Facebook-da şəkil yerləşdirmək xofu

 
Facebook-da şəkil yerləşdirmək xofu

Osman Gündüz: "Açıq şəbəkənin öz qayda-qanunları var. Facebook-a şəkil qoyuldusa, o artıq hamınındır".

Sosial şəbəkələrin gündəlik həyatımıza sıx müdaxiləsinə baxmayaraq, belə yerlərdə şəkillərin yerləşdirilməsi birmənalı qarşılanmır. Əvvəllər sosial şəbəkələrdə tək-tük adam şəxsi şəkillərini yerləşdirsə də, getdikcə bu tabu aradan qalxmağa başladı. Bunu son zamanlar dəb halını alan Facebook sosial şəbəkəsində kifayət qədər istifadəçinin şəxsi, ailə üzvlərinin və ya həyatlarında hər hansısa bir hadisəni əks etdirən şəkillərin yerləşdirilməsindən aydın görmək olur.

Bununla belə, şəkillərdən sui-istifadə hallarının, montajın və buna lazımi nəzarətin olmamasına, yaxınların və ya ailə üzvlərinin şəxsi şəkillərin yerləşdirilməsinə icazə verməməsinə, şəkillər əsasında cadu edilməsinə görə şəkilləri sosial şəbəkələrə qoymaqdan qorxanlar da var.

Facebook şəbəkəsinin aktiv istifadəçisi Reyhan Hüseynovanın sözlərinə görə, Facebook-da öz şəklini yerləşdirdiyi üçün nişanlısı ilə ayrılmalı olub: “Öz şəklimi yerləşdirməklə hansısa bir Facebook istifadəçisinin toruna düşdüm. Belə ki, bir nəfər şəkillərimin surətini yaddaşa verib başqa ad altında səhifə yaradaraq Facebook-da yerləşdirdi. Təəssüf olsun ki, həmin səhifədə mobil nömrəmi də verən şəxsin kim olduğunu bilmədim. Bu hadisədən xəbər tutan nişanlım həmin adamın mən olduğumu zənn edərək münasibətimizə son qoydu. Nə qədər çalışsam da, həqiqəti sübut edə bilmədim. Həmin səhifəni nişanlımın ailə üzvləri də gördülər”.

Digər sosial şəbəkə istifadəçisi Elnur Kazımov da internet-səhifələrdə şəkil qoymağın tərəfdarı deyil. “Əsasən də xanımların şəkil yerləşdirmələrinə pis baxıram. Çünki sosial şəbəkələrdən tanışlıq üçün də istifadə edirlər və xanımların öz müxtəlif şəkilləri ilə səhifələrini bəzəmələri tanışlıq məqsədi daşımasa da, səhv başa düşülə bilər, - deyən E.Kazımov bildirib ki, şəkillərdən qara magiyada da istifadə edirlər. - Şəkil vasitəsilə çox asanlıqla cadu edir və ya mənfi energiya ötürürlər”.

Ekstrasens Zülfiyyə Zeynalovanın sözlərinə görə, şəklə etinasız yanaşmaq düzgün deyil. “Belə ki, şəkildə sizin haqda informasiya və enerji sahəniz toplanıb. Şəkil və sahibi arasında qırılmaz enerji bağı mövcuddur. Şəkil vasitəsi ilə çox tez nəzər dəyir. Bundan başqa, şəkil ilə edilən cadu güclü hesab olunur. Çünki birbaşa auraya daxil olur. Ona görə də sizdə yaxşı təəssurat oyatmayan adamlara şəkil bağışlamayın, fotoaparatı ilə şəkil çəkdirməyə imkan verməyin, şəkilləri evdə gizli yerdə saxlayın, hər adama şəkil bağışlamayın. Şəkil şəxsi həyata aid bir şeydir. Şəxsi həyat isə kənar şəxslərdən gizli qalmalıdır. Bu səbəbdən də sosial şəbəkələrdə şəkil yerləşdirmək daha təhlükəlidir. Çünki istənilən adamın sosial şəbəkələrdə yerləşən şəkillərə əli çatır”.

Z.Zeynalova qeyd edib ki, şəkil vasitəsi ilə adamı öldürmək də olur: “Bildiyiniz kimi, adamın surətinə bənzər xüsusi gəlinciklər vasitəsilə insanı idarə etmək və hətta öldürmək də olur. Eləcə də şəkillərlə də bunu etmək olur. Şəklə sahibini tamamilə məhv etmək barədə mənfi qüvvənin təsiri ilə əmr verilir. Belə caduları icra olunduqdan sonra çətinliklə götürmək olur”.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün sözlərinə görə, sosial şəbəkədə şəkil yerləşdirdikdən sonra bu artıq sənin olmur: “Facebook açıq şəbəkədir. İstifadəçi oraya nəsə yerləşdirirsə, artıq gözləməlidir ki, bundan haradasa istifadə olunacaq. İstifadə olunan materialın, şəklin mənbəyinin göstərilməsi artıq onun vicdanına qalır. Əgər kiminsə şəklindən istifadə etdikdə müəllif hüququ qorunmursa, şəklindən sui-istifadə edilirsə, bu, başqa məsələdir. Şəklin sahibi istəsə, bununla bağlı müəyyən tələblər irəli sürə bilər. Əgər onun şəkli, informasiyası ilə bağlı bilərəkdən, məqsədyönlü şəkildə manipulyasiya aparılıbsa, bu, şəxsi həyata müdaxilə kimi dəyərləndirilə bilər və o, qanunvericilikdə nəzərdə tutulan qaydada aidiyyatı qurumlara müraciət edə bilər”.

Şəkil ilə paylaşa da bilərlər. Yox, əgər kimsə şəkli qoyduqda, bundan başqa məqsədlər üçün istifadə olunacağından ehtiyat edirsə, onda bunu etməməsi daha yaxşıdır. Şəkillərdən sui-istifadə halları, xüsusilə də, azyaşlılar arasında müşahidə olunur. Ona görə də Facebook-un qaydalarında qeyd olunub ki, on üç yaşa qədər insanlar bundan istifadə edə bilməzlər. Nəzarət etmək lazımdır ki, on üç yaşa qədər insanlar Facebook-dan istifadə edə bilməsinlər”, - deyə O.Gündüz xəbərdarlıq edib.

O, həmçinin əlavə edib ki, kimsə sosial şəbəkələrdə şəxsi şəkillərini yerləşdirməkdən ehtiyat edirsə, anonim və ya başqa şəkillərdən istifadə edə bilər. Yaxud da şəkillərdən ümumiyyətlə istifadə etməsin: “Nəzərə almaq lazımdır ki, Facebook açıq şəbəkədir və bunun öz qayda-qanunları var
”.

Milli.az


Geri dön

✰Dгeaм✰

  • 5 sentyabr 2012 15:44
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Face qokki...Tesekkur...

tinker bell

  • 9 avqust 2012 04:52
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
istifade edirem ama wekil qoymuram

--------------------

Shawn michaels

  • 7 avqust 2012 13:11
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
coxda wekil qoyan deyilem

--------------------

Prank girl

  • 7 avqust 2012 13:05
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

R.M Fanatı...

  • 7 avqust 2012 12:03
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Sitat: _Dinquwun_AnasI_
ne facem var nede wekil qoyuram baw qulagim dincdi twkler

--------------------

Delete

  • 7 avqust 2012 11:17
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkurler...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

adsiz2

  • 7 avqust 2012 04:52
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
tesekkurler...............

--------------------

Flower Lovem

  • 6 avqust 2012 23:43
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
melumat ucun twk

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

my angel__

  • 6 avqust 2012 23:15
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Sitat: ...BARSA FANATI....
MELUMATA GORE SAG OL)))

--------------------
Помни, что ты - мое все ❤

Воровской

  • 6 avqust 2012 20:10
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
ONSUZDA MENDE FACE QOQQU ))))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

LoVe_LiFe

  • 6 avqust 2012 19:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidi xebere gore tewekkurler

Səma_1

  • 6 avqust 2012 19:46
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
MəN facebookdan istifadə etmirəm şəkil qoymağında tərəfdarı deyiləm

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

askdelisi

  • 6 avqust 2012 19:30
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
xebere gore twkkkk feel

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

lie to the world

  • 6 avqust 2012 19:27
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
men facebookdan istifade etmirem buna gorede bele bir prablemimde yoxdu....ama neinki facebook vabwesosial webekelerin hec birine wekil qoymaq duzgun deyil...

--------------------

MELEK INSAN...

  • 6 avqust 2012 19:25
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Cox sagol xebere gore....

--------------------

...BARSA FANATI....

  • 6 avqust 2012 19:19
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
MELUMATA GORE SAG OL)))

come back

  • 6 avqust 2012 19:03
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler maraqli melumata gore. sekil qoyuram kim isdifade edir etsin menim ucun ele de problem deyil.

GoDDeSSS

  • 6 avqust 2012 18:51
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
istifade etmirem,melumta gore twk

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

AysU_DilarE

  • 6 avqust 2012 18:51
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
ne facem var nede wekil qoyuram baw qulagim dincdi twkler

--------------------

SU PƏRİSİ

  • 6 avqust 2012 18:42
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Zehlem gedir facebook dan......

--------------------

TAYNA VOSTOKA

  • 6 avqust 2012 18:27
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
FACE HELE COX PROBLER YARADACAQ FACIELERE SEBEB OLACAQ

--------------------

SabriNa B-va

  • 6 avqust 2012 17:49
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Baglamiwam Hic onsuzda qoymurAm

Unnamed

  • 6 avqust 2012 17:49
  • Məqalə: 1
  • Şərh: 331
  • Bal:
{awards}
Şəkil qoymuram heç ümumiyyətlə internətə
Təşəkkürlər

--------------------
Vətənində yaşayaraq öz dilində danışmaman şəxsiyyətinə təhqirdir!
Öz dilini digər dillər ilə sintez etmən Ana dilinə təhqirdir! M.M.M.

nurlana77

  • 6 avqust 2012 17:49
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
xebercun twkrler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

GuNaY_83

  • 6 avqust 2012 17:49
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
hec face de yoxam..

--------------------

Bakinski Емо

  • 6 avqust 2012 17:49
  • Məqalə: 26
  • Şərh: 738
  • Bal:
{awards}
neinki wekil qoymagi vabwe fbeden zehlem gedir wink twk

--------------------

Priya

  • 6 avqust 2012 17:47
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Əlbəttə belə olmalıdır.Nə ki, facebookda heç ümumiyyətlə netə şəkil qoymaq düzgün deyil axı.Təşəkkürlər.

--------------------




Ada...07

  • 6 avqust 2012 17:47
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Facebookdan istifade etmirem,, xebere gore tewekkurler..

--------------------


Nuray2012

  • 6 avqust 2012 17:46
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

manqa

  • 6 avqust 2012 17:41
  • Məqalə: 0
  • Şərh: 148
  • Bal:
{awards}
ilk serh menden facebooka wekil qoymagi xowdamiram

--------------------
love is more than just a kiss ;)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}