Halal və haram

 
Halal və haram

Bir gənc oğlan Ka’bədə hər dua edərkən bunları deyirdi:

“Ey doğruların yardımçısı olan Allahım,Ey haramdan çəkilənlərin

yardımçısı olan Allahım, sənə hər zaman və yalnız sənə həmd edərəm”

Bu hər kəsin diqqətini çəkər və biri oğlandan soruşur:

“Niyə hər zaman eyni dua edirsən,başqa bir şey bilmirsən?”

O da deyir:

Yeddi-səkkiz il bundan qabaq yenə Ka’bədə idim.

Bir gün içi qızıl ilə dolu torba tapdım.Içində düz min qızıl var idi.Içimdən bir səs gəldi:

-“Bu qızıllarla, bunları edərsən” deyirdi.

Xeyr dedim özüm özümə.Bu mənim deyil,başqasının malı,haram olur.Birdən biri dedi:

-“Belə bir torba tapan varmı?”qışqırırdı, çağırdım onu:

-“Necə torba idi? Içində nə var idi?”deyə soruşdum. Dedi “torbanın içində min qızıl var idi”

-“Torban burda” deyərək torbanı verdim. Adam torbanı açıb mənə otuz qızıl verdi.

Bazara getdim.Təmiz üzlü gənc bir yesiri satırdılar.

Gəncin təmizliyi mənim diqqətimi çəkdi.Yanlarına getdim,

-“Bu gənci neçəyə satırsız?” dedim. “Otuz qızıla” dedilər.

Adamdan aldığım qızılı verib gənci satın aldım.Bir iki il keçdi, gənc oğlan çox çalışqan idi.

Onu aldığıma çox şad idim. Bir gün onunla gedərkən qarşıdan iki üç kişi gəlirdi..Gənc oğlan mənə dedi ki,

-“Ağam mən Fas əmirinin oğluyam,bu adamlar mənim atamın adamlarıdır.Məni tapdılar.

Sizdən məni satmanızı istəsələr otuz min qızıldan aşağı satmayın,

siz çox gözəl insansınız”dedi.Kişilər yanıma gəldi,

-“Bu gənci bizə satarmısınız?”dedilər. “Sataram” dedim.

“Altmış qızıl verərik” dedilər. Məndə “olmaz” dedim.

-“Sən özün bunu bazardan otuz qızıla aldın,biz sənə iki qat veririk” dedilər

-“Elədirsə onda gedin bazardan alın” dedim. Artdıra artdıra otuz min qızıla aldılar.

Mən o otuz minlə iş yerləri açdım, ticarət elədim,varlandım.Bir gün dostlarım mənə

-“Varlı bir ailənin gözəl bir qızı var.Atası bu yaxınlarda vəfat edib.Onunla səni evləndirək.” dedilər.

-Məndə “olar” dedim. Nigahımız oldu.Dəvə yükləri cehizini gətirdilər.

Cehizin arasında bir torba diqqətimi çəkdi. Qıza,”Bu nədir?” dedim.

-“Içində 970 qızıl var.Atam Ka’bədə itirmişdi, otuzunu tapana verdi,

qalanını mənə hədiyyə verdi ,cehizinə qoyarsan dedi.”

Deməli tapdığım qızıllar mənim qismətim imiş.

Verməsəydim haram yolla gələcəkdi.Verdim halal yolla özümə qayıtdı.

Mənə yardım edib haramlardan qoruyan, Rəbbimə həmd edirəm!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:10
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:05
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
cox gozeldir,tesekkurler!

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 25 noyabr 2010 22:35
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox gozel yazidi.

Just For Legend

  • 23 noyabr 2010 20:22
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
minnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 65
Cəmi: 101

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}