Qədr gecəsinə hazırlaşmaq - Yəni nə?

 
Qədr gecəsinə hazırlaşmaq - Yəni nə?

QƏDR GECƏSİNƏ HAZIRLAŞMAQ - YƏNİ NƏ?

Dəyərli və mübarək Ramazan ayının artıq yarısını arxada qoyduq. Özünün bütün mübarəkliyi, rəhməti, bərəkəti ilə üzərimizə gələn bu ayın yarısını xərcləmişik. Bəli, əfsuslar olsun ki, İlahi ziyafətin yalnız yarısı qalıb. Və artıq bu ayın şah zirvəsi olan Qədr gecəsi ərəfəsindəyik.

İnanc əhli vücudi əhyalara hazırlaşmaqdadır. Nə bilmək olar, bəlkə elə bu günlər o günlərdən olacaq ki, Allahın lütfü Onun dərgahına səmimi-qəlblə üz tutanlara şamil olacaq və bağışlanma səadətinə nail olunacağıq?! Nə bilmək olar, bəlkə elə bu günlər o günlərdən olacaq ki, vücudumuz gercəkdən əhya edəcək - oyanacaq?!

Özünüdərkdən qorxmamaq

Bəşəriyyət, tarix boyu heç bir mövzuya, kamil insan axtarışı qədər böyük diqqət yetirməyib. Bəs görəsən insanı öz mahiyyətini daima təhlil etməyə və özünü daha çox dərk etməyə nə vadar edir? Bu suala cavab kimi müxtəlif səbəblər göstərmək olar. Lakin düşünürük ki, bunların hamısının kökündə insanın praqmatikliyi durur. İnsan, özünün mövcudluğundan və ona verilmiş imkanlardan ən maksimal mümkün ola bilən nəticə əldə etmək istəyir. Və bu maksimal nəticə məfhumunu bəşəriyyət, kamil insan anlamına inikas etdirmişdir.

Əgər insanın idrakının inkişaf mərhələlərini təhlil etsək, məlum olur ki, bu gün bu axtarışlar, özünün böhran həddindədir. Ola bilsin ki, bu böhran müasir insanın öz varlığının mahiyyətinin primitivləşdirilməsinə qarşı müqavimətinin bir növ təzahürüdür. Bəlkə də bu, müasir “elmin” yuvarlandığı doqmatizmə görə tövbə etmək arzusundan irəli gələn bir hissdir.

Bir şey tamamilə aşkardır - müasir, postmodern insanı özünü axtarmaqdadır. Və bir çox hallarda bu axtarış, zəkalarda təlatüm yaradan dühaların verdiyi təkanın nəticəsidir. Ətalətə qarşı qiyam edən bu insanların bəşəriyyəti düşündürən və narahat edən bütün suallara cavab verib-verməməsi o qədər də önəmli deyil. Əsas odur ki, onlar bəşəriyyəti silkələməyə, ruhi durumdan uzaq olan bir zombiləşmənin məhvedici yolundan döndərməyə müvəffəq oldular. Onlar bəşəriyyəti yeni bir müstəviyə - öz varlığının və mahiyyətinin dərk edilməsi müstəvisinə yönəldə bildilər. Əlbəttə ki, bəşəriyyətin öncülləri olan böhran filosoflarının əsərlərinə bu günün ucalığından müxtəlif cür nəzər salmaq olar. Lakin onların fəlsəfi qiyamlarının bəşəriyyəti xilasedici axtarışa sövq etməsi təkzibedilməzdir. Onlar bizi özümüzə kənardan baxmağa vadar etdilər, özünüdərkdən qorxmamağı öyrətdilər.

Kamil insan simvolu

Fəlsəfənin və psixoanalitikanın görkəmli nəzəriyyəçiləri hesab edirlər ki, bu vücudi sarsıntılardan qorxmaq lazım deyil. Axı mahiyyət etibarilə daxili və xarici bütlərin belə sındırılmasının arxasında insan şəxsiyyətinin inkişaf fəlsəfəsi durur. Tolstoyun təbirincə desək, insan, yıxılandan sonra, ayağa qalxır. Prinsip etibarilə həyat, mənəvi böhranlar olan bu yıxılmalardan və bu böhranlardan çıxış olan ayağa qalxmalardan ibarətdir.

Üzümüzə gələn günlər Qədr gecəsi olan günlərdəndir. Məhz bu gecədə, Allahın lütfü ilə Qurani-Kərim bəşəriyyətə nazil olub. Və məhz bu günlərdə, kamillik rəmzi olan Həzrət Əli (ə) şəhadətə yetişib. Həzrət Əli (ə), Kəbə evində - Allah məbədində anadan olmuş yeganə insan, Allahın evindəcə - məsciddə namaz qildığı zamanı qətlə yetirilib.

Həzrət Əli Həzrət Peyğəmbərin (s) tərbiyəsinin canlı təcəssümüdür; Həzrət Əli vücudunda kamilliyin bütün xüsusiyyətlərini cəmləşdirən bir insandır; Həzrət Əli elm rəmzi, şücaət rəmzi, insana məhəbbət rəmzi, əxlaq və mənəviyyat, mehribançılıq və ədalət rəmzi, təqva, iman və paklıq rəmzidir; Həzrət Əli müdrik və insanpərvər dövlətçilik rəmzidir; Həzrət Əli böyük İslam Peyğəmbəri (s) tərəfindən ona verilmiş Həqiqət məşəlinin daşıyıcısıdır.

Bəlkə də burada bir məna var ki, ən kamil insan olan Rəsulullahın (s) ən kamil yetişdirməsi olan Həzrət Əli (ə), öz kamilliyinin mənbəyi olan Qurani-Şərifin nazil olduğu günlərdə şəhadət zirvəsinə çatıb...

Təsadüfi deyil ki, əsrlərdən bəri məhz bu gecələrdə ariflər və müdrik insanlar dualarında əllərini açıb, Allahdan, Öz nurunun bir parçasını hədiyyə etdiyi bu mübarək gecələri cəhalət yuxusunda keçirməməyi, həqiqi ayılma, ruhi və vücudi xilasolma inayətini istəyirlər.

“...Yalnız Səni ibadət üçün layiq tapdım”

Hicri 40-cı il Ramazan ayının 19-da, Kufə məscidində sübh namazını qıldığı zaman Əmirəlmöminin Həzrət Əli (ə) sui-qəsdə məruz qalmış, səcdə halında olanda zəhərli qılıncla zərbətlənib. Əziz İmamımız (ə) Ramazan ayının 21-də Mütəal Allahın yolunda həyatını qurban verərək, şəhadətə yetişib.

Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: “Əli - rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün Allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, imamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır”.

Həzrət Rəsulullahdan (s) nəql edirlər: “Gördüm ki, behiştin qapısına yazılıb: ”Allahdan başqa məbud yoxdur, Mühəmməd (s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır"".

Həzrət Əli (ə) belə münacat edirmiş: “İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim”.


Geri dön

Prank girl

  • 9 avqust 2012 19:19
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Delete

  • 9 avqust 2012 11:32
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur... Allah razi olsun...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

LoVe_LiFe

  • 9 avqust 2012 09:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Flower Lovem,
SU PƏRİSİ,
werhlere gore tewekkur edirem feel

Flower Lovem

  • 9 avqust 2012 00:17
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

SU PƏRİSİ

  • 8 avqust 2012 20:59
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

LoVe_LiFe

  • 8 avqust 2012 20:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli werhlre gore tewekkurler

★Mermaid★

  • 8 avqust 2012 20:35
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

Səma_1

  • 8 avqust 2012 20:03
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
Allahdan başqa məbud yoxdur

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

GoDDeSSS

  • 8 avqust 2012 19:41
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
melumata gore tewekkurler ...ALLAH razi olsun

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

...BARSA FANATI....

  • 8 avqust 2012 19:36
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

Bakinski Емо

  • 8 avqust 2012 19:31
  • Məqalə: 26
  • Şərh: 738
  • Bal:
{awards}
deyerli melumata gore tewekkur

--------------------

askdelisi

  • 8 avqust 2012 19:08
  • Məqalə: 1
  • Şərh: 885
  • Bal:
{awards}
xebere gore twkkk

--------------------
Bu dünyada hər kəsin sevgi hissi var hətta şüursuz canlılarında

come back

  • 8 avqust 2012 19:02
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

LoVe_LiFe

  • 8 avqust 2012 18:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Deyerli werhlere gore tewekkurler

DEAD ANGEL

  • 8 avqust 2012 18:23
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

lie to the world

  • 8 avqust 2012 18:21
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

nurlana77

  • 8 avqust 2012 18:18
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
XeBeRe GoRe tEsEkkUrLeR

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

.:::Mehriban:::.

  • 8 avqust 2012 18:15
  • Məqalə: 1
  • Şərh: 287
  • Bal:
{awards}
Allah razi olun

Avril_lavigne

  • 8 avqust 2012 18:02
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
maraqlidirrrr winked

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

✰Dгeaм✰

  • 8 avqust 2012 17:53
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

Nuray2012

  • 8 avqust 2012 17:53
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

Shawn michaels

  • 8 avqust 2012 17:45
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
qedr gecesi bu gundu mende niyyet eliyecem

--------------------

my angel__

  • 8 avqust 2012 17:45
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
allah razi olsun tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

Gözlüklü

  • 8 avqust 2012 17:37
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
maraqli idi Allah razi olsun

R.M Fanatı...

  • 8 avqust 2012 17:36
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

Воровской

  • 8 avqust 2012 17:32
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
COX SAGOL XEBERE GORE....

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}