ALLAH təmizlənənləri sevər

 
ALLAH təmizlənənləri sevər


Bədən insana bir əmanətdir. Əmanətə yaxşı baxmaq isə insanın vəzifəsidir. Əvvəlcə insan bədənini təmiz tutmalıdır ki fəraha çata bilsin. Təmizlikdən qəsdim həm bədən, həm də ürək təmizliyidir. Təmizlənən insan bir ulduz kimi parlayar. Haqq nuruyla işıldayar. Bədən təmizliyi isə ürək təmizliyinin əks olunması kimidir. Həm bədəni həm də ürəyi təmizləmək lazımdır. Necə ki çirkli əllərlə yeyilən şeylər insanın xəstə olmasına səbəb olursa, ürəyi çirkli olan insan da etdiyi işlərlə xəstələnər. Əvvəl bədənimizi təmiz tutmalıyıq, sonrada ürəyimizi ki, ALLAH bizi bütün xəstəliklərdən və pisliklərdən qorusun...

Unutmamaq lazımdır ki hər an ALLAHın hüzurundayıq və ALLAH hər an bizi görür. Onun hüzurunda həm bədənlə həm də ürəklə çirkli olmamaq lazımdır. İnsan eynilə güzgü kimidi. Əgər güzgü çirkli olsa, güzgüdən çıxan görünüşdə bulanıq olar. Bulanıq bir görünüş fayda verməz. Əgər əliniz palçıqlı olsa toxunduğunuz şeylərə də palçıq bulaşar. Təmizlənmək suya təmas etməkdən çox sabunla yaxşıca təmizlənməkdir. Bədən suyla təmizlənər, ürək isə tövbə edərək. Tövbədən qəsdim ALLAHa sığınıb pisliklərdən uzaqlaşıb yaxşılıqlar etməkdir. Necə ki sabunsuz tam olaraq təmizlənmək çətindisə, yaxşılıqlar etmədəndə ürəyi təmizləmək çətindir. Təmizlik bir ehtiyacdır onsuzda. Çirkli olan hər şey təmiz insanı iyrəndirər. Eynilə donuzun pislik yeyib, pisliyin içində yaşamağı səbəbiylə insanı iyrəndirdiyi kimi...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

MuslimGirl

  • 22 noyabr 2010 13:27
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Temizlik de imandandir. Tesekkurler. Allah razi olsun!

Ulya

  • 21 noyabr 2010 22:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah rai olsun.cox gozel yazidi.xosum geldi.ellerine sagliq

Yusif

  • 21 noyabr 2010 22:53
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Doqurdan Beledi ...

BUYURUN Reyler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}