Mercedes - Benz

 
1886-cı ilin Yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş

ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə

Benz Patent Motor Car adını vermişdir.

Bir neçə ay sonra, Gottlieb Daimler və onun baş mühəndisi olan Wilhelm Maybach,

Daimler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoymuşdur.

İlk Mercedes, Daimlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur.

Maybach tərəfindən yığılmış bu avtomobil,

Daimlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək,

nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını almışdır.

1926-cı ildə, Daimler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək

Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olmuşdur.

Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi;

bu cür ulduz fikri Daimlerin təsəvvürünə artıq illər öncə gəlmişdir və

onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda,

havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi.

Mercedes - Benz

Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi.

Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı

Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hesab edilən

müstəqil asma sistemi texnologiyasını təklif edən ilk avtomobil kimi fərqlənə bilmişdir.

İyirminci əsrin 30 və 40-cı illərdə konveyerdən düşmüş, 380 və 540K kreyser

modellər kimi Mercedes istehsalı olan avtomobillər isə dəbdəbənin

ali dərəcəsinin axtarışında olan alıcıların yeganə seçiminə çevrilmişdi.

Mercedes - Benz

Keçmiş əsrin əllinci illəri Mercedes-Benz 300 SL “Gullwing” modelinin,

o zamanlar dünyanın ilk super avtomobil adına layiq görülmüş

idman avtomobilinin doğuluşuna şahid olmuşdur.

Effektli üslubu və idman ruhlu texnologiyası ilə, 300 SL modeli günümüzdə də,

bütün dünya üzrə klassik avtomobil kolleksiyaçıları tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Həmin onillikdə Daimler-Benz təhlükəsizlik sahəsində də iri addımlar ata bilmişdir.

Bu şirkətin istehsalı olan Mercedes-Benz 220 sedanları, toqquşma zamanı

zərbənin absorbsiya edilməsi məqsədi ilə işlənib hazırlanaraq, sonralar

patentləşdirilmiş “crumple zone” gövdə dizaynının tətbiq edildiyi ilk avtomobillər olmuşdur.

Mercedes - Benz

1963-cü ildə, Mercedes-Benz 600 modelinin buraxılışına start verməklə şirkət özünün

“avtomobil dəbdəbəsinin məskəni” reputasiyasını əməlli başlı möhkəmləndirir.

Bu eleqant və dəbdəbəli sedan limuzin formasında da istehsal edilirdi və

o zəmanənin tələblərinə görə proqressiv hesab olunan pnevmo-asma sisteminə

və 300 at gücünü hasil etməyə qadir V8 mühərriki ilə təchiz olunmuşdu.

Mercedes-Benz 300 SEL 6.3 modelinin işıq

üzü görməsi də məhz həmin onilliyə təsadüf edib.

Tam ölçülü sedan, sükut vəziyyətindən 60 km/saat sürətinə yeddi

saniyədən daha az müddətdə nail olmaqla,

öz həməsrlərin arasında ən sürətli şıq kateqoriyalı avtomobil kimi tanınmışdı.

Mercedes - Benz

Yetmişinci illər öz növbəsində, S-Class adlandırılmış Mercedes avtomobillərinin

yeni model xəttinin yaradılması ilə yadda qalır.

Bu zəngin görkəmli sedan və kupelər sərnişinləri qüvvətli mühərriklər

və bir sıra dəbdəbəli cəhətlər ilə nazlandırmaqda idi.

Mercedes şirkəti bu əsrdə də qabaqcıl texnologiyaların inkişaf etdirilməsi

yönündə öz tədqiqatlarına davam etdirməklə,

avtomobillərdə bloklanmayan əyləc sistemini tətbiq etmiş ilk istehsalçı olmuşdur.

Mercedes - Benz

Daimler-Benz alyansının təhlükəsizlik sahəsindəki uğurları 1980-ci illərdə də davam etməkdə idi.

Pnevmobalışlar və dartıya nəzarət sistemi məhz bu şirkətin istehsal etdiyi avtomobillərdə

ilk dəfə istifadə edilmişdir. Bundan əlavə, çox həlqəli ön asma sisteminin təqdim edilməsi

avtomobillərdə sürücülük rahatlığı və idarə oluna bilmə qabiliyyətini nəzərə çarpacaq

dərəcədə artıran yeniliklərdən idi. Bu texnologiya ilk dəfə Mercedes-Benz 190 E

modelində tətbiq olunaraq, günümüzdə də bu şirkətin

şassi mühəndisliyinin zəruri komponenti kimi qalmaqdadır.

Mercedes - Benz

Şirkətin günümüzdəki hasilat diapazonu hər zaman olduğundan daha geniş və əhatəlidir.

Hazırda Mercedes şirkətinin sərgi-nümayiş salonlarını dolduran sedan, kupe, djip

və eləcə də roadster müxtəlifliyinin arasında yeganə çatışmayan cəhət

pikap tipli yük maşınlarıdır. Sadalanmış bütün digər tipli avtomobillərinin,

illər öncə olduğu kimi bu brendin maşın aləmindəki alilik statusunun

günümüzdə də toxunulmaz qalmasının təminatçıları olması isə şübhəsizdir.


Geri dön

Ay Üzlü

  • 12 avqust 2011 17:09
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
əməyə təşəkkür

_RONALDO_

  • 11 may 2011 23:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

nilayka

  • 8 may 2011 18:23
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

only-girl

  • 2 aprel 2011 23:21
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
coooox gozeldi sagol

--------------------

Yusif

  • 26 noyabr 2010 23:04
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Maraqli tarixi olub

Ulya

  • 25 noyabr 2010 23:23
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqlidi

MuslimGirl

  • 24 noyabr 2010 21:40
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler. Maraqli tarixi olub. Xususile de, nisanin menasi cox maraqli idi.

Just For Legend

  • 24 noyabr 2010 20:20
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}