Əhli-hədis kimlərə deyilir?

 
Əhli-hədis kimlərə deyilir?

Hicri tarixi ilə birinci əsrin axırlarından etibarən, müsəlmanlar arasında yayılmış ən mühüm məsələlərdən biri də ilahi sifətlər barəsində olan bəhslər idi.

Allahın sifətlərinin Onun zatı ilə eyniyyət təşkil etməsi, yoxsa bu sifətlərin sonradan onun Zatına artırılması,

zati sifətlərlə feli sifətlərin arasında təfavütün olub-olmaması, eləcə də bəzi ayə və rəvayətlərdə Allahın ərşin üstündə yerləşməsi,

Onun göz, əl və bu kimi digər bədən üzvlərinə malik olmasının nə kimi məfhum daşıması barəsində bəhslər qarşıya çıxmışdı.

(Bu sifətlər ayə və rəvayətlərdə qeyd olunduğu üçün onları xəbəriyyə sifətləri adlandırırlar).

Bu kimi məsələlərin izah edilməsində Islam alimləri müxtəlif dəstələrə bölünmüşdülər.

Onlardan bir dəstəsi Allahın sifətlərinin Onun zatına artırılmasını inkar edirdilər.

Bunları «mötəzilə» , onların müxaliflərini isə «müəttilə» adlandırırdılar.

Digər bir dəstə isə Allahın sifətlərinin (xüsusilə, xəbəriyyə sifətlərinin) Onun zatına artırılmasını iddia edirdilər.

Onlar bunu isbat etməkdə elə bir ifratçı həddə çatmışdılar ki, xəbəri sifətləri zahiri mənalara yozub,

onları insani sifətlərə təşbih etmişdilər. Bunlara da «müşəbbihə» deyilirdi.

Sonra bu iki qrup arasında orta mövqe tutan əhli-hədis firqəsi yarandı.

Onlar bir tərəfdən Allahın ifətlərinin Onun zatına artırılmasına və

Allah-taalanın zatı barəsində xəbəriyyə sifətlərin isbat olunmasına inanır,

digər tərəfdən isə xəbəri sifətlərin zahiri mənalara yozulmasını düzgün hesab etmirdilər.

Amma ayə və rəvayətlərdə bu sifətlər Allah haqqında işlədildiyindən,

məsələn Quranda «Ər-rəhmanu ələl ərşistəva» (Rəhman Allah ərş üzərində müstəqərr olmuşdur);

«Xələqtu biyədəyyə» (İki əlimlə yaratdım) «Vəcaə rəbbukə» (Sənin Rəbbin gəldi) və s.

ifadələr gətirildiyindən, Əhli-hədis bu qəbildən olan sifətləri Allah üçün qəbul etdiklərinə baxmayaraq,

onların barəsində heç bir təfsir və yozumu rəva görmürdülər.

Onların əqidəsinə görə, bu kimi ifadələrin təfsir və yozumu Allah-taalanın məxluqata oxşadılmasına səbəb ola bilər.

Maliki firqəsinin rəisi Malik ibni Ənəsdən «Rəhman Allah ərş üzərində müstəqərr olmuşdur» ayəsi barədə sual edilərkən demişdi:

«Allahın ərş üzərində qərar tapması məlum məsələdir,

amma onun necəliyi bizə məchuldur. Ona iman gətirmək vacibdir, çünki bu,

Quranın aşkar buyuruğudur. Lakin Onun orada necə yerləşməsi barədə sual etmək bid’ət sayılır.

»
Malik ibni Ənəsin sözlərindən belə aydın olur ki, bu kimi ifadələrin məna və xüsusiyyəti barədə maraqlanmaq

və onu təfsir etmək qadağan və haramdır; heç bir sual olunmadan onlara iman gətirmək lazımdır.

Çünki bunlar Quran ayələrində və Peyğəmbər (s) hədislərində aşkar şəkildə qeyd olunmuşdur.

Əhli-hədisin xəbəri sifətlər barədə irəli sürdüyü nəzəriyyə sair etiqadi prinsiplərin araşdırılması üçün yeni bir üslub yaratdı.

Ayə və rəvayətləri olduğu kimi əxz etmək,

onların hər növ təfsir və yozumundan uzaq olmaq və bu barədə sual etməkdən çəkinmək

bu firqənin etiqad prinsipinin əsası kimi tanındı və buna görə də onlar Əhli-hədis adlandırıldı.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

MuslimGirl

  • 22 noyabr 2010 13:29
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Mutleq vaxtim olanda oxuyacam. Allah razi olsun!

Ulya

  • 21 noyabr 2010 22:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Yusif

  • 21 noyabr 2010 22:32
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
TEsekkurler Xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 43
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}