Erməni Azərbaycana müraciət etdi

 
Erməni Azərbaycana müraciət etdi

Avqustun 6-da Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AzərTAc-a altı ildir ki, ölkəsində məktəbə gedə bilməyən erməni oğlan David Davityandan məktub daxil olub. Təhsil almaq istəyən gənc Ermənistanda ona qarşı yaradılan maneələri dəf edə bilmədiyindən yenə də nicat yolunu kənarda axtarmağa məcbur olub. Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan Davidin yenə də beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən qonşu Azərbaycana kömək üçün müraciət etməkdən başqa əlacı qalmayıb.

Növbəti məktubda da David yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizlərinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən, təhsil almaq hüququndan məhrum edildiyi ölkədən onu xilas etməyi xahiş edir. Uşaq erməniçilikdən qorxur.

Bizi bu dövlətdən xilas edin! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!” deyərək hayqıran David Davityan dövlətindən heç bir yardım görmədiyindən Azərbaycan hökumətinə, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına üz tutub.

Ermənistanın hüdudlarından kənarda kömək axtaran erməni uşaq məktubunda yazır: “Mən artıq altı ildir ki, məktəbə getmirəm. Nə idi mənim günahım?! Artıq sentyabr yaxınlaşır ... anamın saxlanılma müddəti başa çatır, amma bizə hələ də ölkədən çıxmağa icazə verilmir. Mən məktəbə getmək, oxumaq istəyirəm. Görəsən mən bu il də erməni prezidentinin ucbatından təhsildən məhrum olacağam?! Mənim uşaq hüquqlarım bu ölkədə çox kobud şəkildə pozulur... Bu cür daha davam edə bilməz... Məni xilas edin! Xahiş edirəm Ermənistan prezidenti ilə danışıqlar aparasınız ki, o bizi buradan buraxsın. Anam işləmir, daha bu cür yaşamaq olmaz, mən yemək, məktəbə getmək istəyirəm. Sizə yalvarıram, məni xilas edin! XİLAS EDİN!!!”.

Xatırladaq ki, iyunun 22-də AzərTAc-a Davidin anası Felmira Davityandan da məktub daxil olub. Məktubda ümidini itirmiş ana müxtəlif dövlətlərin rəhbərlərindən, o cümlədən Azərbaycan hökumətindən, humanist aksiyaları ilə təkcə Azərbaycanda deyil, dünyada məşhur olan Heydər Əliyev Fondundan, ombudsmandan, kütləvi informasiya vasitələrindən, qeyri-hökumət təşkilatlarından yardım istəyib.

Ümidini itirmiş erməni ana məktubunda yazıb: “Məni 300 dollar rüşvət almaqda şərlədiklərinə görə 666 gün həbsxanada saxlamış və hər cür təhqirlərə məruz qoyublar. Məni bu cəhənnəmdən, həbsxanasında 666 gün zillət çəkdiyim bu dövlətdən xilas edin! Mən yalnız sivil ölkələrin köməyi ilə azad edildim. Azad olunsam da mənə daha 666 gün ölkədən çıxmaq qadağan edilib. Oğlumun təhsil almaq hüququndan məhrum edildiyi ölkədən bizi xilas edin. Əgər bizə bu ölkədən çıxmağa icazə verilməzsə, o, bundan sonra da təhsil ala bilməyəcək...

...Mən bu dövlətdə cinayətkaram, mənim yeganə cinayətim erməni doğulmağımdır. Halbuki mən artıq özüm də inanmıram ki, mən erməniyəm. Yalandan, oğurluqdan, böhtandan, qətllərdən, sadizmdən, satqınlıqdan, hannibalizmdən ibarət erməni mədəniyyətini öz mədəniyyətim hesab etmirəm. Bu dövlət mənim və mənim övladımın hər şeyini oğurlayaraq, bizi aclığa məruz qoyur
”.


Geri dön

Online

İstifadəçilər: 3
Qonaqlar: 16
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}