Ancaq yatanda «Facebook»dan ayrılanlar

 
Ancaq yatanda «Facebook»dan ayrılanlar

İstifadəçilər artıq keflərinin necə olmasından tutmuş, həmin dəqiqə harada nə olmasını sosial şəbəkələr vasitəsilə dostlarına çatdırırlar.Təkcə az qala yatmaq üçün real həyata qayıdan 18 yaşlı Tofiq Məmmədli artıq 2 ildir həyatını virtual yaşayır. Günün 13-14 saatını «Facebook»da keçirən Tofiq üçün sosial şəbəkə yeni tanışlıqlar və çoxlu «Like» deməkdir:«Bir dəfə 10 dəqiqəyə 82, 15 dəqiqəyə 130 «Like» yığmışam. Duel statusu yazırıq, duel statusu görən kimi hamı «Like» eləmək istəyir, istər istəməz hamının marağı artır. Çünki mənim dostluğumda hamı «Like» vəhşiləridir. Demək olar ki, hamı «Like» üçün girir. Özüm YT adlı bir qrup var «Facebook»da ordayam. «Yırtıcı team» deməkdir. Əsasən onların duel statusların, yaxınların konkursların paylaşıram ki, azdan-çoxdan köməyim dəysin».

213 ÖLKƏ İÇİNDƏ 84-CÜ YER
Tofiq Məmmədlinin «Facebook»da 3500 dostu, 3500 abunəçisi var. O, Azərbaycandan olan 854160 istifadəçidən biridir. Socialbakers.com saytının məlumatına əsasən, son 6 ayda Azərbaycanda «Facebook» sosial şəbəkəsinin istifadəçi sayı 10 faiz artıb. ABŞ, Braziliya və Hindistanın başçılıq etdiyi ölkələr üzrə cədvəldə Azərbaycan 213 ölkə içində 84-cü yeri tutur.

«HƏR MƏQSƏDLİ İSTİFADƏÇİ VAR»
İnformasiya Texnologiyaları üzrə mütəxəssis İlqar Mirzənin fikrincə, sosial şəbəkələrin populyarlığı insanların internetə çıxış imkanları ilə paralel gedir. Onun dediyinə görə, Azərbaycanda ən populyar sosial şəbəkə «Facebook»dur. İstifadəsinə görə ikinci yerdə isə odnoklassniki.ru gəlir. İlqar Mirzə deyir:«Hər məqsədli istifadəçi var. Bütün dünyada olduğu kimi, Azərbaycanda da əsas istifadə səbəbi əyləncə və digər insanlarla ünsiyyətdir. Yerdə qalan səbəb informasiya əldə etməkdir. Maraqlı tendensiyalardan biri budur ki, şirkətlər də «Facebook»dan öz imkanları üçün istifadə edirlər. Azərbaycanda bir çox şirkətlər «Facebook»da öz səhifəsini yaradırlar. Bir çox şirkətlərin hətta bununla məşğul olan xüsusi personalı var, onlara sosial media meneceri deyirlər. Populyarlığın əsas göstəricilərindən biri budur. Şirkətlər pul sərf edirlərsə ki, burdan biznesləri üçün üstünlük əldə etsinlər, deməli, bu kifayət qədər populyardır».
«FACEBOOK» REKLAM ÜÇÜN DAHA SƏRFƏLİDİR
İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis Hacı Hacıyev də deyir ki, bizneslərin reklamında sosial şəbəkələrin rolu böyükdür. Onun fikrincə, şəbəkələrdən ən effektivi isə «Facebook»dur. Baxmayaraq ki, sosial şəbəkədə reklamlar hərəkəsizdir, «Facebook» hətta Azərbaycanın bir çox böyük milli saytlarından da effektivdir. ​​Buna səbəb isə:
«İstifadəçi sayının çox olmasıdır, səhv etmirəmsə, bir milyona yaxınlaşıb. Bundan başqa, «Facebook»da insanlar daha çox vaxt keçirir. Başqa saytlarda bir səhifəni açır və keçir, «Facebook»da isə uzun müddət vaxt keçirir deyə, o reklamı görmək şansı çox olur. Həm də platforma baxımından «Facebook» digər analoqları, xüsusən rus analoqlarını ona görə üstələdi ki, orada pulsuz xidmətlər daha çox idi və ümumiyyətlə, reklam özü çox ucuz idi. «Odnoklassniki»də bir milyon baxış sayı üçün reklam vermək 510 manat idi, «Facebook»da isə həm baxış,
Azərbaycanda istifadəçilər «Facebook»a üstünlük verirlər
həm tıklanmaya görə pul ödəyirsən və büdcəni reklam verən özü müəyyənləşdirir».

ALIŞ-VERiŞDƏ «FACEBOOK»UN ROLU...
İstər sosial şəbəkələrdə, istərsə də KİV-də reklam yerləşdirən şirniyyat, fast-fud üzrə mağaza-kafenin İctimaiyyətlə Əlaqələr meneceri Vüqar Babayev deyir ki, «Facebook» səhifələrini bəyənənlərin sayı 10 min nəfərə ​​çatır:
«Sosial şəbəkələrdən ən çox «Facebook»dan istifadə edirik, çünki o, Azərbaycanda daha populyardır. «Twitter»də də varıq, orda da bəzi hallarda məlumat yayırıq. Bundan başqa, YouTube-da kanal açmaq, «Vikipediya»da məlumat yerləşdirmək fikrimiz var. Amma şirkətin daimi təbliğatını «Facebook»da aparırıq. Onu da deyim ki, əvvəllər bu işi mən özüm həyata keçirirdim, amma artıq bu işə ayrıca diqqət ayırdığımız üçün bunu ayrıca kadr həyata keçirir».
Vüqar Babayev deyir ki, əsasən bayramlar ərəfəsində məhsulların reklamı üçün «Facebook»dakı pullu xidmətlərdən istifadə ediblər. Onun fikrincə, hələ ki, bu tip reklamlar şirkətə sırf imic baxımından kömək edir.
SOSİAL ŞƏBƏKƏLƏRDƏN XƏBƏR ALMAQ...


Pərviz Əzimov
​​Sosial şəbəkələrdən «Facebook» və «Twitter»dən istifadə edən jurnalist, bloqqer Pərviz Əzimov isə istər mobil telefon, istərsə də kompyuter vasitəsilə gün ərzində 4-5 saatını sosial şəbəkələrdə keçirir. O, sosial şəbəkələri bəzi xəbər agentliklərindən daha operativ sayır.«Mən artıq bir neçə aydır, heç bir informasiya agentliyinin saytına girmirəm, daha çox «Facebook»a girirəm. Çünki onsuz da maraqlı olan xəbərlər «Facebook»da paylaşılır. Hansısa sayta girib yüz xəbərin içində bir maraqlısını axtarmaqdansa, «Facebook»a girib ən maraqlı xəbərləri ordan oxuyuram. Nəsə bir hadisə barədə birinci xəbəri yazanda da, tez «Facebook»da paylaşıram ki, mənim kimi ilk olaraq «Facebook»a girənlər ordan sayta keçid eləsinlər».Pərviz Əzimov deyir ki, «Facebook»da insanlar öz çevrələrini özləri seçdiyi üçün ora fikrilərini ifadə etmələri üçün daha yaxşıdır.Rəqəmlərə əsasən, Azərbaycanda istifadəçilər «Odnoklassniki», «Vkontakte», «Twitter», «Google+», «LinkedIn» saytlarına nisbətən «Facebook» sosial şəbəkəsinə daha çox üstünlük verirlər.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev nazirliyin sosial şəbəkələrin birbaşa statistikasını aparmadığını dedi. Onun fikrincə, bunu ancaq sosial şəbəkələrin özləri aparır. Şöbə müdirinin məlumatına əsasən, Azərbaycanda hər 100 nəfərdən 65-i internet istifadəçisidir və internet istifadəçilərinin 25 faizinin «Facebook»da hesabı var.Azadlıq radiosu


Geri dön

tinker bell

  • 9 avqust 2012 05:13
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
ora girende cixa bilmirsen........... lol

--------------------

my angel__

  • 8 avqust 2012 03:03
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
men yoxam..ona gore de maraqsiz oldu)) tewekkurler

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

come back

  • 6 avqust 2012 17:16
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
facesiz heyatin menasi yoxdur menim ucun etiraf edirem men bir facebook bagimlisiyam.

..:MeleK kiz:..

  • 6 avqust 2012 13:16
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
mende demek olarki orda yatib orda dururam

dəli qız

  • 6 avqust 2012 07:58
  • Məqalə: 0
  • Şərh: 363
  • Bal:
{awards}
təşəkkür xəbərə görə

Delete

  • 6 avqust 2012 07:45
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

DEAD ANGEL

  • 6 avqust 2012 01:12
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
mene lazim deyil men face de yoxam

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

Flower Lovem

  • 5 avqust 2012 22:50
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
tesekkurler xeber ucun

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

SU PƏRİSİ

  • 5 avqust 2012 20:02
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
menim hec maragim yoxdu facebook-a beledeki istifade eden deyilem...yenede tewekkurler...

--------------------

_wampirella_

  • 5 avqust 2012 20:00
  • Məqalə: 168
  • Şərh: 488
  • Bal:
{awards}
gimirem ama insan neyese alisanda ayrilmaq cetin olur evvel men de legend.aza ele girirdim neise tesekkurler

--------------------
Deyirlerki olacaga care yoxdur
Bes olmayacagin caresini tapan varmi....

★Mermaid★

  • 5 avqust 2012 19:12
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Xebere gore tesekkur.

--------------------

---ANGELA---

  • 5 avqust 2012 18:47
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
facebooka girirəm ama dostlarımla və yaxud qohumlarımızla danışmaq üçün orda maraqlı nə var heç bilmiəm thanks...

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

barby girl

  • 5 avqust 2012 18:28
  • Məqalə: 0
  • Şərh: 897
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrrrrrr

★NuTeLLa★

  • 5 avqust 2012 18:00
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
maraqli xeberdi twk beyendiimm

I am Happy

  • 5 avqust 2012 17:04
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Facebooka girmirem menlik deyil girenler maraqlansin bu xeberle.

--------------------

nezrin_1

  • 5 avqust 2012 16:02
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
facebooka girmirem

--------------------
men ele menem

R.M Fanatı...

  • 5 avqust 2012 15:40
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
facebooka girmirem.....

--------------------

classic_guiter_girl

  • 5 avqust 2012 15:32
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
face like xestelerinden biride men wink wink xebere qore twk lol

...BARSA FANATI....

  • 5 avqust 2012 14:55
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
facebooka girmirem...

Dj aka

  • 5 avqust 2012 14:28
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
face de varam amma o qederde cox girmirem

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

askdelisi

  • 5 avqust 2012 14:09
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
xebere gore twkkkk feel

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

ruzgargulu

  • 5 avqust 2012 13:56
  • Məqalə: 0
  • Şərh: 58
  • Bal:
{awards}
FACEBOOKA GİRMİREM

GuNaY_83

  • 5 avqust 2012 13:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol....

--------------------

Shawn michaels

  • 5 avqust 2012 13:35
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
kefime duwende gece 3 de 4de cixiram yorganin altinda

--------------------

İnteresting_girl

  • 5 avqust 2012 13:35
  • Məqalə: 1
  • Şərh: 790
  • Bal:
{awards}
Tesekkurler facebooka girmirem..ama evvel girirdim.....

--------------------

Favorit Girl )

  • 5 avqust 2012 13:26
  • Məqalə: 178
  • Şərh: 1652
  • Bal:
{awards}
Twk xebere gore

--------------------


GuLerken YanaxLarimin Nie BaTdigini SorushduLar...
-BiLmirem Didim..
DoguLarken MeLekLer Yanaginnan Opub DidiLer..

Shokoladka

  • 5 avqust 2012 13:23
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Menim bir dostum var Tofiq Memmedli onun yaninda hecnedi.Butun gun facebookdadi.5478 dostu, 5185 abunechisi var.Hemishe ona deyirem ishin-gucun qurtarib ee:)) Facede ne tapiblar ee bashim chixmir.

--------------------


Gözlüklü

  • 5 avqust 2012 13:22
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
xebere gore twk

faithful

  • 5 avqust 2012 13:20
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
teshekkur,maraqli xeberdi

Prank girl

  • 5 avqust 2012 13:17
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 45
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}