Əvəzolunmaz insan (maraqlı və düşündürücü yazı)

 
Əvəzolunmaz insan (maraqlı və düşündürücü yazı)


"Əvəzolunmaz insan"

Tanışlığımız təxminən iki il bundan əvvələ təsadüf edir.Orta boyu,mütənasib bədən quruluşu,açıq qonur rəngli gözləri,uzun eyni zamanda azacıq dalğalı saçları ona qəribə həm də gözəl və cəlbedici görkəm verirdi.Əvvəllər məndə şən,gümrah,dərd-ələmdən uzaq,necə deyərlər „başı bir qarış havada ”olan bir insan təəssuratı yaradırdı.Lakin zaman keçdikcə fikirlərimdə yanıldığımı görürdüm.O qədər də ünsiyyətdə olmasaq da onu ötəri baxışlardan tanımışdım.Gözlərində ilk baxışdan laqeydlik,qeyri-müəyyənlik hökm sürsə də lap dərinlikdə çoxdan kök atmış ağrını,acını görə bilirdim.Hiss edirdim ki,daxili sarsıntılar keçirir.Qəlbində sanki illərin yaratdığı hüzn,sonsuz və dərin yaralar var idi. Elə bil ki,yaşına görə həyatda çox şey görmüş,çox şey yaşamışdı.Həyat sərt üzünü ona göstərmiş,onu ən çətin sınaqlara düçar etmişdi deyə düşünürdüm.

Söhbətlərin birində atasını uşaq ikən itirdiyini eşitmişdim.Fikirləşirdim ki,yəqin bu ağır dərddi onun belini bükən,cismən həyatın,insanların içində olsa da,ruhən lap uzaqlarda olmasına səbəb.Valideyn itkisi qədər ağır nə ola bilərdi axı?!Sənə nəfəs,can,yaşam verən kəsin həyatda olmaması,səni taleyin ümidinə buraxıb bu işıqlı dünyadan əbədilik köçməsi qədər nə incidə bilərdi axı insanı?!

Özümə də aydın olmayan səbəblərə görə ikimiz arasında,bizi bir-birimizə bağlayan nələrisə görməyə başlamışdım.Başlanğıcda buna o qədər də əhəmiyyət verməsəm də,sonralar bu bağlılıq mənim də marağıma səbəb oldu.Bizi bir-birimizə bağlayan həmyaşıd olmağımız,eynilə mənim də onun kimi „xoşbəxt insan” təəssuratı yaratmağım,biraz romantika,biraz dəlilik idi.Başda suallarımı bu cür cavablandırırdım.Lakin vaxt keçdikcə başa düşürdüm ki,məni bu qədər özünə çəkməsinin başqa səbəbi var idi və nə vaxtsa hər şey mənə gün kimi aydın olacaqdı...

Həyatın elə bir mərhələsi gəlir ki,ətrafında onlarla insanın olmasına baxmayaraq sən yalnız,tənha olursan.Nə qədər qayğı,sevgi,diqqət,sədaqət göstərilsə də qəlbində bir boşluq daima hökm sürür.Bu qədər yaxın olmalarına rəğmən heç kim səni bir baxışdan,bir sözdən anlamır.Mən də həyatımın belə bir dönəmində idim.Düşünürdüm ki,yaşamın harasındasa; yanımdan sürətlə ötüb keçən kiçik qızcığaz,ya metroda qarşımda əyləşən,gözlərindən illərin yorğunluğu süzülən yaşlı qadın,ya da ki,üzünü görməyib,səsini eşitmədiyim,varlığından belə xəbərsiz olduğum biri var və məhz həmin insan məni həyatda başa düşən yeganə insandı.

Pis,yaxşı günlər bir-birini əvəz edirdi.Nəhayət bir gün həyatım boyu göstərmədiyim cəsarəti göstərib heç bir məqamı ötürmədən bütün keçmişimi,bu günümü,gələcəyimi danışdım ona.Oda sanki məni gözləyirmiş kimi öz ürəyini açdı mənə,o gözəl gözlərin içinə çökmüş qəmdən-kədərdən danışdı.O danışdıqca „Məni mənə göstərir”deyə düşünürdüm.Bu qədər eynilik məni çox çaşdırmışdı,bütün düşüncələrimi bir-birinə qatıb məni qeyri-müəyyənliyə aparmışdı.Qəribə,eyni zamanda əvəzolunmaz qəlb sirdaşı qazandıran bu tanışlıqdan mənə aydın oldu ki,insanlarin bir-birini anlaması üçün eyni ağrını,eyni sevinci,eyni taleyi yaşaması gərəkmiş sən demə...

Beləcə həyatımın ən nadir tapıntısı,qəlb sirdaşım, "əvəzolunmaz insan"ı tapdım.Bilirəm mənim kimi bir çox insan boşluğunu heç kəsin doldura bilməyəcəyi „əvəzolunmaz insan”ın axtarışındadır.Bəzən bizim çox uzaqlarda axtardığımız,çox yaxınımızda olur.Amma onu ya gec görürük ya da ümumiyyətlə heç vaxt görmürük


Geri dön

Su Perisi

  • 8 sentyabr 2012 16:13
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
„əvəzolunmaz insan” winked

--------------------

NeZNaKoMKa.

  • 7 sentyabr 2012 14:56
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
tewekkurler..

--------------------

kiskanc

  • 23 avqust 2012 14:00
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tessekkurler
maraqli idi

n_a_z_i_m

  • 17 avqust 2012 18:26
  • Məqalə: 0
  • Şərh: 345
  • Bal:
{awards}
xebere gore tesekkurler

Ne_baxirsan

  • 14 avqust 2012 22:24
  • Məqalə: 1
  • Şərh: 81
  • Bal:
{awards}
Beyendim super coooooox gozel meqaledi....

--------------------

Delete

  • 14 avqust 2012 15:20
  • Məqalə: 15
  • Şərh: 1958
  • Bal:
{awards}
Xebere gore tesekkur...

--------------------
Məni bir mən bilərəm, bir də yaradan. Mənə bir mən lazımım, bir də Anlayan.

★Mermaid★

  • 13 avqust 2012 20:59
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
YAZDIGINIZ SERHLERE GORE TESEKURLER.

--------------------

Dalga

  • 13 avqust 2012 20:24
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Həyatın elə bir mərhələsi gəlir ki,ətrafında onlarla insanın olmasına baxmayaraq sən yalnız,tənha olursan.Nə qədər qayğı,sevgi,diqqət,sədaqət göstərilsə də qəlbində bir boşluq daima hökm sürür.Bu qədər yaxın olmalarına rəğmən heç kim səni bir baxışdan,bir sözdən anlamır. Tewekkur edirem

--------------------

Prank girl

  • 13 avqust 2012 16:26
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk edirem xebere gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 13 avqust 2012 16:20
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler maraqli meqale idi cox beyendim.

Səma_1

  • 13 avqust 2012 15:30
  • Məqalə: 7
  • Şərh: 680
  • Bal:
{awards}
Dəyərli yazıya görə çoxsağol

--------------------
Hər kəsə qulaq asaram amma öz doğru bildiyimi edərəm.

LoVe_LiFe

  • 13 avqust 2012 15:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler xebere gore

MELEK INSAN...

  • 13 avqust 2012 13:06
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Superrrrr......

--------------------

nuraska

  • 13 avqust 2012 13:05
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
tesekurler maraglidi

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

R.M Fanatı...

  • 13 avqust 2012 12:55
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

--------------------

Music lover

  • 13 avqust 2012 12:50
  • Məqalə: 16
  • Şərh: 735
  • Bal:
{awards}
hmm maraqli idi twkler

Nuray2012

  • 13 avqust 2012 12:37
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Əvvəllər məndə şən,gümrah,dərd-ələmdən uzaq,necə deyərlər „başı bir qarış havada ”olan bir insan təəssuratı yaradırdı. no

--------------------

...BARSA FANATI....

  • 13 avqust 2012 12:35
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Hec kim evezolunmaz deyildir)))))

lie to the world

  • 13 avqust 2012 12:21
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
evezolunmaz insan....belkede herkesin heyatinda bele biri var sadece onunla rastlawmasi onu tanimasi gerek....tewekkurler xebere gore...

--------------------

Flower Lovem

  • 13 avqust 2012 12:17
  • Məqalə: 9
  • Şərh: 1249
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

Avril_lavigne

  • 13 avqust 2012 12:16
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
superrrrrrr)))))))

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

solnuska

  • 13 avqust 2012 11:48
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Beləcə həyatımın ən nadir tapıntısı,qəlb sirdaşım, "əvəzolunmaz insan"ı tapdım.Bilirəm mənim kimi bir çox insan boşluğunu heç kəsin doldura bilməyəcəyi „əvəzolunmaz insan”ın axtarışındadır.Bəzən bizim çox uzaqlarda axtardığımız,çox yaxınımızda olur.Amma onu ya gec görürük ya da ümumiyyətlə heç vaxt görmürük

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

harmony

  • 13 avqust 2012 10:42
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
maraqli idi

MeSaFeLer

  • 13 avqust 2012 10:27
  • Məqalə: 0
  • Şərh: 195
  • Bal:
{awards}
Hec kim evezolunmaz deyildir.....Tewekkurlerrr

--------------------
........REBBIM SENE MIN WUKUR.......

Gözlüklü

  • 13 avqust 2012 10:07
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
oxudum maraqli idi twk

dj ilahe

  • 13 avqust 2012 09:45
  • Məqalə: 2
  • Şərh: 52
  • Bal:
{awards}
twkklerrrr love fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}