Arvadları dəyişirəm (hekayə)

 
Arvadları dəyişirəm (hekayə)

Köhnə arvadları yenisi ilə dəyişirəm, – deyə tacir hay salmışdı. Onun ardınca isə rəngarəng karetlər karvanı sürünürdü.

Dəyiş-düyüş sabit qiymətlərlə və becid keçirdi. Meyli çəkənlər keyfiyyət sertifikatı ilə də tanış ola bilirdilər, amma onlara malı seçmə imkan verilmirdi. Tacirin sözlərinə görə, bütün qadınlar dünya gözəli idi. Hamısı da yadelli və sarışın. Həm də sadəcə, sarışın deyil, qızılı sarışın, lap sünbül kimi.

Alınan malı görən hər kəs qonşudan geri qalma deyə cəld tacirin ardınca düşürdü. Çoxları aldığının pulunu artıqlaması ilə ödəyirdi. Yalnız yenicə evlənmiş cavan – təzəbəy tay-bərabər dəyiş-düyüş edə bildi. Doğrudur, onun təzə-tər arvadı sarışın olmasa da, gözəlliyinə görə əcnəbi qadınlardan əskik sayılmazdı.

Dəbdəbəli araba evimin yanından ötərkən bağlı pəncərə önündə, həyəcanlı halda durmuşdum. Bəzəkli talvarın altında, döşəkcələr üstündə bəbirə bənzəyən bir qadın uzanmışdı. O, iri topaz gözləri ilə məni məftun etmişdi. Ağlını itirmiş qələbəliyə uyaraq özümü pəncərədən çölə artmağa tam hazır idim. Amma bu fikrimdən utanaraq Sofiyaya sarı çevrildim.

O, sanki sakitlik mücəssəməsi idi və yeni süfrəyə baş hərfləri yazırdı. Küçədəki səs-küyə önəm vermədən bir tikişin ardınca ikincini edirdi. Məndən başqa heç kim Sofiyanın bənizinin azca ağardığını görə bilməzdi.

Küçənin sonunda tacir sonuncu dəfə ürəyi riqqətə gətirən çağırışını elədi:

– Köhnə arvadları yenisi ilə dəyişirəm!

Amma mən sanki yerə mıxlanmışdım və sonuncu şansdan da məhrum oldum.

Küçədəki qələbəlik ehtirasdan vəcdə gəlmişdi.

Sofiya ilə şam yeməyi sükut içində keçdi, bircə kəlmə belə kəsmədik.

– Məni niyə dəyişmədin? – deyə qab-qaşığı yığışdırarkən, nəhayət, o məndən soruşdu.


Nə deyə bilərdim ki? Biz sükut uçurumuna daha dərin gömüldük. Yatağa çox tez uzandıq və yuxulaya bilmədik. Bütün gecəni daş heykəllər kimi bir-birinə yabançı və susqun halda keçirdik.

O zamandan bəri Sofiya ilə coşqun xoşbəxtlik okeanında itmiş kiçik, kimsəsiz adada yaşayırdıq. Kənd tovuz quşlarının zəbt etdiyi toyuq hininə bənzəyirdi. Tənbəl və nəşəli qadınlar günün böyük hissəsini yataqda keçirirdilər. Axşama yaxın onlar küçəyə çıxır və qürubun şüaları altında dalğalanan qızılı ipək bayraqlara bənzəyirdilər.

İltifatlı və müti kişilər onlardan bir dəqiqə belə ayrı qalmırdı. Şəhvət düşkünü olmuş zavallılar bütün iş-gücünü atıb bu günün sabahını belə düşünməyi unutmuşdular.

Mən ağılsız həmkəndlilərimi qınayırdım və tezliklə olan-qalan dostumu da itirdim. Hamı səfeh sədaqətimlə başqalarına dərs vermək istədiyimi düşünürdü. Zülmətlə əhatələnmiş dəbdəbəli taxtlardan boylanaraq məni barmaqla göstərir, ələ salır, təhqiramiz ayamalar qoşurdular. Sonda bu şəhvani cənnətdə özümü lap xədim hiss elədim.

Öz növbəsində Sofiya daha qılaflı və susqun olurdu. Onu başqa qadınlarla müqayisə edə bilmək imkanından ötrü məni mənimlə küçəyə çıxmaq imtina eləyirdi. Bundan da betər: arvadım kimi birbaşa boynuna düşən vəzifələri könülsüz yerinə yetirirdi.

Sözün düzü, bizim təvazökar qanuni sevgimiz hər ikimiz üçün artıq yükə çevrilmişdi.

Hər şeydən də çox məni onun günahkar görkəmi təbdən çıxarırdı. Özgələr kimi, onu başqa bir qadınla dəyişməməyimə görə Sofiya özünü təqsirkar sayırdı. Lap əvvəldən o beyninə yeritmişdi ki, qəlbimi didən şəhvani niyyətə baxmayaraq, özünün sıradan bir, gözəçarpmaz görkəmi ilə mənim yoldan çıxmağımın qarşısını ala bilməyəcək.

Sofiya bir işğalçı gözəlçəylə qeyri-bərabər döyüşə çıxdı və lal-dinməz pərtliyin son həddinədək geri çəkildi. Nahaq yerə qənaət etdiyim miskin vəsaitlə ona hər cür bər-bəzək, ətir, zinət və libaslar alırdım.

– Mənə yazığın gəlməsin! – deyib bütün hədiyyələrdən üz döndərirdi. Gözlərinin içinə baxdıqda isə göz yaşlarını sel kimi axıdırdı:

– Məni dəyişmədiyinə görə səni heç zaman bağışlamaram! – deyə olmazın günahlarda təqsirləndirirdi.

Səbrimi itirirdim. Bəbirə oxşayan o qadını xatırlayaraq bütün qəlbimlə tacirin yenidən həmin yolla keçməsini arzulayırdım.


Amma bir gün sarışın qadınlar turşumağa başladı. Məskənimizin bambalaca adası səhradakı vadiyə çevrildi. Bİzə düşmən, vəhşi qəzəb hayqırtılarının səmaya ucaldığı səhra.

Elə ilk baxışdan yeni arvadlarının əsrarəngiz gözəlliyindən gözləri tutulmuş kişilər daha heç nəyə fikir vermirdilər. Onlar qadınlara düz-əməlli gözdən keçirməmişdilər, metalın keyfiyyətini yoxlamaq, dişə vurmaq ağıllarına belə gəlməmişdi. Arvadların işlənmiş, köhnə, ikinci də deyil, üçüncüdən yox, Tanrı bilir, neçənci əldən çıxma olduğu aşkarlandı. Tacir nə cürsə onları təzələdi, onlara nazik qızılı üzlük çəkdi, amma elə aşağı əyarlı ki, elə ilk yağışda üzlük soyulmağa başladı.

Bunu birinci aşkarlayan çaşıb qaldı. İkinci də. Üçüncü şəxs əczaçı idi və arvadının xoş qoxusunda mis sulfatının qoxusunu tutdu. Narahatlıq keçirərək o, əməlli-başlı yoxlama apardı, arvadının bədənində sayca az yolmayan qaralmış yerlər tapdı və ürəkparçalayan fəryad qopardı.

Tezliklə bütün qadınların simasında ləkələr peyda oldu. Sanki paslanma epidemiyasına yoluxmuşdular. Kişilər arvadlarının eyiblərini bir-birindən gizlədir, ləkələrin meydana gəlməsi səbəbləri barədə gümanlarını içlərində saxlayırdılar. Amma yavaş-yavaş həqiqət üzə çıxdı və hər kəs ona saxta məmulat verdildiyini anladı.

Uzun müddət başgicəllənmədə olmuş təzəbəy öz dəyiş-düyüşündən məyus olmuşdu. Arvadının bədəninin misilsiz bəyazlığı haqqında xatirələrin əsiri olduğundan o, tezliklə ağlını itirdi. Günlərin bir günü təzəbəy öz yeni arvadının qızıl suyunun qalıqlarını turşu ilə təmizləmək istərkən o, mumiya kimi qaraldı.

Biz, Sofiya və mən ümumi həsəd və nifrətə tuş gəldik. Özümüzə qarşı bu birmənalı münasibətdən qayğılanaraq ehtiyat tədbirləri görməyi qərara aldım. Amma Sofiya öz təntənəsini gizlətməyi ağlından belə keçirmirdi. Ümumi məyusluğa acıq verərək o, küçəyə əm yaxşı libaslarda çıxırdı. Davranışıma görə mənə minnətdar olmağı unudaraq Sofiya güman edirdi ki, öz iradəmlə deyil, qorxaqlığıma görə onu tərk etməmişəm.

Bu gün tacirin axtarışı üçün bir dəstə aldadılmış ər yola çıxdı. Bu həqiqətən kədərli mənzərə idi. İntiqam tələb edərək kişilər yumruqlarını göyə yelləyirdi. Solmuş, üzgün, yas libasları geyinmiş qadınlar cüzamlı ağı deyənlərə oxşayırdı. Evdə qalmış, yola çıxmayan yeganə adam isə ağlını itirdiyindən təhlükə mənbəyi olmuş, artıq sizə məlum olan təzəbəy idi. Dəlisov sədaqət nümayiş etdirərək o daim iddia edir ki, yalnız ölüm onu sulfat turşusu ilə korladığı, qaralmış arvadından ayıra bilər.

Ya səfeh, ya da ağılı olan Sofiya ilə aqibətimin necə olacağını bilmirəm. Amma yaxın vaxtlarda pərəstişkar sarıdan o, korluq çəkəcək. Çünki indi biz dörd bir yanı tənhalıqla əhatələnmiş adada yaşayırıq. Yola çıxmazdan öncə isə kişilər bildirdi ki, onlar dələduzu yaxalamaq üçün hətta cəhənnəmə belə yollanmağa hazırdırlar. Həqiqətən onların hər birinin üzündən peşmançılıq yağırdı.

Sofiya göründüyü kimi də qarayanız deyil. Lampa işığının kölgəsi onun simasına qonur. Yuxuda ikən öz üstünlüyündən o, qızılı rəng alır.


Meksika ədəbiyyatı

Xuan Xose Arreola (1918-2001)


Geri dön

Su Perisi

  • 8 sentyabr 2012 15:52
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
oxudum maraqli idi

--------------------

NeZNaKoMKa.

  • 7 sentyabr 2012 14:53
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
tewekkurler..

--------------------

kiskanc

  • 23 avqust 2012 14:05
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
hekaye maraqli idi tesekkurler

Dalga

  • 12 avqust 2012 00:01
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Maraqli hekayedir

--------------------

★Mermaid★

  • 11 avqust 2012 16:18
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Hekaye ucun tesekkur.

--------------------

Flower Lovem

  • 11 avqust 2012 00:19
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
tesekkurler

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

Səma_1

  • 10 avqust 2012 20:05
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
Maraqlıdır çoxsağol

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

Prank girl

  • 10 avqust 2012 19:51
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Eda_21

  • 10 avqust 2012 19:29
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
tesekkurleeeer

come back

  • 10 avqust 2012 17:50
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
ay Pikuw hardan tapirsan bele qeribe hekayeleri sen oxudum ve beyendim cox sagol.

TURUSH64

  • 10 avqust 2012 17:39
  • Məqalə: 1
  • Şərh: 77
  • Bal:
{awards}
Yaziq basina hava gelib e..
Tesekkurler..

DEAD ANGEL

  • 10 avqust 2012 16:31
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
maraqli meqale idi muellife twk

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

Priya

  • 10 avqust 2012 16:31
  • Məqalə: 115
  • Şərh: 1945
  • Bal:
{awards}
Haaaamısını oxudum.Düzü, əvvəlcə çox olduğu üçün oxumaq istəmədim.Amma, oxuduqca maraqlı gəldi.Həqiqətən çox maraqlı idi.Çooox təşəkkürlər.Yaxşı ki, yazıçının adını qeyd etmisiniz.Onun digər əsərlərini alıb oxumaq istərdim.İnşallah oxuyacam.Sağ olun.

--------------------




lie to the world

  • 10 avqust 2012 16:07
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
oxudum ama nese maraqli gelmedi mene...tewekkurler yenede...

--------------------

Воровской

  • 10 avqust 2012 16:01
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
Sofiya göründüyü kimi də qarayanız deyil. Lampa işığının kölgəsi onun simasına qonur. Yuxuda ikən öz üstünlüyündən o, qızılı rəng alır.

Meksika ədəbiyyatı

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

GoDDeSSS

  • 10 avqust 2012 15:52
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
oxudum ama maraq vermedi,yenede ezyete gore tewekkurler

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

Nuray2012

  • 10 avqust 2012 15:46
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli olmadi menimcun

--------------------

SabriNa B-va

  • 10 avqust 2012 15:44
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
ALLAH agil versiN ...

my angel__

  • 10 avqust 2012 15:19
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Sitat: Shawn michaels
oxumadim yenede twkler

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Shawn michaels

  • 10 avqust 2012 14:55
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
oxumadim yenede twkler

--------------------

SU PƏRİSİ

  • 10 avqust 2012 14:54
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Maraqli idi...Tesekkurler....

--------------------

LoVe_LiFe

  • 10 avqust 2012 14:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler hekayeye gore

...BARSA FANATI....

  • 10 avqust 2012 14:28
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
MARAQLI HEKAYEDIR....

nurlana77

  • 10 avqust 2012 14:24
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
Xebercun Tesekkurler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

MELEK INSAN...

  • 10 avqust 2012 14:20
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Hekaye maraqli idi...Allah Razi Olsun!

--------------------

Avril_lavigne

  • 10 avqust 2012 13:55
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
twwwwwwwwwwwwk maraqlidir

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

Gözlüklü

  • 10 avqust 2012 13:37
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
kisideki istaha baxe.twk oxudum maraqli idi tongue fellow

Delete

  • 10 avqust 2012 13:34
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Hekayeye gore tesekkur.. Indi oxumaga heves yoxdu.. bir azdan oxuyaram...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

✰Dгeaм✰

  • 10 avqust 2012 13:32
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye maraqli idi...Tesekkurler....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 62
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}