb vampirləri" adlı elmi işində yazır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq, yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər..."

O vaxtın başqa bir müəllifisə belə yazır: "Vampirlərə verə bildiyim ən gözəl anlayış onun yaşayan, şər ruhlu, qatil ölü bədən olmalarıdır. Yaşayan ölü bədən!..".
“Vampir” sözü ayrı-ayrı dillərdə müxtəlif cür adlandırılır. Məsələn, azərbaycanca – xortdan, türkçə – hortlak, rus, ukrain, belarus, slovak və çex dillərində – upir, bolqarca – vampir, polşa dilində – wapierz, yunanca – rikoklas, tatarca –uvır və s.


Qərb ədəbiyyatında "vampir" sözünə ilk dəfə 1734-cü ildə İngiltərədə çap olunmuş "Oxford English" lüğətində rast gəlinir. Daha sonra bu söz 1745-ci ildə Harleian Misscelllanidə nəşr edilmiş "Üç ingilis centlmeninin səyahəti" adlı macara əsərində işlənib. Əsərdə qəbirdən şər ruhla xortlayaraq, insanları öldürüb qanını içən meyitlər vampir adlandırılmışdır.

Onların əlamətləri və zəif nöqtələri

Əlamətləri:
- Gün işığından qorxurlar;
- Gecələr məzarlardan çıxırlar (xortlar);
- Qurbanlarını dişləyərək, onların qanlarını içirlər;
- Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur.
- Ağızları daima qanlı olur, qanları laxtalanmır.


Zəif nöqtələri:
- Günəş işığı. Əfsanəyə görə, ilk vampir Cainenin Tanrı tərəfindən lənətlənməsindən sonra, vampirlər gün işığına çıxa bilmir;
- Atəş. Alov vampirlərin dərisini yandıraraq, onları öldürə bilər. Deyilənlərə görə, yaşlı vampirlər gün işığına çıxa bilir.
- Xaç. Vampir xaçın ona zərər biləcəyinə inanarsa, xaçla onu yaralamaq mümkündür;
- Sarımsaq. Vampirlər sarımsaqdan qorxurlar;
- Ölü qanı. Cansız, yəni ölmüş varlıqların qanını içmək vampirlər üçün çox təhlükəlidir;
- Başlarının kəsilməsi. Vampirlərin məhv edilməsinin ən təsirli üsulu onların başlarının kəsilməsidir.


Vampirlərlə bağlı mifin tarixi

Əksəriyyət vampir əfsanəsinin kökünü Mesopotamiyadakı Dəclə və Fərat çaylarının yaxınlığında olan gil və daş lövhələrin üzərində yazılmış Assuriya yazılarında axtarırlar.

Assuriyada gözə görünməyən və insanları təsiri altına sala bilən "Ekimmu" adlı vampirin varlığına inanılırdı. Əfsanəyə görə, o, taxtadan düzəldilmiş silahlarla, yaxud da pis ruhları qovan birinin köməyilə məhv edilə bilərmiş.

Vampirlər haqqında olan əfsanələrin köklərini qədim Babilistanda axtaranlar da az deyil. Bundan başqa, ibranilərin müqəddəs kitabında adı keçən Lilit, deyilənə görə, ilk vampirlərdəndir. Lilit gecələri bayquş cildinə girib dolaşaraq, ovlamaq üçün uşaqları və qadınları axtarırdı. Əfsanəyə görə, Lilit Adəmin ilk arvadı olmuş, sonralar Adə¬mə itaət etməkdən imtina edərək şeytanın tərəfinə keçmişdi. Beləcə o, Adəmlə Həvvanın övladlarına, yəni bütün in¬san soyundan olanlara hücum edən bir vampirə çevrilmişdir.

Vampirə oxşar insan kimi təsəvvür olunan "Çinq şih" adlı varlığa qədim Çin əfsanələrində də rast gəlmək mümkündür. Əfsanəyə görə, bu məxluq öz qurbanını zəhərli nəfəsi və ya qanını soraraq öldürürmüş. Onu adi silah və ya günəş işığından istifadə etməklə yaralamaq və hətta öldürmək də mümkünmüş.

Qədim Hindistan tarixində isə "qaniçənlər" haqqında olan miflərin kökü, hələ eramızdan əvvəl 3-cü minilliyə gedib çıxır. İndiki Hindistanın, Nepalın və Tibetin ümumi sərhədinin keçdiyi Hind çayı vadisində, qayalar üzərində yaşıl sifətli, tutqun, göy bədənli və uzun köpək dişləri aydın seçilən allahların təsvirləri və bütləri qalmaqdadır. Qədim Hindistan rəvayətlərində həm də, ağacdan başı aşağı vəziyyətdə asılmış, yarasaya bənzər və qana ehtiyac duyan "Baital" adlı vampirə oxşar varlıqdan da söhbət açılır. Bundan başqa, Qərbi Hindistanda yaşlı qadın cildində gecə vaxtı insanları ovlayan "Loogaro" adlı vampirdən də bəhs olunur.

Ərəblərin “1001 gecə” nağıllarında insan əti yeyən "Aqul" adlı dişi vampirə bənzər məxluqlarla bağlı hekayələr var.

Kökü ruhlara dayanan Afrika inanclarında da vampir əfsanəsinin izləri var. Afrikanın bəzi qəbilələrində bir ölünün təkrar diriləcəyinə, onun canlı bir varlığın qanı ilə yaşaya biləcəyinə inanılır. Qərbi Afrikada dəmir dişləri və qarmaq ayaqları olan insanabənzər "Asasabonsam" adlı vampirlərin də mövcudluğuna inanılırdı. Əfsanəyə görə, onlar qarmaq ayaqlarıyla ağacdan başı aşağı vəziyyətdə sallanaraq yaşayır, qurbanlarının barmaqlarından dişləyirdilər.

1200-cü illərdə İngiltərədə yaşayan dindar Valter Map adlı şəxs bir vampirin bütöv kənd əhalisinin qanını soraraq, öldürdüyünü iddia edib. Mapın söylədiyinə görə, kənddə sağ qalan sonuncu insan, qılıncı ilə qana susamış vampirin başını iki yerə bölüb.

Vampirlər Qədim Yunanıstan və Roma əsatirlərində

Qədim Yunanıstan və Roma əsatirlərində qaniçənlər – gözəl qadın və ya qorxunc ruh cildinə girərək insanları ovlayan lamiyalar, rikolaklar və başqa obrazlarla təmsil olunmuşdur. Lamiya yunan mifologiyasına görə, baş allah Zevsin məşuqəsidir. Zevsin arvadı Hera ona qarşı savaşmışdır. Lamiya dəli olmuş və öz dölünü öldürmüşdür. Bundan sonra o, gecələr insanların uşaqlarını öldürmək üçün ova çıxmışdır.

Yunan əfsanələrində yarıinsan, yarıheyvan olan "Kallicantzaros" adlı vampirdən də bəhs olunur. Deyilənə görə, o, qəsəbələrin girişində və ya düzənlik yerlərdə gəzib yeraltı mağaralarda yatarmış. Yer üzünə çıxdıqda "Kallicantzaros" ölümsüz olmayan bir qadını yeraltı dünyasına gəlin gətirmək və ondan uşağı olması üçün qaçırarmış. Əfsanəyə görə, ana və atası ölümlü olan bu vampirin dişlədikdən sonra yediyi ilk qurbanı öz qardaşı və bacısı olub. Yunan rəvayətlərində möhkəm pəncələrə malik olan, qurbanlarının qanını içən vampirə bənzər "Keres" adlı varlıqdan da söhbət açılır.

Romada əhali gecələr bayquşa çevrilərək uşaqların qanını əmən və onların daxili orqanlarını yeyən "Stryx" adlı vampirin mövcudluğuna inanırdı.

Vampirlər nə üçün yenidən gündəmə gəldi

1734-cü ildə nəşr olunan "Üç ingilis centlmeninin səyahəti" adlı kitabın surətlə yayılmasından sonra vampirizm kabusu dünyada birdən-birə məşhurlaşdı ki, bunun da bir neçə səbəbi var idi:

1. Vampirizm kabusunun bu əsrarəngiz məşhurluğunun kökü insanların spesifik psixoloji xüsusiyyətləri, onların əfsanələrə və xurafata meyilliliyi, qorxu instinkti və digər amillərin təsiri ilə əlaqədardır.

2. Qaniçən xortdan obrazlarına demək olar ki, bütün xalqların şifahi ədəbiyyatında rast gəlindiyindən bu obrazın xofu əksəriyyət insanın beyninə hopmaqda çətinliklərlə üzləşməyib.

3. Tarixin müxtəlif dövrlərində yaşamış manyak ruhlu və xəstə insanların iyrənc və tükürpədici cinayətlər törətməsi faktları insanların beynində vampirlərin reallıqda mövcudluğuna böyük inam yaradıb.

Vampirlər və başqa əfsanəvi varlıqlar

Dil üzərinə araşdırmalar aparmaq məqsədiylə Orta Asiyaya qədər dərviş qılığında səfər edən macar professor Arminius Vamberiyə görə: "Osmanlı dövründə, məşhur bir inanca görə vampirlər ağac kovuşlarında gizlənirmiş. Ələ keçirilən vampirlərin başını kəsdikdən sonra bir çuvala qoyub dənizə atırlarmış".

Vampirlər kimi bir sıra digər əfsanəvi varlıqlara da sadəlövhcəsinə inananlar var. Bunlara bahamut, su pərisi, zombi, golem, griffon, enkebit, faun, fantom, yutpa, dev, qulyabani, qurd adam, simurg, pegasus, troll, tək buynuz, təpəgöz və bir sıra əfsanəvi məxluqların adlarını misal göstərmək olar. Bu əcaib varlıqlar içərisində, vampirlərə ən çox bənzəyən zombi, qurd adam və qulyabanidir.

Vampirizmə qarşı kilsə reaksiyası

1215-ci ildə, Romada keçirilmiş dördüncü Laferan Soborunda vampirlərin mövcudluğu kilsə tərəfindən qəbul olundu və kilsə özünü vampirlərin kökünü kəsmək qüdrətində olan yeganə güc kimi elan etdi. 1347-ci ildən etibarən, üç il ərzində Avropada bubon xəstəliyi (qasıqda limfa düyünlərinin iltihabı) tüğyan etdi. Kilsə bunun əsas səbəbini məhz vampirlərlə əlaqələndirdi. Xəstəliyin mahiyyəti barəsində heç bir təsəvvürə malik olmayan kütlənin isə, 25 milyon insanın ölümünə səbəb bəlanı fövqəlqüvvələrin qəzəbi kimi düşünməkdən başqa çarəsi qalmadı.

Həmin dövrdə xəstəliyin yayılma mənbəyi belə qəbul olundu: Xortlayan meyitlər insanlardan intiqam almaq üçün onları dişləmiş, nəticədə vampirlər ortaya çıxmışdır. Bu dövr ərzində kilsənin vampirlərə qarşı mübarizəsi yalnız quru təbliğatla məhdudlaşdı və bununla əlaqədar əməli heç bir iş görülmədi. Bu vəziyyət "xortlama" hallarının, vampirizm kabusunun yazılı şəklə düşməsinin əsasını qoydu. Əhali arasında şifahi şəkildə dolaşan şayiələr, artıq yazılı şəkildə ifadə olunmağa başladı.

Təxminən 200 il sonra, daha dəqiq desək, 1489-cu ildə "Malleus Maleficarum" adlı kitab yazıldı. Cadugərlərin zülmün-dən bəhs etməsinə baxmayaraq, həmin kitabdan vampirlərə qarşı mübarizə zamanı istifadə olunub. Məhz bu səbəbə görə, bir çox məsum insan günahsız yerə vampir hesab edilərək, edam olunmuşdur. Bu kitab guya şeytana uyanları tanımaq və onların zülmündən qorunmaq üçün yollar göstərirdi.

1645-ci ildə bir araşdırmasıyla, ilahiyyatçı Leo Allatius yunanlarda vampir anlayışını tədqiq edib. Allatius vampirlərin şeytana xidmət edən və gecələri insan ovlamaq üçün peyda olan varlıqlar olduğunu elan edən ilk kilsə xadimi idi.

Kabusa qarşı mübarizə

Fransanın Sarbonna Universiteti 1700-cü illərin əvvəllərində, ölünün vampirə çevrilməsi fikrini puça çıxarmaq üçün bədənin formasının dəyişməsi fikrinə qarşı çıxdı. Bununla da, həmin universitet məntiqsiz inancların səbəb olduğu vampir hesab edilən cəsədin bədən formasının dəyişməsi fikrinə qarşı çıxaraq radikal bir mövqe nümayiş etdirdi. Bundan sonra vampirlərlə bağlı batil inancları tənqid edən digər alimlər də öz sözlərini deməyə başladılar. Məsələn, Fransız rahib Dom Avqustin Kalmet cəsarətlə 1746-cı ildə "Xəyalətlər, Ruhlar və Vampirlər haqqında – Xəyali Dünya" adı vampirlərin mövcudluğunu ciddi şübhə altına alan güclü bir kitab yazmışdır. Kalmet hələ o vaxtlar öz kitabında vampirlərin mövcudluğunu qəbul etmək üçün, tutarlı faktlara və təkzibolunmaz sübutlara ehtiyacın olduğunu bildirmişdi.

Vampirlərin kitabı

Vampirlərin “Nod” adlı gizli kitabı var. Deyilənə görə, bu kitabda vampirlərin tarixindən ətraflı şəkildə söhbət açılır. Əfsanəyə görə, bu kitab "Nod" deyilən yerdə yazılmışdır. Heç bir vaxt tam şəkildə yayımlanmayıb. Guya, tam şəklində olan variantı "antediluvain" adlı məzarlıqdadır. Bir versiyaya görə, amazon meşələrində qeyb olmuş şəhərin altında - yeraltında olan gizli məzarlarda 13 vampir klanı haqqında, 13 daş lövhə üzərində yazılar var.

“Qaniçənlər”lə bağlı batil inanclar

Ayrı-ayrı xalqların mədəniyyətlərində vampirlərlə bağlı çox gülünc və absurd inanclar olub. Bu inanclar sadəlövh, nadan xalq kütlələrinin qorxu və savadsızlığından irəli gəlib.

Orta əsrlər dövründə, Avropada bir çox insanın ölümünə səbəb olan "Black Death" ("Qara Ölüm") adlı xəstəliyin vampirlərin işi olduğuna inanılırdı. Bilindiyi kimi, bu xəstəlik birə və siçanlardan yayılan vəba idi. Dəhşətli xəstəlik 1300-cü illərdə, Avropa əhalisinin təqribən üçdə-birinin ölümünə səbəb olmuşdu. Həmin dövrdə əksəriyyət, bu xəstəliyi vampirlərin yaydığını zənn edirdi.

Qərbi Avropanın yerlərinda vampirlərin məzarlarını müəyyənləşdirməkdən ötrüxüsusi metodlardan istifadə olunurdu. Məsələn, çılpaq bir bakirə qız atın üzərinə oturdulurdu. Daha sonra o, məzarın üzərindən keçirdilirdi. Əgər at qəbrin üzərindən keçmək istəməzdisə, bu yerin vampir məzarı olduğu güman edilir və ölü müxtəlif üsullarla "öldürülməsi" üçün məzardan çıxarılırdı.

Bəzi yerlərdə ölülər üzləri cənub istiqamətinə dəfn olunurdular və taxta pazlarla onların məzarlarının üzəri örtülürdü. Düşünürdülər ki, əgər meyit vampirə çevrilib məzardan qalxmağa çalışarsa, taxta pazlar ona saplanmış olacaq.

Bəzi yerlərdə meyitin basdırıldıqdan sonra, qəbirdən "çıxmasının" qarşısını almaq üçün onun qolları və ayaqları iplə bağlanır, məzarının üzərinə isə böyük qayalar qoyulurdu.

Bəzilərinə görə qara pişik və ya it hər hansı bir meyitin üzərindən tullanardısa, ölü vampirə çevrilə bilərdi.

"Vampir"i tutmaq üçün qəbiristanlığa kül səpərək onun ayaq izlərini tapmağa çalışanlar da olub.
Bəzi yerlərdə isə, intihar edənlərin vampirə çevrilməsinə inanılırdı. Məsələn, İngiltərədə intihar edənlərin vampirə çevrilməsinə əngəl olmaq üçün meyit dörd yolun kəsişdiyi yerə (yol xaç işarətini əmələ gətirdiyi və vampirin guya xaçdan qorxduğu üçün) basdırılırdı.

Yaşayan vampirlər


Deyilənə görə, Avropada son dövrlər vamipirlərin sayı artmağa başlayıb. Bir zamanlar filmlərdən gördüyümüz dəhşətli səhnələrin sadəcə film olduğunu düşündüyümüz halda, onların reallığa çevrildiyinə dair xeyli sayda məlumatlar dolaşmağa başlayıb.

Vampir təriqətlərinin sayının çoxaldığı barədə məlumat verən mütəxəssis Mark Benecke deyib ki, qitədə son dövrlər vampirizm tendensiyası güclənib.

Almaniyanın «Bild» qəzeti, bu məsələni araşdırmaq üçün vampir təriqətinin 39 yaşlı üzvü Rafael adlı şəxslə görüşüb. Bavariyada yaşayan və kompüter mütəxəssisi olan Rafael deyib ki, təşkilatlarında onun kimi daha 150 nəfər var. «Biri-birimizi bədənimizdəki yaralardan tanıyırıq. Çünki biz biri-birimizin boğazını dişləməklə qan içirik. Həmçinin, ülgüclə biləyimiz və ayağımızı kəsərək, oradan qan içirik. Bəziləri qanı stakana doldurub içməyi xoşlayır. Amma mən birbaşa yaradan içməyə üstünlük verirəm».

İnsan qanının dadını çox bəyəndiyini söyləyən vampire, iddia edib ki, enerji və güc üçün insan qanı çox mühümdür. «Əvvəllər həftədə iki və ya üç dəfə belə edirdim. İndi iki aydan bir qan içirəm. Amma mənim sevdiyim qız vampir olmadığı üçün bundan xoşu gəlmir».

Son olaraq...

Son olaraq deyə bilərik ki, sadaladığımız təbii səbəblər və xəstəliklər kompleks şəkildə, ya da müxtəlif dövrlərdə onlardan biri və ya bir neçəsi vampirizm əfsanəsinin meydana çıxmasına səbəb olmuş, "vampir" adlı qorxunc varlıqların mövcudluğuna sadəlövh insanlarda əsassız inam yaratmışdı.
Dünyanı gəzərək vampirizm əfsanəsini araşdıran və vampirlərlə bağlı tədqiqatlar edən Rosemari Ellen Quileyin vampirizmlə əlaqədar gəldiyi nəticəni diqqətinizə çatdırıram:

"Əslində hamısı cəfəngiyyatdır. Vampir anlayışı şəxsdən-şəxsə dəyişsə də, ümumilikdə film və kitablardan təsirlənir. Ortada həmişə ölümsüz, fiziki və cinsi baxımdan çox güclü, süni, gecələri yaşayan və fövqəltəbii gücə malik bir varlığın olmasından söhbət gedir. Bu absurd inanca görə bir vampir pisliklə doludur. Çünki insanların qanını içməklə həyatını davam etdirir. Son nəticədə, bütün bunlar folklordan qaynaqlanır və həqiqətdən uzaqdır".


Geri dön

SabriNa B-va

  • 6 avqust 2012 12:30
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
Tamm oxumadim... thankss =)

Delete

  • 6 avqust 2012 07:27
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur... bele seylere inanmiram.. ona gore de sonacan oxumadim...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

DEAD ANGEL

  • 6 avqust 2012 01:27
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
yariya kimi oxudum ama maraqli idi muellife twk

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

Avril_lavigne

  • 5 avqust 2012 19:21
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Twilight filmi yadima dusdu

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

Dj aka

  • 5 avqust 2012 14:34
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
oxumadim menasiz infodu mence twkler mence vampirler var amma kinolarda ve mutfilmlerde

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

GuNaY_83

  • 5 avqust 2012 12:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol........

--------------------

Prank girl

  • 5 avqust 2012 12:35
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

askdelisi

  • 5 avqust 2012 12:01
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
xebere gore twkkkkk laughing

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

Воровской

  • 5 avqust 2012 11:19
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
AYDAAAAAAAAA NECEDE INANIRLAR EEE VAMPIRLER KECMISDE QALIB EVVELLER VAR IDI AMMA INDI QOQQU

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

LoVe_LiFe

  • 5 avqust 2012 10:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
QORXDUM OXUMDADIM no

m..a

  • 5 avqust 2012 02:47
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
Vampir deilen seyler yoxdu.Eger bir insan basqa insanin qanini icirse demeli o basdan ku kudu.Vampir virajenyasi psihalogyada isdifade olunur.O nunda qana yada oluye aidiati yoxdu. :-)

my angel__

  • 5 avqust 2012 02:33
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Qorxdum)) oxumadim gece yuxuda emowu gormk istemirem))))))))

--------------------
Помни, что ты - мое все ❤

HaMuSHaN

  • 5 avqust 2012 01:36
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
bu barede bawqa kitabda oxumuwdum xebere gore twk

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

adsiz2

  • 5 avqust 2012 01:28
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
oxucameee qokuyam..... crying winked

--------------------

Deniz

  • 5 avqust 2012 00:45
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Sitat: Nuray2012
Miss Happy, yaxsida besdi ta oxumuyacam,gece seni yuxuda gorecem 100%

Hee onda super yuxu olacaq, icinde men varam axi... tongue wink

Nuray2012

  • 5 avqust 2012 00:39
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Miss Happy, tongue yaxsida besdi ta oxumuyacam,gece seni yuxuda gorecem 100% wink

--------------------

Deniz

  • 5 avqust 2012 00:33
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Sitat: Nuray2012
men qorxuram oxumadim cox sagol yenedeMiss Happy, oxumuram ........ay mama komek edin bu qiz meni qorxuzur
--------------------

Oxuu oxuu yuxuna girecekler)) Senden intikamimi aliram da az eseblesdirmemisen meni)))))

Nuray2012

  • 5 avqust 2012 00:31
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
crying men qorxuram oxumadim cox sagol yenede

Miss Happy, am oxumuram ........ay mama komek edin bu qiz meni qorxuzur recourse

--------------------

Deniz

  • 5 avqust 2012 00:21
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Burda 1 nefer var qorxur vampirlerden o oxusun))))))

SU PƏRİSİ

  • 4 avqust 2012 23:59
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
maraqlıdır təşəkkürlər..

--------------------

come back

  • 4 avqust 2012 23:48
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler oxudum bele seyler oxumaqi cox sevirem yene olsun.

tewekkurler oxudum bele seyler oxumaqi cox sevirem yene olsun.

tewekkurler oxudum bele seyler oxumaqi cox sevirem yene olsun.

_Kyonul_

  • 4 avqust 2012 23:29
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
vampir deye bir wey yoxdu.bu sadece uydurmalardir.ama vampirlerle bagli filmleri sevirem,fantastik olsa da.twk

--------------------

faithful

  • 4 avqust 2012 23:28
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
maraqlidir////

Bakinski Емо

  • 4 avqust 2012 23:28
  • Məqalə: 26
  • Şərh: 738
  • Bal:
{awards}
oxumadimeee gece yuxuda deli olmaq istemerem axi tongue wink

tewekkurler

--------------------

_ARZUM_

  • 4 avqust 2012 23:06
  • Məqalə: 7
  • Şərh: 321
  • Bal:
{awards}
Hamisini oxudum xoşum gelirdee vampirlərdən feel

--------------------

oliviya

  • 4 avqust 2012 22:55
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
oxudum sona kimi qorxa qorxa indi gece yuxularmi qarisdiracam qorxumdan

MELEK INSAN...

  • 4 avqust 2012 22:53
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
xebere gore cox sag olun!!!

--------------------

sevgi dushmeni

  • 4 avqust 2012 22:40
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
cok tirsiyorum adice vampir kinolarina baxanda qorxuram.canli gorsem korkudan bayilaram e.tewekkurler qorxulu xeber icin

--------------------

askdelisi

  • 4 avqust 2012 22:37
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
xebere gore twkkkk

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

Gözlüklü

  • 4 avqust 2012 22:28
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
bagislayin cox idi hamsini oxumadim yenede twk

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}