Sevmək istəyirəm

 
  • 21.11.2010, 20:24
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Sevmək istəyirəm

Sənin varlığınla həyatın varlığına inanmaq istəyirəm

İnanmaq istəyirəm mən!Səninlə,səndə,səni sevdiyim qədər seviləcəyimə!

Sevmək istəyirəm...

Sevilmək istəyirəm...

Hiss etmək istəyirəm


Var olduğumu sənin varlığınla

Sənin varlığınla həyatın varlığına inanmaq istəyirəm

İnanmaq istəyirəm mən!Səninlə,səndə,səni sevdiyim qədər seviləcəyimə!

İnanmaq istəyirəm dünyanda mənim varlığıma

Sənin dünyanda var olduğuma...

O dünyanın bir sabahının da mənim üçün açılacağına

Aldığın nəfəsin birlikdə olmağımızın arzusuyla olduğuna

Və o arzunun həyəcanında ürəyinin daha tez-tez döyündüyünə...

Atdığın hər addımın bizi yaxınlaşdırdığının xəyalını quraraq

Və o xəyalın qürurunu yaşayaraq,sevincini yaşayaraq daha tez-tez atılacağına

İnanmaq istəyirəm...

Sənin dünyanda bir axşamın da yalnız mənim üçün olduğuna

O zülmətin qaranlıq işığında yalnızca məni görmək istədiyinə

O gözlərin hər qırpımının daha gec acılmasına istədiyinə

Çünki mən varam hər yumulduğunda o xəyallarda

Nə vaxtsa daha tez açılmasına tələsəcəyinin arzusuna qurduğuna

Çünki mən olacam qarşında

Indisə sadəcə yumulduğunda o gözlərin

Xəyallarının tək sahibinin mən olduğuma

İnanmaq istəyirəm

Sanki illərlə məni tanıyırsanmış kimi ...

Sanki illərlə səni tanıyırammış kimi...

Güvənilmək istəyirəm...

Güvənmək istəyirəm...


Mən heçnə yox

Dəyərli olmaq istəyirəm

Dəyər vermək istəyirəm

Dəyər verənə...


Əgər buna sevmək deyirlərsə

Onda...Onda

Ürəklə deyirəm

Ürəkdən deyirəm

Mən sevmək istəyirəm....

Bunları deyəcəyim bir insanın nə vaxtsa var olacağına inanmaq istəyirəm...

İnanmıram !

Bunları mən dediyimə inanmıram,mən istədiyimə inanmıram ....

Artıq istədiklərimin mümkünsüzlüyünə inansamda.....


Geri dön

Ulya

  • 21 noyabr 2010 22:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
superdi.cox beyendim

Yusif

  • 21 noyabr 2010 20:35
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler oxuyaram

OK

  • 21 noyabr 2010 20:26
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
Cox gozel yazidi,hedsiz beyendim.Tewekkurler


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}