Yuxu

 
Yuxu


Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlanmayıb.
Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirlər.

Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətn altı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.
İnsan ömrünün 3-də birini yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Məşhur qərbli fəlsəfəşunas Sigmund Freud'in yuxu haqqında fikirlərinə görə yuxu insanın şüurda gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzəndə gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük.

Bəs maraqlıdır yuxu nə qədər davam edir ?
Maraqlı burasıdır ki, bu barədə də müxtəlif fikirlər və fərziyyələr irəli yürüdülübdür. Yuxuda zaman qavramının beyin tərəfindən qəbul oluna bilməməsi isə illər boyu yekun qərara gəlməyə imkan verməyib. Bəziləri bunun bir neçə saniyə sürdüyünü. Bəziləri isə saatlarla davametdiyini göstərmişdir. Bütün bu fərziyələrə isə son nöqtəni Dr. B. Klein adlı Amrikalı bir alim qoymuşdur. O təcrübə üçün könüllü seçilmiş insanları hipnoz edərək yatırmış və müəyyən bir müddət sonra onları oyadıb yuxuda nə gördüklərinə qulaq asmışdır. Araştırma gözlənilməz nəticələr verib. Sən demə bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular belə 20 saniyəni keçmir. Dr. B. Klein`nin araştırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib.

Yuxu gətirən dərmanlar yuxu görməmizə mane olur.
Alimlərin araşdırmaları göstərib ki, sən demə yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya üzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır və insan yuxuya gedir. Alimlərin fikrincə yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirər ki, təbii olaraq yuxuya getmiş hər bir insan yatdıqdan sonra mütləq yuxu görürlər. Yuxular isə ağ-qara və rəngli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklərini söyləyirlər.

Yuxunun növləri
• Daim yorğun və başı hərhansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar yuxularında fikirləşdikləri məsələ barəsində görürlər. Belə yuxuları yozmaq mümkün deyil. Məsələn televizorda və ya başqa bir yerdə həyəcanlı bir filmə baxan insan gecə yatdığı zaman həmin filmdən hissələr görə bilər. Bu sadəcə filmin təsirində qalmaqdır və belə yuxuları yozmaq mümkün deyil.
• Kabus və ya qarabasma adı verilən yuxular da vardır ki, belə yuxular adətən yaxşı başlayır.Yatan insan hərhansı xoş bir hadisəylə maraqlandığını görür və birdən-birə yuxuda qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarla yerini dəyişir. Belə yuxuların açıqlamasını əsəb həkimləri və psixoloqlar verirlər. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasma görən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağa çalışır. Amma ya oyana bilmir yada oyandığını zənn edərək yatmağa davam edir və yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabus görür.
• Yuxuda görülən hadisələrin heç bir təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görürlər. Məsələn yuxuda hərhansı bir yaxının başına gələcəkləri görmüş insanlar hadisə baş verdikdən sonra və ya öncə hadisəni olduğu kimi danışa bilər. Belə yuxular “Gerçək yuxular” (həqiqi yuxular) adlanırlar. Belə yuxuları görənlər daha diqqətli olmalıdırlar və yuxuda gördüklərini düzgün qiymətləndirməlidirlər.
• Yuxuda olan insan yuxuda bir çox şey görə bilər. Oyandığı zamansa bunların bəzilərini xatırlayır. Məhz xatırlanan bu hissələri yozmaq mümkündür. Yuxuyozmalar da daha çox bu 4-cü tip yuxular üçündür.
• Bəzən isə insanlar yuxuda daima eyni şeyləri görə bilir. Məsələn hərhansısa evi və ya insanı yuxuda daim təkrarən görə bilər. Halbuki həmin insanı və ya evi real həyatda tanımamaqdadır.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:34
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Su Perisi

  • 17 sentyabr 2011 18:34
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
menim yuxum cin olmur

--------------------

Yusif

  • 22 noyabr 2010 20:14
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli xeberdi

Ulya

  • 22 noyabr 2010 00:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli yaziya gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}