“Coca-Cola”nın Azərbaycan xalqından gizlətdiyi şok gerçək

 
“Coca-Cola”nın Azərbaycan xalqından gizlətdiyi şok gerçək

"Coca-Cola” ve “Pepsi-Cola” şirkətlərinin xərçəng xəstəliyi təhlükəsi yaradan məhsullar ilə bağlı araşdırmalarını davam etdirir.

Xatırladaq ki, ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı “4-metilimidazol” maddəsinin siçanlarda xərçəngə yol açdığı bəlli olub. “4-metilimidazol” (4-MEI) maddəsi “E150 D” qida əlavəsinin tərkibində yer alır. Bu qida əlavəsi də Ümumdünya Səhiyyə Təşkilatının siyahısında, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyində istifadə zamanı insan orqanizminə zərərli təsir göstərməyən qida əlavələri sırasındadır. Ancaq məhz bu sınağın nəticələri məlum olandan sonra bu ilin fevral ayında Kaliforniya ştatının parlamenti bu maddəni xərçəngə yol açan maddələr siyahısına salıb. Qəbul edilən qanuna görə, içərisində bu maddə olan içkilərin üzərinə mütləq “Diqqət, xərçəng yarada bilər!” xəbərdarlığı yazılmalıdır. Bu da bütün diqqəti qazlı içki məhsulları sahəsində dünyanın iki ən böyük firması olan “Coca-Cola” və “Pepsi”-nin məhsullarına yönəldib. Çünki bu şirkətlər tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsindən, yəni şəkər çalarından gen-bol istifadə edirlər. İçkilərə rəngi bu qida əlavəsi verir. Məhz bu qanundan sonra “Coca-Cola” ve “Pepsi-Cola” şirkətləri on illərdir ki, istifadə etdikləri reseptləri dəyişdirəcəklərini, karamel rəngi verən “4-metilimidazol” maddəsindən müəyyən çərçivədə istifadə edəcəklərini, bunun miqdarını azaldacaqlarını açıqlayıblar. Hər iki şirkətin yaydığı və dünyanın nüfuzlu KİV-lərində dərc edilən açıqlamalarında qeyd olunub ki, Kaliforniyada yeni tərkibli içkilər satılacaq və bu yeni tərkibli içkilər bütün ABŞ ərazisində də satışa çıxarılacaq. Bu şirkətlərin məhsulları Azərbaycan bazarında da gen-bol satılır. Həm də həmin məhsullar kənarda yox, bu şirkətlərin Azərbaycanda yaratdıqları müəssisələrdə istehsal edilir. Söhbət Bakı şəhəri, Tağıyev 1, Sulu Təpə qəsəbəsi, Şamaxı yolunda yerləşən “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və Bakı şəhəri, Sulu Təpə qəsəbəsi, Sumqayıt yolu 15. ünvanında yerləşən “Mars Overseas Baku ltd” müəssisələrindən gedir.

Nazirlik və Dövlət Komitəsi araşdırıb...

Bu şirkətlərin məhsullarının xərçəng xəstəliyinə yol açdığı barədə məlumat yayılandan dərhal sonra Lent.az “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars Overseas Baku ltd” müəssisələrinə müraciət etmişdi. Soruşmuşduq ki, birinci, xərçəng yaratdığı üzə çıxan “4-metilimidazol” maddəsindən məhsullarında istifadə edirlərmi, ikincisi, istifadə edirlərsə, bundan sonra Azərbaycanda istehsal edəcəkləri məhsullarda bu maddənin miqdarını azaltmaq niyyətləri varmı? Nəhayət, belə niyyətləri varsa, nə vaxt və konkret hansı həcmdə bu maddədən istifadəni azaldacaqlar?

Mars Overseas Baku ltd” susmağa üstünlük verib, “Azerbaijan Coca-Cola Bottlers Ltd.” isə rəsmi məktub göndərmişdi. Ancaq bu cavabda bizim ünvanladığımız suallara konkret cavab yox idi. Məktubda yazılmışdı ki, “Son günlər KİV-dəCoca-Cola” şirkətinin istehsal etdiyi məhsulların tərkibində dəyişiklik baş verməsi haqqında yanlış məlumatlar yayılır. Biz bu məsələyə aydınlıq gətirmək istəyirik. Şəkər çaları, digər sözlə karamel - bizim məhsullarımızda olub, var və daim təhlükəsiz tərkib hissə olaraq qalacaq. “Coca-Cola” şirkəti öz dünya şöhrətli formulunu dəyişmək niyyətində deyil. Həyata keçirilən dəyişikliklər “Coca-Cola” içkisinin rəngi və dadına təsir göstərməyəcək. İstehsal prosesinə vaxtaşırı müdaxilə edilsə də, məxfi formul dəyişməz olaraq qalır. Bu dəfə biz, “Karamel” məhsulunda “4-MEI” miqdarının azaldılması məqsədilə karamel istehsalçılarına müraciət etmişik. Lakin bu qətiyyən istehlakçılarımızın tanıdığı yüksək keyfiyyətli məhsulun tərkibinə, rənginə və təravətli dadına təsir göstərməyəcək. Şirkətin ən yüksək keyfiyyət və təhlükəsizliyə yönələn səyləri əsas prioritet olaraq qalır. Məhsulumuzun təhlükəsizliyini qorumaq üçün, biz elmi dəlillərə əsaslanmağa davam edəcəyik”.

Biz öncəki yazımızda da qeyd etmişdik ki, əgər yayılan məlumat yanlışdırsa, tərkibində “4-MEI” maddəsi olan “E150 D” qida əlavəsi təhlükəsizdirsə, niyə elə bu rəsmi cavabın digər hissəsində “bu dəfə biz “Karamel” məhsulunda “4-MEI” miqdarının azaldılması məqsədilə, karamel istehsalçılarına müraciət etmişik” ifadəsi yer alıb?! Yox, əgər məhsulun tərkibində dəyişiklik olacaqsa, niyə “şəkər çaları bizim məhsullarımızda olub, var və daim təhlükəsiz tərkib hissə olaraq qalacaq, məxfi formul dəyişməz olaraq qalır” məzmunlu birmənalı bəyanat verilir?! Niyə açıqlanmır ki, şirkət Azərbaycanda istehsal etdiyi məhsulların tərkibində xərçəng yaratmaq təhlükəsi olan maddənin miqdarını azaldıb-azaltmamaqla bağlı qərar veribmi, konkret nə vaxtdan başlayaraq azaldacaq, yaxud azaltmayacaq?

Azərbaycan insanının sağlamlığının qorunmasına xüsusi önəm verən Lent.az bu suallara konkret cavab almaq üçün martın 29-da İqtisadi İnkişaf Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə üz tutub, bu dövlət qurumlarına rəsmi müraciət edib.

İnsanlarımız sağlamlığı üçün yaranmış təhlükəni nəzərə almırlar...

İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sualları ünvanlanıb:

- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars Overseas Baku ltd” müəssisələrinin istehsal etdiyi məhsulların tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsi aşkarlanıbmı?

- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars Overseas Baku ltd” müəssisələri məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını azaldacağı ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat, bildiriş göndəribmi?

- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars Overseas Baku ltd” müəssisələri məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını azaldılması, yaxud məhsullardan bu maddənin tam çıxarılması barədə tövsiyə verəcəkmi?

Bu günlərdə İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyevin adından cavab məktubunda qeyd edilir ki, əldə olunmuş ilkin məlumatlara əsasən “Coca-Cola” və “Pepsi-Cola” içkiləri istehsal edən “Azerbaijan Coca-Cola Bottlers Ltd.” Və “Mars Overseas Baku ltd” şirkətiləri məhsulun tərkibində “4-metilimidazol” maddəsinin olduğunu inkar etmir və həmin şirkətlər tərəfindən məhsulun tərkibində həmin maddənin azaldılacağı haqqında İqtisadi İnkişaf Nazirliyinə məlumat daxil olmayıb: “Qanunvericilikdə qida məhsullarının istehsalında “4 metilimidazol” maddəsindən istifadənin məhdudlaşdırılması və ya qadağan olunması nəzərdə tutularsa, məsələyə yenidən baxıla bilər. Bununla belə, insanların sağlamlığına və İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinə göstərdiyiniz diqqətə görə sizə öz təşəkkürümüzü bildiririk”.
Beləliklə, İqtisadi İnkişaf Nazirliyinin rəsmi cavabından aydın olur ki, “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars Overseas Baku ltd” şirkətləri Azərbaycan xalqına qarşı saymazlıq nümayiş etdirir, ABŞ-dan fərqli olaraq Azərbaycanda istehsal etdiyi və satdığı məhsulların tərkibində “4-metilimidazol” maddəsinin miqdarını azaltmayıb.

Standart laqeydlik

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ünvanladığımız sualların əhəmiyyətli hissəsinə isə cavab almaq mümkün olmayıb. Qeyd edək ki, Dövlət Komitəsinə aşağıdakı suallar ünvanlamışıq:

- Azərbaycanda istehsal edilən sərinləşdirici içkilərlə bağlı dövlət standartında hansı meyarlar əksini tapıb?

- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və “Mars Overseas Baku ltd” müəssisələrinin istehsal etdiyi məhsullar bu standarta uyğundurmu?

- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məhsullara uyğunluq sertifikatı verərkən həmin məhsullar yoxlanıbmı, onların tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsi aşkarlanıbmı?

- “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd” müəssisələri məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını azaldacağı ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat, bildiriş göndəribmi?

- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd” müəssisələri məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını azaldılması, yaxud məhsullardan bu maddənin tam çıxarılmasını nəzərdə tutan yeni standart üzərində işləyirmi?

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin müdiri Fazil Talıbovun adından Lent.az-a daxil olan cavab məktubunda yazılır ki, “Azerbaijan Coca-Cola Bottlers Ltd.” MMC dövlət qeydiyyatına alınmış TŞ AZ 1540478-01-2005 “Alkoqolsuz içkilər və Post MİKS kubaj soropları” texniki şərti və “Mars Overseas Baku ltd” dövlət qeydiyyatına alınmış TŞ AZ 3118080-2011 “Alkoqolsuz içkilər” texniki şərti əsasında məhsul istehsalını həyata keçirməkdədirlər: “Məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasını araşdırmaq məqsədi ilə Dövlət Komitəsinin müvafiq struktur bölməsi tərəfindən 1 iyun 2011-ci il tarixindən 13 iyun 2011-ci il tarixinədək “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd”-də dövlət nəzarəti aparılıb. Sınaqların nəticələrinə görə, hər iki halda məhsul nümunələrinin keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olub. Bu müəssisələrin məhsul istehsalında istifadə etdikləri “E150d” indeksli qida əlavəsi ilə bağlı isə bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli Əmri ilə təsdiq olunmuş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigyenik tələblər” sanitariya-epidomioloji qaydalar və normativlərin 7 nömrəli Əlavəsində “E150d” indeksli (Amonyak-sulfit texnologiyası üzrə alınan IV şəkər çaları –CARAMEL IV) qida əlavəsi olaraq qida məhsullarının hazırlanması üçün istifadə zamanı insan orqanizminə zərərli təsir göstərməyən qida əlavəsi kimi göstərilib”.

Təəssüf ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd” müəssisələri məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını azaldacağı ilə bağlı Dövlət Komitəsinə məlumat, bildiriş göndərilib-göndərilmədiyi, Dövlət Komitəsinin səlahiyyətinə uyğun olaraq “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və ““Mars Overseas Baku ltd” müəssisələrinin məhsullarında “4-metilimidazol” maddəsinin miqdarını azaldılması, yaxud məhsullardan bu maddənin tam çıxarılmasını nəzərdə tutan yeni standart üzərində işləyib-işləmədiyi barədə sualları cavabsız qoyub. Zatən bundan öncəki araşdırmada nəzərə çatdırıb ki, tərkibində “4-metilimidazol” maddəsi olan “E150d” qida əlavəsi Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Səhiyyə Nazirliyinin siyahısında yer alıb, bununla belə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib ki, mümkündür ki, “4-metilimidazol” da xərçəng yaratsın, çünki ammonyak və sulfid kimyəvi maddələrdir. İmran Abdullayev onu da qeyd etmişdi ki, əgər yayılmış informasiyalar təsdiqini taparsa, ÜST tərəfindən də bu maddənin xərçəng yaratdığı təsdiqlənərsə, o halda ÜST tərəfindən bu maddənin məhsullara qatılması qadağan olunar və təbii ki, biz də Azərbaycanda onun qadağan edilməsinə nail ola bilərik. O vurğulamışdı ki, Azərbaycan da birtərəfli olaraq “4-metilimidazol” maddəsinə qadağa qoya bilər. Belə olan halda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçən il aparılmış hansısa dövlət nəzarəti barədə məlumatı göndərməsi və E150d” qida əlavəsinin Səhiyyə Nazirliyinin siyahısında yer aldığını xatırlatmaqla əsas suallara cavab verməkdən yayınması, ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı “4-metilimidazol” maddəsinin xərçəngə yol açdığı barədə məlumata diqqət yetirməyə belə lüzum görməməsi, standartların hazırlanması və qəbuluna məsul dövlət orqanı kimi bu istiqamətdə hansı təşəbbüslərlə çıxış edəcəyini açıqlamaması təəssüf doğurmaya bilməz...

Kimyaçılar “ah-uf!” deyib getdilər...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Lent.az-a açıqlamasında deyib ki, “Coca-Cola” məhsulunun tərkibi 12 ildən artıqdır ki, açıqlanmır, bütün dünya üçün sirr olaraq qalır: “Mən hətta 1998-ci ildə Beynəlxalq İstehlakçı Təşkilatında məsələ qaldırdım ki, bütün dünyada “Coca-Cola” məhsullarını boykot edək. Çox müzakirələr getdi. Amma qərar qəbul edilə bilmədi. Birinci səbəb budur ki, “Coca-Cola” artıq istehlakçının beyninə oturub. Şirkətin təkcə “Coca-Cola” əmtəə nişanının qiyməti 150 milyard dollardır. Əgər “Coca-Cola” 10 il o butulkaya çay doldurub satsa, istehlakçı onu yenə alacaq. İkinci, “Coca-Cola” hansı ölkəyə gedirsə, o dövlətə böyük vergi verir və dövlətin iqtisadi siyasətinə təsir edən amilə çevrilir. Üçüncüsü, “Coca-Cola”-nın reklamlarına böyük pullar xərclənir və istehlakçının beynini yorur. “Coca-Cola”-nın arxasında Ümumdünya Ticarət Təşkilatı kimi qlobal satış təşkilatı dayanır. Dünyada alıcı təşkilatları qoruyan Beynəlxalq İstehlakçı Təşkilatı satış təşkilatı olan Ümumdünya Ticarət Təşkilatına uduzub. Mən bunu dəfələrlə beynəlxalq yığıncaqlarda söyləmişəm”.

Eyyub Hüseynov Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Coca-Cola” məhsullarının Azərbaycanın standartlarına uyğun istehsal edildiyi barədə açıqlamasını da əsassız sayır: “Bütün dünya ölkələrində “Coca-Cola” məhsulları üzərində həmin dövlətin standartı yazılır. Azərbaycanda da AZS standartı yazılır. Guya bu məhsullar yoxlanılıb və standartlara uyğundur. Ancaq “Coca-Cola”-nın tərkibi məlum deyil, bu məhsullar heç bir yoxlamadan keçməyib”.

Azad İstehlakçılar Birliyinin sədri bu şirkətin məhsullarının insan orqanizmi üçün çox ciddi təhlükəyə yol açdığını vurğulayır: “Coca-Cola”-nın qeyri-adi məziyyətləri var, insan bədənini soyudur. Bu o deməkdir ki, insandan enerji ayrılır. Mən 3 il əvvəl Azad İstehlakçılar Birliyinin laboratoriyasında suyun, spirtin və “Coca-Cola”-nın içərisinə eyni ət parçası atdım. Suda və digər mayelərdə ət iyləndi, təbii proses getdi, çürümə oldu. Amma “Coca-Cola”-nın içərisində ət 4 ay qaldı, heç bir qoxuma baş vermədi. Ət liflərə, “Coca-Cola” özü isə bir-birindən ayrılan 3 fərqli rəngə bölündü. Azərbaycan Dövlət Neft Akademiyası yaxınlıqdadır, kimyaçıları topladım. Kimyaçılardan heç kim heç nə deyə bilmədi, “ah-uf!” deyib getdilər. Mənim bu primitiv təcrübəm göstərdi ki, “Coca-Cola”-nın tərkibində nə varsa, təbii proseslərin qarşısını alır. Bunlar insan orqanizminə düşəndə də təbii proseslərin getməsinin qarşısını alır, bədəndə mikrofloranı öldürür, məhv edir. Ümumdünya İstehlakçı Təşkilatı və Azad İstehlakçılar Birliyi birmənalı olaraq uşaq bağçalarında, məktəb bufetlərində “Coca-Cola”-nın satışının qarşısının alınması üçün iş aparır. Mümkün qədər kiçik yaşlı uşaqlar “Coca-Cola” içkilərdən istifadə etməsinlər. “Pepsi-Cola” ilə bağlı da eyni sözləri söyləmək olar”.

Qeyd edək ki, Lent.az məsələ ilə bağlı Nazirlər Kabinetinə rəsmi müraciət göndərib. Eyni zamanda Azərbaycanla istehsal edilən “Coca-Cola” və “Pepsi-Cola” məhsullarının tərkibində təhlükəli “4-metilimidazol” maddəsinin miqdarının azaldılması, yaxud tam çıxarılması barədə Milli Məclisin qərar qəbul etməsinin mümkünlüyünü nəzərə alaraq, parlament rəhbərliyinə və parlamentin müvafiq komitələrinə müraciət edəcək.

Lent.az


Geri dön

nuraska

  • 13 avqust 2012 11:26
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
coco- cola xosdamiram icmiremde bele sual meydana cixir ki bes bilursuz ziyan verir xestelik toredir niye istehsal edursuz ? bunu bile- bile siqaretin ustunde yazilir ki cekmeyin saglamliginiza zererlidir bunanda kecdik colaya bes bu camahat ne yeyib icsun axi? sualima cavab veren olicey?????????????????

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

tinker bell

  • 12 avqust 2012 19:03
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
bilirem ki ziyandi ona gore de icmirem

--------------------

Delete

  • 12 avqust 2012 11:48
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

Dalga

  • 12 avqust 2012 00:37
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Coca -Coladan zehlem gedir Tewekkurler

--------------------

---ANGELA---

  • 11 avqust 2012 17:24
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
ee mən içirəm yenə lol də ehh boş şeylərdi kim onu içib ölübe thanks.....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

... Deryam ...

  • 11 avqust 2012 16:59
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Nədən və necə şəraitdə hazırlandığını bildiyim günnən istifadə etmirəm feel

--------------------

come back

  • 11 avqust 2012 16:11
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler melumata gore ziyanli oldugun bilsekde yene de elcekmek olmur.

Avril_lavigne

  • 11 avqust 2012 15:34
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmmm belay

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

★Mermaid★

  • 11 avqust 2012 15:06
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Xebere gore tesekkur.

--------------------

Music Star

  • 11 avqust 2012 14:47
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Emeye hormet)

--------------------

asel

  • 11 avqust 2012 13:14
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
oxumadim twkler

--------------------
awk aciyi sever.

LoVe_LiFe

  • 11 avqust 2012 13:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidi tewekkur;er

Воровской

  • 11 avqust 2012 13:06
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
COCA COLASIZ OLEREM HEAYTIM QARALAR GOZLERIM BEBEYIM COLAM SENSIZ BIR GUNUM BELE KECMESIN GOZELIM MENIM )))))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

R.M Fanatı...

  • 11 avqust 2012 12:56
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
icmirem cola...tewekkurler

--------------------

✰Dгeaм✰

  • 11 avqust 2012 12:29
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Zaten hec icmirem cola...

Priya

  • 11 avqust 2012 11:53
  • Məqalə: 115
  • Şərh: 1945
  • Bal:
{awards}
Bir xəbərdə onun reseptini dünyada yalnız iki insanın bildiyini oxudum.Həmin bu iki nəfər də birinin bildiyini o biri bilmir.Yəni onlar özləri də resepti tam bilmirlər.Bu bir sirrdi.Görün nə qədər təhlükəlidir ki, sirr kimi saxlanılır resept.Onu biləndən sonra daha içmirəm.
Xəbər üçün sağ olun.

--------------------




Prank girl

  • 11 avqust 2012 11:46
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk edirem canim menim xebere gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

...BARSA FANATI....

  • 11 avqust 2012 11:17
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
MEN ICMIREM.....TESEKKURLER...

★Miss Love★

  • 11 avqust 2012 11:08
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Men arada icirem zererli oldugunu bilsemde.Caliwacam bundan sonra hec icmeyim,xebere gore sagol=)

Gözlüklü

  • 11 avqust 2012 11:07
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
wow ne qeder idi oxumadimee cox idi.yene de cooooooooooooooox sag olun

Shawn michaels

  • 11 avqust 2012 10:49
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
xebere gore twk

--------------------

AYSELKA WIRINKA

  • 11 avqust 2012 10:43
  • Məqalə: 0
  • Şərh: 148
  • Bal:
{awards}
cola xesteliydi bilirem ama superdi birrrrrrr smile

Unnamed

  • 11 avqust 2012 10:08
  • Məqalə: 1
  • Şərh: 331
  • Bal:
{awards}
Heç içmirəm coca cola... Heç xoşlamıram
Heçkimə də tövsiyə etmirəm içməyi onun nələdən hazırlandığını araşdırmalıdır hamı
Təşəkkürlər

--------------------
Vətənində yaşayaraq öz dilində danışmaman şəxsiyyətinə təhqirdir!
Öz dilini digər dillər ilə sintez etmən Ana dilinə təhqirdir! M.M.M.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}