“Ülul-əmr” və Peyğəmbərlərin canişinləri kimlərdir?

 
“Ülul-əmr” və Peyğəmbərlərin canişinləri kimlərdir?

Cabir ibn Əbdüllah Ənsari deyir: Allah-təala Peyğəmbərinə ayə nazil etdi: “Ey iman əhli! Allaha itaət edin, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...”
Bu ayə nazil olanda mən dedim: “Ey Allahın rəsulu! Biz Allahı və Onun rəsulunu tanıyırıq. Bəs itaəti vacib olunmuş “ülul-əmr” kimdir?”
Həzrət (s) buyurdu: “Cabir! Məndən sonra canişinlərim və müsəlmanların rəhbərləri var.
Onların birincisi Əli ibn Əbi Talib (ə), ikincisi Həsən (ə), üçüncüsü Hüseyn (ə), daha sonra Əli ibn Hüseyn (ə), Məhəmməd ibn Əlidir (ə).
Onun adı Tövratda Baqir kimi qeyd olunur. Sən onu görəcəksən. Onu ziyarət edəndə mənim salamımı çatdır.
Sonra Cəfər Sadiq (ə), Musa Kazim (ə) Əli ibn Musa (ə), Məhəmməd ibn Əli (ə), Əli ibn Məhəmməd (ə), Həsən ibn Əli (ə) canişin olar. Sonda adı mənim adımdan olan höccət, Həsən ibn Əlinin (ə) övladı gələr. Allah şərqi və qərbi onun əli ilə fəth edər. O şiələrin və dostların gözündən qeybə çəkilər. Həmin vaxt Allahın istədiklərindən savayı onun imamətinə möhkəm inanan olmaz.”


Əhli-beytdən (ə) olan imamların həqiqi peyğəmbər canişini olmasını açıq-aydın təsdiqləyən rəvayətlər çoxdur. Bu rəvayətlərdə bildirilir ki, Əhli-beytdən (ə) savayı bu məqama iddialı olanlar sitəmkardır.
Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh Qummi deyir: “İnkarolunmaz sənədlərə malik rəvayətlər və xəbərlərdə təsdiqlənir ki, həzrət Peyğəmbər (s) öz şəxsi qərarı ilə yox, Allahın əmri ilə Əlini (ə) canişin təyin etmişdir. Həzrət Əli (ə) imam Həsəni (ə), imam Həsən (ə) imam Hüseyni (ə), imam Hüseyn (ə) imam Səccadı (ə), imam Səccad (ə) imam Baqiri (ə), imam Baqir (ə) imam Sadiqi (ə), imam Sadiq (ə) imam Kazimi (ə), imam Kazim (ə) imam Rizanı (ə), imam Riza (ə) imam Məhəmməd Təqini (ə), imam Məhəmməd Təqi (ə) imam Əliyyən Nəqini (ə), imam Əliyyən Nəqi (Ə) imam Həsən Əsgərini (ə) və nəhayət, imam Həsən Əsgəri (ə) imam Mehdini (ə.c) Allahın əmri ilə canişinlik məqamına təyin etmişdir. Dünya ömründən bircə gün qalmış olsa belə, Allah həmin günü imam Mehdinin (ə.c.) zühurunadək uzadar. Dünya zülm-sitəmə qərq olduğu kimi zühurdan sonra bütün yer üzündə ədalət bərpa olar. Allahın salamı olsun ona və babalarına.
Əmirəl-möminin (ə) Əhli-beytlə (ə) bağlı buyurur: “Onlar (imamlar) pak rəhbərlər, məsum soy, dəyərli nəsil, doğru yolda canişinlərdi.”


Geri dön

seadet iwigi

  • 3 fevral 2012 10:22
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
ALLAH t.t seni EHLI BEYTDEN e.e ayirmasin,inwaALLAH...

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

music_angel

  • 1 sentyabr 2011 14:09
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

Elnen

  • 31 mart 2011 14:04
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
ALLAH razı olsun

MuslimGirl

  • 22 noyabr 2010 12:43
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Maraqli yaziya gore tesekkurler. Allah razi olsun!

Ulya

  • 22 noyabr 2010 12:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
yaziya gore cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}