Məntiqiniz nə qədər güclüdür?

 
Məntiqiniz nə qədər güclüdür?

1.-Arxayın olun, bu tutuquşu eşitdiyi hər sözü təkrar edəcək!
-deyə satıcı tutuquşunu alan müştəriyə bildirdi.
- Sevincək halda quşu evinə gətirən alıcı, nə qədər çalışsa da quş ağzını açıb bir kəlmə də söz demədi, amma satıcı da yalan danışmamışdı.
Bu necə ola bilər?

2. Yolda ard-arda üç tısbağa hərəkət edir. Birinci tısbağa;
-Mənim arxamca iki tısbağa gəlir…dedi. İkinci tısbağa;
-Mənim arxamca bir tısbağa gəlir və bir tısbağada məndən qabaqda gedir…deyə o da sözünü dedi. Üçüncü tısbağa;
-Məndən qabaqda iki tısbağa gedir və biri də mənim arxamca gəlir…deyə bildirdi.
Bu necə ola bilər?

3. Günlərin bir günü bir tacir yolüstündə olan bir şəhərə gəlib çıxır, nahar etdikdən sonra bərbərə gedib, saçını qırxdırmaq istəyir. Məlum olur ki, şəhərdə cəmi iki bərbər var. Tacir birinci bərbərin yanına gedir və görür ki, bərbərin saçı dağınıqdır, səliqəsizdir və çox zövqsüz qırxılıb . Sonra ikinci bərbərin yanına gəlir və görür ki, bərbərin saçı çox səliqəli və xoşagəlimlidir. Tacir geri qayıdaraq birinci bərbərin yanına gedir və saçını ona qırxdırır.
Sizcə o niyə belə etdi?

4. Binanın 17 mərtəbəsində qalan bir kişi, həmin mərtəbəyə çıxmaq üçün liftdən istifadə edir. Amma 17-ci mərtəbəyə o, yalnız yağışlı havalarda və yanında başqa bir adam olanda qalxır, tək olanda və yağışsız havalarda isə, o 9-cü mərtəbəyə kimi liftnən qalxır, sonra isə liftdən düşərək 17-ci mərtəbəyə piyada qalxır.
Sizcə o niyə belə edir?

5. Bir kişiyə sual verdilər;
Neçə yaşın var?
O, belə cavab verdi:
Ailəmizin ən gənc nümayəndəsindən 600 dəfə böyüyəm…
Sizcə bu necə ola bilər?

6. Bir nəfər öz dostuna əlində tutuduğu şəkli göstərərək;
-Mənim bacım və qardaşım yoxdur, amma bu şəkildəki oğlanın atası mənim atamın oğludur.
Şəkildəki oğlan kimdir?

7. Üç nəfər dost restorana girərək nahar edirlər. Yeyib qurtardıqdan sonra ofisiantı çağırıb hesabı istəyirlər.
-- Ofisiant 30 manat deyə-onlara bildirir. Dsotların hər biri cibindən 10 manat çıxararaq 30 manat düzəldib hesabı verirlər və çıxıb gedirlər.
Dostlar getdikdən sonra, ofisiant pulu aparıb restoranın sahibinə təqdim etdikdə, restoran sahibi;
--Sən onlardan artıq pul almısan, onların hesabı 25 manat edir-deyə ofisianta acıqlanır və 5 manatı ofisianta verərək;
--Apar tez bunu geri qaytar! deyərək ofisiantı yollayır.
Ofisiant yolda dostlara çataraq, hesabın 5 manat artıq alındığını bildirir və cibindən 5 manatı çıxararaq onlara uzadır.
Dostlar 5 manatı 3 nəfər arasında bölmək istəmirlər, hərəyə 1 manat götürüb-2 manatı da ofisianta verirlər və yollarına davam edirlər.
Ofisiant yolda fikirləşir;
--Bunların hərəsi 10 manat vermişdi, indi hərəsinə 1 manat qaytardım. Deməli hər biri 9 manat vermiş oldu, 3-də 9-a vuranda (3x9) edir 27, 2 mant da mənə verdilər, etdi 29. Bəs 1 manat necə oldu?
Bəs sizcə 1 manat necə oldu?

8. Kimya müəllimi sinifdə təcrübə aparır, təcrübə 80 dəqiqəyə qurtarır. Eyni təcrübəni şagird apardıqda isə təcrübə 1 saat 20 dəqiqəyə qurtarır.
Sizcə bu niyə belədir?

9. 1 fincan çay 1 ədəd qəndlə birlikdə 1 manat 10 qəpikdir. Əgər 1 fincan çayın qiyməti, 1 ədəd qəndin qiymətindən 1 manat bahadırsa, onda çayın və qəndin ayrı-ayrılıqda qitməti neçəyədir?


10. Ən böyük sönmüş vulkan hələ insan tərəfindən fəth olunmayıb. Sizcə niyə?


11. Atamın 31 yaşı olanda mənim 8 yaşım vardı. İndi atam məndən yaşca 2 dəfə böyükdür. Mənim neçə yaşım var?


12.
Bir nəfəri öz kabinetində ölü vəziyyətdə tapırlar. Ölünün əlində pistolet, stolunun üstündə isə diktofon var. Polis diktafonun düyməsini basan kimi : "Mən artıq həyatımdan bezmişəm, yaşamaq istəmirəm...və güllə səsi!"
Polis həmin adamın qətlə yetirildiyi barədə raport hazırlayır.
Sizcə polis hardan bildi ki, adam özünə qəsd etməyib, başqa birisi tərəfindən öldürülüb?

13. 5 litrlik və 9 litrlik vedrə ilə çaydan 3 litr suyu necə götürmək olar?

14. Əli ilə Vəli qara və çirkli zirzəmidə oynayırlar. Zirzəmidən çıxdıqda Əlinin üzü qaralmış və çirklənmiş olur, Vəlinin üzü isə təmiz. Amma yuyunmağa Vəli gedir.
Sizcə niyə?

15. Srağagün Elxanın 17 yaşı var idi, gələn il isə onun 20 yaşı olacaq.
Bu necə ola bilər?

16. Siz hündürlüyü 100 metr olan bir qayanın üstündəsiniz, sizin əlinizdə isə uzunluğu cəmi 75 metr olan bir kəndir və bu kəndiri kəsmək üçün isə bıçaq var. Qayanın kənarında bir ağac, qayadan 50 metr aşağıda isə başqa bir ağac bitib.
Siz bu kəndir və ağacların köməyi ilə aşağıya (yerə) necə düşərsiniz?

17. Təsəvvür edək ki, insan 7 sutka yatmasa və 7 sutka qidalanmasa ölə bilər. İndi isə, təsəvvür edək ki bir insan 7 sutkadır yatmır və heç bir şey də yeməyib. 7-ci sutkanın sonunda o , ölməmək üçün birinci nə etməlidir; yatmalı yoxsa qidalanmalı?

18. 9 ədəd metal pul var, onlardan biri saxtadır və digərlərindən çəkicə fərqlənir. Tərəzidən cəmi iki dəfə istifadə etməklə, o saxta metal pulu necə tapmaq olar?

19. 7 mərtəbəli otelin birinci mərtəbəsində 4 nəfər qalır. Aşağıdan yuxarıya doğru hər bir mərtəbədəki insanların sayı, aşağı mərtəbədəkindən 2 nəfər çoxdur. (Belə ki, ikinci mərtəbədə 6, üçüncü mərtəbədə 8 və.s)
Sizcə otelin hansı mərtəbəsində liftdən daha çox istifadə olunacaq?

20. "Birisi günün" "dünən" olacağı gün bazar günündən, " srağagünün" "sabah" olacağı gün qədər uzaq olacaq.
Hal-hazırda həftənin hansı günüdür?


Geri dön

Friendly_Girl

  • 13 avqust 2012 10:13
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
maraqlı idi təşəkkürlər

--------------------

canim ablamin ilk hediyesi

Dalga

  • 12 avqust 2012 00:27
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Bildiklerim oldu, tewekkur edirem

--------------------

GuNkA_01

  • 11 avqust 2012 21:49
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
3.mene ele gelirki 2-ci berber seliqeli oldugu ucun onun musterileri cox olur,lakin 1-ci berber seliqesiz oldugu ucun onun musterileri olmur ve tacir telesib 1-ci berbere gedir

4.mence idman olsun deye

MeNeS

  • 11 avqust 2012 20:25
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
MEN 3CUYE CAVAB OLARAQ DEMEK ISDEYIREMKI,2-CININ SACINI QIRXAN ELE O 1-CI BERBER OLUBDUR

5-ci.yeqinki yagiwli havada elinde cetirle oldugu ucun liftin 17-ci mertebesine qalxa bilir ve bawqa adam olanda onun komekliyi ile qalxir.bir sozle adam LILIPUTDUR

6-ci.o ele oz weklini gosderir.

8-ci.beraber vaxtda bitir

--------------------
imza:MEN!!!

Delete

  • 11 avqust 2012 16:28
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Maraqlidir. mentiqi sevirem. amma indi heves yoxdu. ayri vaxt yazaram/

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

Gözlüklü

  • 11 avqust 2012 11:15
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Cavablari:1-ci sualın cavabı; tutuquşu kardır
2-ci sualın cavabı; 3-cü tısbağa yalan danışır
3-cü sualın cavabı; şəhərdə cəmi 2 bər-bər varsa, deməli onlar bir-birlərinin saçını qırxır. Tacir ona görə birinci bərbərə saçını qırxdırır ki, ikinci bərbərin saçı səliqəli və xoşagəlimli idi
4-cü sualın cavabı; Kişi cırtdanboy (liliput) olduğu üçün əli liftin 17-ci düyməsinə çatmır, yalnız 9-cu düyməyə çatır, ona görə
5-ci sualın cavabı; kişinin 50 yaşı var, ailənin ən gənc nümayəndəsi isə 1 aylıqdır

6-cı sualın cavabı; Kişinin öz oğlu
7-ci sualın cavabı; Ofisiant hesablamanı səhv aparıb. Əslində 27-nin üstünə 2 gəlmək yox çıxmaq lazımdır. Qalan 25 manat da müdirdədi...
8-ci sualın cavabı; 80 dəqiqə ilə, 1 ssat 20 dəqiqə eyni şeydir
9-cu sualın cavabı; 1 fincan çay 1 manat 5 qəpik, qənd 5 qəpik
10-cu sualın cavabı; Çünki ən böyük sönmüş vulkan yerdə deyil, Mars planetindədir. Adı da Olimp dağıdır, hündürlüyü 27000 metr


11-ci sualın cavabı; 23 yaş
12-ci sualın cavabı; diktafonu polis başa yığmalı idi, amma artıq diktafon başa yığılmışdı. Ölü birisi də bunu edə bilməz
13-cü sualın cavabı; əvvəlcə 9 litlik vedrəni su ilə doldururuq, onu 5 lirtlik vedrəyə boşaldırıq. 9-litrlik vedrədə qaldı 4 litr, Sonra 5-litrlik vedrəni boşaldıb, 9-litrlik vedrədəki 4 litr suyu tökürük 5 litrlik vedrəyə. Sonra yenə 9 litrlik vedrəni su ilə doldururuq, onun 1 litrini tökürük, 5 litrlik vedrədəki 4 litr suyun üstünə, qaldı 9 litrlik vedrədə 8 litr. İndi isə 5 litrlik vedrəni boşaldırıq, sonra 9 litrlik vedrədə qalan 8 litr suyun 5 litrini tökürük ora, beləliklə 9 litlik vedrədə qaldı 3 litr su
14-cü sualın cavabı;Əli Vəlinin üzünə baxır görür ki təmizdir, Vəli isə Əlinin üzünə baxır görür ki, çirklidir. Ona görə də yuyunmağa Vəli gedir
15-ci sualın cavabı; tutaq ki yanvar ayının 1-dir, Elxanın da ad günü 31 dekabrdadır. Deməli onun srağagün (yəni dekabrın 30-da ) 17 yaşı vardı, dekabrın 31 oldu 18. Bu ilin dekabrının 31 olacaq 19, gələn ilin də dekabrın 31 olacaq 20. Yəni srağagün 17 yaşı olan Elxanaın gələn il 20 yaşı olacaq


16-cı sualın cavabı;Kəndiri iki hissəyə bölürük-25 və 50 metrlik.25 metrlik kəndiri qayanın başında bərkidirik digər tərəfində isə ilgək düzəldirik.Kəndirin o biri hissəsini həmin ilgəkdən elə keçiririk ki hər tərəfdə bərabər alınsın.25+50/2=50 metr.Onun köməyi ilə aşağıdakı ağaca düşməli,sonra ilgəkdən 50 metrlik kəndiri çəkməli və onu ağaca bağlayaraq qalan məsafəni də qət etməlidir.

17-ci sualın cavabı:İnsan eyni vaxtda həm yeyib həm də yata bilmir.Ona görə də 7 sutka əvvəl birinci hansını edibsə onu da etməlidir.
18-ci sualın cavabı; Onlari 3 qrupa boluruk. 1. terezinin her gozune 3 metal pul qoyuruq. Eger beraber olarsa demeli saxta pul diger 3-cu cutlukdedir. 1.2 beraber olmayan hala baxaq.. yungul olan terezinin gozundeki pullari goturub 1-1-1 olmaqla boluruk. novbeti cekimde saxtani tapa bilerik.

MICI

  • 11 avqust 2012 01:14
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
4-mence o kisinin boyu balaca oldugu ucun liftin duymesine eli catmir. ona gore de ya basqasiyla ya da yagis yaganda zontiqle cixa bilir basqa vaxt eli catmir.
6-sekildeki oglanin ogludur.
7-ofisiant hesablamani sehf edib.(casdirmaq ucun) dostlarin heresi 9 manat pul verir.(3x9=27) 27 manatin 25 manati hesab 2 manati ofisiantin. (ofisiantin sehfi oz pulunu iki defe hesablamaq olur)
9-cay 1man 5qep, qend 5qep
11-cavab23
13- 9 litrlik vedreni 5 litrliye tokursen. birinde 5, o birinde 4 litr su olur. Sonra 5 litrliyi bosaldib hemin vedreye 4 litr suyu tokursen, 9litrlik vedreni yeniden doldurursan. sonra onunla 5litrlik (icinde 4 litr su olan vedreni) vedreni doldurusan . Yeni vedrenin birinde 5, digerinde 8 litr su olur.Sonra 5 litrliyi bosaldirsan ve onu 9 litrlikle(icinde 8 litr su olanla) doldurursan. 9litrlik vedrede 3 litr su qalir.
14- Veli Elinin cirkli oldugunu gorub ozunun de cirkli oldugunu dusunur ve yuyunur. Eli ise Veli temiz oldugu ucun ozunun de temiz oldugunu sanir.
15- Elxanin ad gunu 29 fevraldadir.
17- mence evvelce qidalanmalidir. Cunki yatmaga daha cox vaxt serf olunur.
19- cavab 9 pulu 3-3-3 boluruk sonra 3-3 tereziye qoyuruq terezi beraberdirse, demeli saxta pul yerdeki 3 pulun arasin dadir.beraber deyilse de ferqli olan 3luyu mueyyenlesdiririk. belelik le saxta pulun oldugu 3luyu goturub 2sini tereziye (heresini bir yere) 1ni ise yere qoyuruq. Terezi beraberdirse yerdeki pul, deyilsede ozumuz mueyyen edirik.
TESEKKURLER COOOOX MARAQLI IDI. smile

Nuray2012

  • 11 avqust 2012 00:51
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
smile Cox sagol mende o qeder guclu deyil :)))))))))

--------------------

Priya

  • 11 avqust 2012 00:11
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
3. Günlərin bir günü bir tacir yolüstündə olan bir şəhərə gəlib çıxır, nahar etdikdən sonra bərbərə gedib, saçını qırxdırmaq istəyir. Məlum olur ki, şəhərdə cəmi iki bərbər var. Tacir birinci bərbərin yanına gedir və görür ki, bərbərin saçı dağınıqdır, səliqəsizdir və çox zövqsüz qırxılıb . Sonra ikinci bərbərin yanına gəlir və görür ki, bərbərin saçı çox səliqəli və xoşagəlimlidir. Tacir geri qayıdaraq birinci bərbərin yanına gedir və saçını ona qırxdırır.
Sizcə o niyə belə etdi
?

Bunun cavabı belə omalıdı:-Şəhərdə sadəcə 2 bərbər olduğuna görə,saçı gözəl qırxılmış bərbərin saçını yalnız saçı pis vurulmuş bərbər vura bilər.Və əksinə.Tacir də saçı pis olanın yanına getdi.[/color]

--------------------




✰Dгeaм✰

  • 10 avqust 2012 23:53
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Menim mentiqim yox,hissiyatim var... wink

barby girl

  • 10 avqust 2012 22:56
  • Məqalə: 0
  • Şərh: 897
  • Bal:
{awards}
maraqlidi twklerrrrrrrrrrrrrrr

Shokoladka

  • 10 avqust 2012 21:49
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Choxsunun cvbini bilirdim amma axot yoxdu yazmaga.Tskler

--------------------


★Mermaid★

  • 10 avqust 2012 21:07
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Tesekkurler.

--------------------

Melodi_Miray

  • 10 avqust 2012 21:02
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
1Tutuqushunu alan laldi
2Yeqin ki,firlanirlar
3Sheherde 2 berber var,onda seliqeli olan berberin sacini daginiq sacli duzeldib...
4deqiq bilmirem
5Yeqin ailenin teze numayendesi 1 ayliqdi)
6Shekildeki ozudur
7bu sualin cavabini mene de deyin))
8.80deq=1 saat,20 deq
9cay 1man.10qepik...qend 10 qepik
10kesf olunmasi ucun puskurmelidir...
11cavab 16
12diktafon oz ozune sonmez ki...
13???bu qaldi
14Elinin uzunu cirklendiren Veli olur
15sragagun 28 fevral olur
16evvel ipi kesmesin,50 metr ashagidaki agaca dushenden sora,ipi kesib dushsun
17Yatsin,mence)
18evvel 5in ceksin,sora birini goturub dord ededle birlikde ceksin,eskik gelecek
19cavab 1ci mertebede
20cershenbe???

Bunun duz cavablarini mutleq oxuyacam...Cox sagol,maraqli suallardi))

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

solnuska

  • 10 avqust 2012 20:15
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
neise twk xebere gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

classic_guiter_girl

  • 10 avqust 2012 20:13
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerrr

Səma_1

  • 10 avqust 2012 19:52
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
Xəbərə görə çoxsağol

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

...BARSA FANATI....

  • 10 avqust 2012 19:41
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: _RiHanNa_
İndi yoo sora baxacam..thankss)









Prank girl

  • 10 avqust 2012 19:25
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

tinker bell

  • 10 avqust 2012 19:14
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
maraqli suallariydi.......... smile

--------------------

I am Happy

  • 10 avqust 2012 19:07
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Teshekkurler.

--------------------

_wampirella_

  • 10 avqust 2012 19:02
  • Məqalə: 168
  • Şərh: 488
  • Bal:
{awards}
coxsunu tapdim ama artiq cvlari yaziblar maraqli xeberdi

--------------------
Deyirlerki olacaga care yoxdur
Bes olmayacagin caresini tapan varmi....

_Kyonul_

  • 10 avqust 2012 18:55
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
1- alici laldi
2-
3-ona gore ki saci daginiq olanin bawi klientlerine qariwib,ozune baxa bilmeyib.demek yaxwi berberdi.o biri ise yaxwi berber olmadigi ucun klienti azdi,ozune vaxt ayirib
4-
5-
6-ele oglanin oz weklidi
7-
8- 1s 20 dq ele 80 deqiqedir ona gore

9- cay 1 manat qend 10 qepik
10-
11- 11 yawi var

qalanlarini da sonra fikirlewib yazaram.indi telesik oldu

--------------------

Flower Lovem

  • 10 avqust 2012 18:54
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
tesekkurler

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

Avril_lavigne

  • 10 avqust 2012 18:52
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
2.cunki onlar dairevi firlanirlar
5.demekki ailenin genci bir nece gunliukdur
8.80deq=1saat 20 deq
15.ad gunu 28fevraldadir

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

dj_asqa.

  • 10 avqust 2012 18:50
  • Məqalə: 5
  • Şərh: 1487
  • Bal:
{awards}
beyendim twk

come back

  • 10 avqust 2012 18:50
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler demeli mentiqsizem eleye bilmedim hec birini. request

Shawn michaels

  • 10 avqust 2012 18:45
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
Kimya müəllimi sinifdə təcrübə aparır, təcrübə 80 dəqiqəyə qurtarır. Eyni təcrübəni şagird apardıqda isə təcrübə 1 saat 20 dəqiqəyə qurtarır.
Sizcə bu niyə belədir?-eyni vaxtdir

--------------------

nurlana77

  • 10 avqust 2012 18:40
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
20- mence bazar ertesidi

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

Eda_21

  • 10 avqust 2012 18:38
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
tesekkurler

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 47
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}