Sevməyi öyrən

 
Sevməyi öyrən

Sevməyi öyrən: Sevdikcə varlığının kainatla toplandığını görərsən.

Sevincə,özünü özündən kənar daşıyarsan. Sevincə ürəyinə yeni və sonsuz qanadlar

taxarsan. Sevincə, mavi bir dəniz olar ürəyin; heç bilmədiyin sahillərə çatarsan.

Sevməyi öyrən

Bağışlamağı öyrən: Bağışladıqca dostlarının sayını 10na vurmuş olarsan.

Bağışlamaq ürəyinin yükünü azaldar. Bağışlayınca, ürəyinə batan tikanlar

gülə dönər. Bağışlayınca əvvəl özünü bağışlamış kimi olarsan,

nifrətin və kinin yükünü çiynindən atarsan.

Sevməyi öyrən

Peşman olmaqdan qorxma: Peşmanlığını etiraf etdikcə səhvlərinin kiçik,

anlaşılan və bağışlana bilən parçalara bölə bildiyini görərsən. Peşmanlıq

sancısını gözə aldığın müddətcə, səhvdən dönmənin ləzzətini də yaşamağa

başlarsan. Peşmanlıq səmimiliyin sınağıdır. Səmimiliyi olmayanlar peşman

ola bilməzlər. Peşman olmayanlar səmimilik qazana bilməzlər.

Sevməyi öyrən

Xatırlamağı öyrən: Xatırladıqca, sevgilərinin kvadratkökünü tapıb, onlardan

hüznü çıxardığını fərq edərsən. Hələ də uşaqlığını çox xatırla ki, heç

narahatlıqsız xoşbəxt olduğun anları yenidən yaşa. Xoşbəxt olmağı bacara bilməyən biz

böyüklərə içimizdəki uşaq xoşbəxtliyin sadəlik və ehtirassızlıqla əlaqədar

olduğunu pıçıldayar. Dayan və dinlə uşağını.

Sevməyi öyrən

Dəyər verməsini öyrən: Dəyər verdikcə sevgilərin küpünü tapıb, onları

xoşbəxtliklə birləşə bildiyini görərsən. Dəyər vermədən keçirdiyin günün günəşi

heç doğulmamış kimidir. Dəyərini bilmədiyin əşyaya heç sahib olmamış

kimisən. Dəyərini bilmədiyin dostların sənə görə heç yaşamamış kimidir.

Dəyər verməsini öyrəndiyində, həyatın düzgünləşdiyini fərq edərsən. Daha

yavaş yeriyərsən amma addımlarını yerə möhkəm basarsan.

Sevməyi öyrən

Kompliment deməyi öyrən: Kompliment dedikcə, insanlarla arandakı ən qısa

məsafənin bir təbəssümün təsvir etdiyi əyri bir xətt olduğunu görərsən.

Kompliment demək yalan danışmaq demək deyil. Nəzakət, həmsöhbətinin görmək

istədiyin yerə çatması və oradan kənar keçməsi üçün bir yaxşılıqdır

Sevməyi öyrən

Üzr istəməyi öyrən: Üzr istədikcə nifrətin və hirsin sonsuza

bölündüyünü, beləcə hirsin limit sıfıra gedərkən yox olduğunu fərq edərsən.

Sevməyi öyrən

Eşqdən qorxma: Beləcə bir üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcəni

aşıb, bütün əyriləri öz içində saxlaya bildiyini görərsən. Eşq

əyrilikləri yox edər; tikanları gül edər, ağrıları həzz edər.

Sevməyi öyrən

Hərdənbir kədərlən: Hüznün ürəyinə toxunmasına icazə ver. Beləcə bütün

xoşbəxtliklərin və zövqlərin sonunda ayrılıq xəttinə keçib geri

Sevməyi öyrən

döndüyünü görərsən. Hamımız ayrılıqların əhatə etdiyi bir adada

yaşayan fanilərik. Hüzn, faniliyin incə sızısını ürəyinə hiss etdirdiyi

üçün, səni əbədiyyətə qonşu edər.

Hüznünü öldürsən ölümü anlaya bilmədiyin kimi həyatı da anlaya bilməzsən.

Sevməyi öyrən

Və bir gün öləcəyini bil: Qətiliklə öləcəksən və öldüyün gün anlayacaqsan

ki, yaşadığın həyat, məxrəci sonsuzluq olan sadə bir kəsrdən ibarətmiş.

Kəsrin payında nə olursa olsun, nə qədər çox şey yığmış olsan ol,

hamısı son əməliyyatda sıfıra bərabərlənər. Kəsrin üzərinə, yəni bu dünyaya,

sonsuzluq cinsindən bir şeylər qoymağın lazımdır. Yoxsa "əldə var sıfır"

Sevməyi öyrən

Hər gün yenidən oyan: Oyanmağı yalnız gözünü açmaq olaraq bilən üçün, bir

şəfəq vaxtı nə qədər də sıravidir. Pərəstiş duyğusunu hər gecə iki göz

qapağının ardına saxladığı gözləri kimi hər daim yuxuda buraxan üçün, bir

gün doğumu "səhərin koru" kimi qaranlıqdır. Qulluq həyəcanını ovucunda

tuta bilmədiyi bir köz kimi sovurub söndürən üçün, bir səhər vaxtı süni və

tərifsiz bir vaxtsızlıqdır. Aç gözlərini... Aç könlünü... İndi və

burada var olduğunu anla. Var edildiyini anla. Bura, bu səhərə bir

insan olaraq göndərildiyini bil. Bu səhərin sənin üçün, sənə xüsusi olaraq

yaradıldığını anla. Oyan... Günəş sənin üçün doğulur...


Geri dön

Gunaycik

  • 25 noyabr 2010 20:37
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
maragli idi tewekkurler adam lap sevmek istiyir recourse

Ulya

  • 21 noyabr 2010 22:35
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
superdi. love

OK

  • 21 noyabr 2010 20:28
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
cox gozel idiç TesekkurleR

--------------------

Yusif

  • 21 noyabr 2010 19:15
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Cox Gozel Di Tesekkur Beyendim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 61

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}