Hansı halda oruc tutmamaq olar?

 
Hansı halda oruc tutmamaq olar?

Bu, Qurani-Kərimdə "Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinməniz və təqvaya çatmağınız üçün oruc, sizdən əvvəlkilərə fərz olduğu kimi, sizə də fərz edildi …" (Bəqərə: 183-184) şəklində ifadə edilir.
İnsanı mənəvi bir ucalığa daşıyan oruc, onu qısa müddətdə ürəyi və ruhu üzərində yığılmış mənəvi ağırlıqlardan uzaqlaşdırır.
Oruc tutan adam, nəfsinin zəncirlərini qıraraq Allahın ipinə sarılmış olar. Oruc, nəfsin istəklərinin idarə altına alınmasında, ruhun təmizlənilib ucaldılmasında böyük təsirə malikdir. Oruc bədənin zəkatı olaraq, bədəndə yığılmış zərərli ünsürlərin dəfi üçün də orqanizmə böyük bir imkan verir.
Qeyd edək ki, orucun hikmətləri ilə hökmlərini anlamaq arasında möhkəm bir əlaqə var. Orucun qaydalarının bilinməsi orucumuzu ən kamil şəkildə tutmağa imkan verəcək.


Ramazan orucu kimlərə fərz buyurulub?

Ağıllı, yetkinlik çağına çatmış və oruc tutmağa heç bir maneəsi olmayan hər bir müsəlmanın Ramazan orucunu tutması fərzdir.

Hansı hallarda Ramazanda oruc tutmamağa icazə verilir?

İslam dini, insanları gücləri nisbətində məsuliyyətə cəlb edib, çətinliyə gətirib çıxaran vəziyyətlərdə isə asanlaşdırıcı hökmlər gətirib. Aşağıdakı hallarda müsəlmanlar Ramazan ayında oruc tutmamağa, yəni, daha sonra qəza etməyə və ya yerinə fidyə verməyə icazə verilir.

a) Səfər:

Səfər, Ramazan ayında oruc tutmamaq üçün keçərli səbəbdir. Səfər əsnasında tutulmayan oruclar, daha sonra qəza edilməlidir. Quranda "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu, onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir" buyurulub (Bəqərə, 183-184).

b) Xəstəlik:

Oruc tutduğu zaman, xəstəliyinin artmasından və ya uzanmasından narahat olan kimsə ilə, xəstəliyi səbəbindən oruc tutmaqda çətinlik çəkən insanlara, Ramazan ayında oruc tutmayıb, səhhətindəki təhlükə aradan qalxdıqdan sonra tutmadığı günləri qəza etməyə icazə verilir. Yuxarıda zikr edilən ayə buna işarə edir. Mütəxəssis bir həkim tərəfindən oruc tutması halında xəstə olacağı bildirilən kimsə də xəstə hökmündədir.

c) Hamiləlik və uşaqəmizdirmə:

Oruc tutmaq, özlərinə və ya uşaqlarına zərər verəcəyi halda, hamilə qadınlar oruclarını tutmaya bilərlər. Süd verən analar da, südlərinin kəsilməsi və uşaqlarının zərər görə biləcəyi vəziyyətlərdə orucu tərk edə bilərlər. Hz. Peyğəmbər buna icazə vermişdir (Nəsəi, Sıyam, 50-51, 62; İbn Macə, Sıyam,3).

d) Çətin və məşəqqətli işlərdə işləmək:

Oruc tutduğu təqdirdə sağlamlığına bir zərər gələcəyindən qorxan kəs, orucu qəza edə bilər. Bu vəziyyətdə olanlar, icazəli olduğu günlər və ya uyğun zamanlarda tuta bilmədikləri orucları qəza etməlidir.

Quran bu vəziyyəti bu ayələrlə açıqlayar: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar. ) Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu, onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran, Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə, 183-185)

e) Yaşlılıq:

Oruc tuta bilməyəcək qədər yaşlı olan kəs, oruc yerinə fidyə verə bilər. Bəqərə surəsinin 184-cü ayəsində, bu şəkildə oruca güc çatdıra bilməyənlərin, oruc tutmayıb fidyə vermələri lazım olduğu hökmə bağlanmışdır. Yaxşılaşma ümidi olmayan xəstələr də eyni hökmə tabedir.

Sahurda azan bitənə qədər yemək yeyilə bilərmi?

Sahur vaxtı yemək yeyən şəxs - azan oxunmuş olsun, ya olmasın - imsak vaxtının girməsiylə birlikdə yeməyə və içməyə son verməlidir.

Cümə günü oruc tutmaq olar?

Ramazan orucu cümə gününə rast gəlsə də, tutulmalıdır. Cümə günləri yalnız nafilə (əlavə) oruc tutmaq bəyənilmir. Peyğəmbərimiz (s.ə.v.) "Kimsə cümə günü oruc tutmasın. Ancaq bir gün əvvəldən və ya sonradan oruc tutursa, bu təqdirdə cümə günü də oruc tuta bilər" buyurub (Əbu Davud, Savm, 50). Cümə günü nafilə oruc tutmaq istəyənlərin, bir gün əvvəl və ya sonrasında da oruc tutması uyğundur.

Qüsl, duş qəbul etmək orucu pozurmu?

Ağız və ya burundan su udulmadıqca yuyunmaqla və ya qüsl almaqla oruc pozulmur. Necə ki Hz. Aişə ilə Ümmü Sələmə Peyğəmbərimiz (s.ə.v.)-in Ramazanda imsaqdan sonra qüsl aldığını xəbər veriblər. (Buxari, Savm, 25). Buna görə gecədən qüslsüz olaraq imsaq vaxtına girmək oruca zərər vermədiyi kimi, oruclu ikən qüsl almaq da orucu pozmur.

Qüsl almamış şəxs sahur yeməyi yeyib, oruca niyyət edilə bilər?

Qüslsüz olan kimsənin əlini, ağzını yumadan yeyib-içməsi uyğun hesab edilmir. Ancaq əlini, ağzını yuduqdan sonra, qüsl almamış da sahur yeməyi yeməsində bir qorxu yoxdur.

Oruclu ikən, yemək, içmək və cinsi əlaqə orucu pozar. Orucu pozan şeylərin bir qismi yalnız qəzanı tələb edərkən, digər bir qismi həm qəza, həm də kəffarəni tələb edir.
İndi mövzu ilə əlaqədar bəzi məsələlərə toxunaq:

Unudaraq yemək, içmək orucu pozarmı?

Unudaraq yemək və içməklə oruc pozulmaz. Peyğəmbər, "Bir kimsə oruclu olduğunu unudaraq yeyərsə, orucunu tamamlasın, pozmasın. Çünki onu Allah yedirib, içirmişdir" buyurub (Buxari, Savm, 26; Müslim, Sıyam, 17). Unudaraq yeyən-içən adam, oruclu olduğunu xatırlasa, dərhal ağızındakıları çıxarıb ağzını yuyar və orucuna davam edər. Oruclu olduğunu xatırladıqdan sonra yeməyə-içməyə davam edən adamın orucu pozular.

Diş fırçalamaq orucu pozarmı?

Diş fırçalamaq orucu pozmur. Bununla birlikdə, diş pastasının və ya suyun boğaza getməsi halında oruc pozular. Orucun pozulma ehtimalı diqqətə alınaraq, dişlərin imsakdan əvvəl və iftardan sonra fırçalanması daha uyğundur.

Burun damcısı istifadə etmək orucu pozarmı?

Müalicə məqsədiylə buruna damızdırılan dərmanın bir damcısı, təxminən 0,06 cm3-dur. Bunun bir qismi də burun çəpərləri tərəfindən əmilməkdə olub, çox az bir qismi isə mədəyə çatmaqdadır. Bu da dini baxımdan dəstəmazda ağıza su vermədə olduğu kimi, əfv daxilində qiymətləndirildiyindən orucu pozmur.

Ürək xəstələrinin dilaltı dərman istifadə etməsi orucu pozarmı?

Bəzi ürək xəstəliklərində dil altına qoyulan dərman, ağız toxuması tərəfindən əmilib qana qarışır. Bu cür dərman ağız içində əmilib yox olduğundan mədəyə bir şey çatmır. Beləliklə, dilaltı dərmanlardan istifadə etmək orucu pozmur.

Qulaq damcısı istifadə etmək və qulaq yudurtmaq orucu pozarmı?

Qulaq ilə boğaz arasında da bir kanal var. Ancaq qulaq pərdəsi bu kanalı tutduğundan, su və ya dərman boğaza çatmır. Bu səbəblə qulağa tökülən damcılar və ya qulağın yuyulması orucu pozmur. Qulaq pərdəsində deşik olsa belə, qulağa damızdırılan dərman, qulaq içərisində əmiləcəyi üçün, dərman ya heç mədəyə çatmayacaq, ya da çox azı çatacaq. Ancaq qulaq pərdəsinin deşik olması vəziyyətində, qulaq yuyulan suyun mədəyə çatması mümkündür. Beləliklə, orucu pozacaq qədər suyun mədəyə çatması halında oruc pozular.

İynə vurdurmaq, xəstəyə qan vermək orucu pozurmu?

İynənin orucu pozub-pozmayacağı, istifadə məqsədinə görə qiymətləndirilir. Ağrını dindirmək, müalicə etmək, bədənin müqavimətini artırmaq, qida vermək və s. kimi. qidalandırıcı olmayan yəni, yemək və içmək funksiyasını daşımayan iynələr orucu pozmur. Qidalandırıcı iynələr isə orucu pozur. Xəstəyə qan vermək də eyni hökmə tabedir.


Geri dön

nurlana77

  • 8 avqust 2012 23:12
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
XeBeReCuN TeSeKKuRleR

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

adsiz2

  • 7 avqust 2012 05:08
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
tesekkurler.............

--------------------

✰Dгeaм✰

  • 7 avqust 2012 00:28
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun Allah razi olsun...

Flower Lovem

  • 7 avqust 2012 00:05
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

MELEK INSAN...

  • 6 avqust 2012 20:01
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Allah Razi Olsun!!!!

--------------------

askdelisi

  • 6 avqust 2012 19:46
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
xebere gore twkkkk feel

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

LoVe_LiFe

  • 6 avqust 2012 19:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

come back

  • 6 avqust 2012 18:52
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler bilmediklerimi oyrenmiw oldum Allah razi olsun cox sagolun.

Bakinski Емо

  • 6 avqust 2012 18:07
  • Məqalə: 26
  • Şərh: 738
  • Bal:
{awards}
Diş fırçalamaq orucu pozarmı?

Diş fırçalamaq orucu pozmur. Bununla birlikdə, diş pastasının və ya suyun boğaza getməsi halında oruc pozular. Orucun pozulma ehtimalı diqqətə alınaraq, dişlərin imsakdan əvvəl və iftardan sonra fırçalanması daha uyğundur.

hec bilmirdim bunu cox sagolun

--------------------

EnD of TiMe

  • 6 avqust 2012 17:31
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
oxudum axira kimi..maraqliydi..tesekkurler

Ada...07

  • 6 avqust 2012 17:26
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


Nuray2012

  • 6 avqust 2012 17:18
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Воровской

  • 6 avqust 2012 16:58
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
YENEDE YAZIRAM ORUC TUTMAQ QELBDEN GELER

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

_wampirella_

  • 6 avqust 2012 16:47
  • Məqalə: 168
  • Şərh: 488
  • Bal:
{awards}
men tutmusam melumatlarin bezilerini bilirdim tesekkurler

--------------------
Deyirlerki olacaga care yoxdur
Bes olmayacagin caresini tapan varmi....

GuNaY_83

  • 6 avqust 2012 16:33
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol........

--------------------

SabriNa B-va

  • 6 avqust 2012 15:52
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH razi olsun...

R.M Fanatı...

  • 6 avqust 2012 15:46
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

SU PƏRİSİ

  • 6 avqust 2012 15:06
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Allah Razi Olsun...........

--------------------

SeL_cAn

  • 6 avqust 2012 15:03
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}




ALLAH BÜTÜN ORUC TUTANLARIN ORUCUNU
QƏBUL ETSİN
BİZ DƏ İÇİNDƏ

TŞK




--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Bella...

  • 6 avqust 2012 14:55
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
Allah oruclarimizi qebul elesin,,AMIN
xebere gore tewekkurler,,Allah razi olsun

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

Воровской

  • 6 avqust 2012 14:24
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
COX SAGOL XEBERE GORE...........

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Avril_lavigne

  • 6 avqust 2012 14:20
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
men orurc tuta bilmirem,saglamlagima gore

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

★SlaDkaya ciciwKa★

  • 6 avqust 2012 14:18
  • Məqalə: 2
  • Şərh: 929
  • Bal:
{awards}
men buu bilirdiim twkleer

fellow fellow fellow

--------------------
Öyünecek Tipim Yok Ama ;
Çoğu Erkeğin İsteyipte Beceremediği ,

Anadan Gelmiş DELİKANLILIĞIM Var ALLAH'a Şükür . . !

Unnamed

  • 6 avqust 2012 14:15
  • Məqalə: 1
  • Şərh: 331
  • Bal:
{awards}
Allah razı olsun..
Bütün bunları olmayan şəxslər də oruc tutmalıdır.. Dində heç bir şeyə məcburiyyət yoxdur,lakin oruc tutmayanlar sonra bunun əvəzini verəcəklər..

--------------------
Vətənində yaşayaraq öz dilində danışmaman şəxsiyyətinə təhqirdir!
Öz dilini digər dillər ilə sintez etmən Ana dilinə təhqirdir! M.M.M.

Prank girl

  • 6 avqust 2012 14:11
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

lie to the world

  • 6 avqust 2012 14:07
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
tewekkurler bu haqda melumatim var...

--------------------

TAYNA VOSTOKA

  • 6 avqust 2012 14:07
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Ramazan orucu kimlərə fərz buyurulub?

Ağıllı, yetkinlik çağına çatmış və oruc tutmağa heç bir maneəsi olmayan hər bir müsəlmanın Ramazan orucunu tutması fərzdir.

--------------------

askdelisi

  • 6 avqust 2012 14:03
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
xebere gore twkkkk feel

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

Delete

  • 6 avqust 2012 14:01
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur... Allah razi olsun...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

...BARSA FANATI....

  • 6 avqust 2012 13:56
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
bezilerini oxudum....atdim secilmislere...twkr...

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}