Duz, un, şəkər

 
Duz, un, şəkər

Oğlan atasının yanına gəldi və:"Mən evlənmək istəyirəm",-dedi.

Ancaq o hələ çox gənc idi və əli çörək tutmamışdı.

Ata oğlunu fikrindən daşındırmaq istəyirdi.

Ancaq bunu necə edəcəyini bilmirdi.Nəhayət ata oğluna:

-Evlənmək çətin işdir.Ancaq mən sənə bir şey deyəcəyəm.

Əgər onu edə bilsən ,onda evlənə bilərsən. ..-dedi.

Oğlanın təslim olmaq fikri yox idi.Ona görə də:

-Yaxşı de görüm mən nə etməliyəm ?-deyə soruşdu.

Ata oğluna:

-Get qarşıdakı dükandan bir dəftər al,-dedi.

Çox keçmədiki oğlan dəftəri gətirdi.Ata dəftəri oğluna verərək:

-İndi birinci səhifəni aç və "duz" yaz-dedi.Oğlan yazdı.

Ata ikinci səhifəyə də "duz" yaz dedi.Oğlan yenə yazdı.

Ata üçüncü səhifəyədə "duz" yaz dedi.Oğlan yenə yazdı.

Səhifələr qurtarır,ancaq"duz"lar qurtarmırdı.

Nəhayət oğlan üzünü atasına tutub dedi:

-Ata mən bu işdən yoruldum.Elə hey "duz"yazıram.

Bəs bunun sonu nə olacaq?-dedi...

Ata artıq istədiyinə nail olmuşdu.Ona görədə:

-Həəə oğlum -dedi,-Deməli sən evlənə bilməzsən.

Çünki sən duzda yoruldun.Bunun hələ unu var,şəkəri var....Var oğlu var...


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:04
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
cox sagol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 25 noyabr 2010 23:13
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol

Roksi

  • 24 noyabr 2010 22:35
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
maraqli idi tewekkurler

Cin_Bala

  • 24 noyabr 2010 18:38
  • Məqalə: 2
  • Şərh: 56
  • Bal:
{awards}
maraqli idi..twklerrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 37

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}